Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.5K subscribers
34.6K photos
20.4K videos
7 files
31.9K links
Download Telegram
❄️ Səhiyyə Nazirliyi: Qarlı havaya görə 15 nəfər xəsarət alıb

Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik müşahidə olunub. Müraciət edənlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣2👍1🙏1
Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib.
😢19🙏10
Dünya əmtəə bazarlarında qızıl qiyməti tarixi rekordunu yeniləyərək 4800 dolları ötüb.
Yanvarın 20-i gündüz saatlarından etibarən paytaxtda şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı şəhər və rayonlarının icra hakimiyyətləri, şəhərin kommunal xidmətləri gücləndirilmiş iş yerində çalışırlar.
🤣11👍21
⚠️⚠️AYNA: Sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buz bağladığından nəqliyyat vasitələrinin sürət həddi aşağıdır. Bu səbəbdən avtobuslararası intervallarda artım müşahidə edilə bilər.

Qeyd edək ki, aidiyyəti qurumlarla birgə ictimai nəqliyyatın rahat və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün işlər həyata keçirilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
👍3🤣21
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Photo
❗️İlham Əliyev: Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6🕊5🤬1
📢 Bakı Metropoliteni məşhur şirkətlərdən yeni nəsil qatarlar alacaq

Bakı Metropoliteninin yeni nəsil qatarlar alması ilə bağlı danışıqlar son mərhələdədir. Müzakirələr Avropanın “Stadler” və “Škoda”, həmçinin Çin və Rusiyanın bir neçə tanınmış istehsalçı şirkəti ilə aparılır.

Texniki şərtlər yaxın vaxtlarda təsdiqlənəcək, bu il istehsala başlanılacaq və 2030-cu ilə qədər 299 müasir vaqonun alınması planlaşdırılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6👍2😁1