Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.7K subscribers
34.3K photos
20.3K videos
7 files
31.8K links
Download Telegram
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Ağ Evə gəlib.
9
Hazırda yollardakı vəziyyət:

1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
11. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.
Mirzoyan və Rubio TRIPP layihəsinin icrasına dair bəyannamə qəbul ediblər

🟢Çərçivə proqramı TRIPP-in praktik icrası üçün konkret yol xəritəsini müəyyən edir;

🟢“Tramp Marşrutu”nun Ermənistanda həyata keçirilməsi üçün özəl operatorlar cəlb olunacaq;

🟢ABŞ texniki yardım göstərəcək, bu yardım yoxlama və gömrük rəsmiləşdirilməsi prosedurlarını, nəzarət texnologiyalarını əhatə edəcək;

🟢Sərhəd idarəetmə mexanizmi beynəlxalq “front-ofis – back-ofis” əməliyyat modeli əsasında fəaliyyət göstərəcək;

🟢Sənəddə qeyd olunur ki, erməni rəsmi şəxsləri bütün Ermənistan sərhəd və gömrük obyektlərində fiziki mövcudluqlarını qoruyacaqlar və suveren funksiyalar autsorsinqə verilməyəcək;

🟢Əməliyyat təhlükəsizliyini təmin edən özəl heyətin isə Ermənistanda lisenziya alması şərti ilə işə cəlb oluna biləcəyi bildirilir;

🟢"TRIPP Development Company" tərəfindən cəlb edilən özəl operatorlar ilkin sənədlərin yoxlama üçün toplanması, istifadəçilərin məlumatlandırılması və məsləhətləndirilməsi, ödənişlərin yığılması və ticarət və tranzit üzrə ödənişlərin emalı kimi xidmətlər göstərəcəklər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎51
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Prezident İlham Əliyevin Ağdərə səfərindən görüntülər
14😱2🤡2😁1
🇮🇷 "The Guardian" qəzetinin məlumatına görə, İran hakimiyyəti ölkəni qlobal internetdən ayırmaq üçün hazırlıqlara başlayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7🤮2
⚡️ABŞ "TRIPP Development Company"də səhmlərin 74, Ermənistan isə 26 %-ni əldə edəcək
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər görür.

Axar.az agentliyə istinadən xəbər verir ki, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.

Bundan başqa Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.

Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Qeyd olunan yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.
3
Tailandda kran qatarın üzərinə aşdı: Azı 22 nəfər öldü, xeyli yaralı var
🙏8😢51
⚡️"SpaceX" şirkəti İranda etirazlar və internetin bağlanması fonunda "Starlink"i pulsuz edib.

Etirazçılar artıq "Starlink"dən istifadə edərək hökumətin internet blokadasını aşırlar.
13👍2
Rəsmi!
Magistraturaya sənəd qəbulu başlayıb
Qəbul imtahanı ilk cəhd fevralın 15-də keçiriləcək
6💯1
🛢🛢 Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin bir bareli 3.21 ABŞ dolları və ya 4.68% artaraq 71.75 ABŞ dolları təşkil edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
İranda baş verən etirazlar zamanı Təbrizin "Tractor" klubunun keçmiş yarımmüdafiəçisi Müctəba Tarciz öldürülüb.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Sabiq futbolçu təhlükəsizlik qüvvələrinin atəşi nəticəsində həyat yoldaşı ilə birlikdə dünyasını dəyişib.

O, "Tractor", "Fəcr Sepasi" və "Mis Kerman" kimi klubların formasını geyinib.

Qeyd edək ki, cütlüyün 2 övladı var.
🤬14😢72🙏1🤣1
⚡️İranda 5 bank iflas həddinə çatıb. Onların arasında İranın ən iri üç bankından biri olan Sepah Bank da var. Bu bank faktiki olaraq SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) və İran Silahlı Qüvvələrinin əsas maliyyə dayağı hesab olunur.
(The Wall Street Journal)
10👌5
🇩🇰🇺🇸 Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib ki, ada ABŞ-a deyil, Danimarkaya bağlı qalacaq və NATO ilə Aİ-ni seçir.

O, Trampın Qrenlandiyanı ələ keçirmə niyyətinin beynəlxalq hüquqa və öz müqəddəratını təyinetmə prinsipinə zidd olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə bu mövqeyə sərt reaksiya verərək Nilseni tanımadığını deyib və onu problemlə hədələyib.
6