AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 12 yanvar tarixindən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə gündəlik sərnişindaşıma xidmətinə başlayıb.
Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edir. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqədir.
Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstərilir. Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə bilərlər.
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verir. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.
Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək olar.
Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında nəqliyyat əlçatanlığının artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyat imkanlarının, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.

❤6🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SEPAH etirazçıları belə öldürüb - ŞOK VİDEO
🤬22👍3👎2
Naxçıvan Muxtar Respublikasında Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib.
👍6❤1
Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı
ƏTRAFLI : https://axar.az/news/gundem/1051414.html
ƏTRAFLI : https://axar.az/news/gundem/1051414.html
Axar.Az
Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı
Xamenei deyəsən çox qocalıb. Hakimiyyətə necə gəldiklərini unudub. Adam bir tərəfdən “biz qanla gəlmişik, xoşluqla da gedən deyilik” deyir. Təbii ki, bu sözün bir başqa anlamı “qanla gəlmişik, qanla da gedəcəyik” deməkdir. Amma qanla necə gəldikləri deyəsən…
❤5🤬3✍1
Media is too big
VIEW IN TELEGRAM
Sulutəpə dairəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ötən gün qeydə alınıb.
Yük avtomobili körpünün altında aşıb.
Hadisə ötən gün qeydə alınıb.
Yük avtomobili körpünün altında aşıb.
😢2🙏1
Media is too big
VIEW IN TELEGRAM
✈️ Səmada 800 km/saat sürət belə görünür
Meteozond saatda 800 km sürətlə hərəkət edən təyyarənin yaxınlıqdan keçdiyi anı qeydə alıb. Kadrlarda yüksək sürətin səmada yaratdığı vizual effekt aydın görünür.
Meteozond saatda 800 km sürətlə hərəkət edən təyyarənin yaxınlıqdan keçdiyi anı qeydə alıb. Kadrlarda yüksək sürətin səmada yaratdığı vizual effekt aydın görünür.
👍6❤3⚡1
Keçən il Azərbaycanda 48 min 477 nikah və 20 min 676 boşanma qeydə alınıb.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, 2024-cü ildə ümumilikdə 49 min 498 nikah, 21 min 581 nikah pozulması qeydə alınmışdı.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3❤2😱1😢1
🇺🇦🇳🇴 Norveç Ukraynaya bu qış mövsümündə əsas ehtiyaclarını dəstəkləmək üçün 400 milyon dollar vəsait ayıracaq.
❤6👍1
Baba Rza qovuldu, Məhəmməd devrildi, bu da bala Rza...
ƏTRAFLI: https://axar.az/news/kult/1051443.html
ƏTRAFLI: https://axar.az/news/kult/1051443.html
Axar.Az
Baba Rza qovuldu, Məhəmməd devrildi, bu da bala Rza...
İran şahlığına iddia edən Rza Pəhləvi öz aləmində zadəgan soy-kökünü əsaslanıb bu eşqə düşüb. Halbuki onu və atalarını İran xalqı qarşısında dili gödək edən əsas səbəb soylu bir ailədən gəlməmələridir.
❤9👍4
Prezident İlham Əliyev: Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
👍6🤣4❤3
Prezident: Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır
😁8
İçməli su problemi: Vaxt gəlib çatıb ki... - Prezident
ƏTRAFLI : https://axar.az/news/toplum/1051464.html
ƏTRAFLI : https://axar.az/news/toplum/1051464.html
Axar.Az
İçməli su problemi: Vaxt gəlib çatıb ki... - Prezident
Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur.
😁5👍1
Agentlik sədri: Qeyri-qanuni genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunub
❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiklərini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan üç nəfər müəyyən olunaraq saxlanılıb.
Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vüsal Murtuzəliyev: “Yapon filmlərinin dublyajı həm çətin, həm də əyləncəlidir”
🤣38❤1🤡1
Prezident İlham Əliyevin təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Həmçinin, içməli suyun zərərsizləşdirilməsi sistemlərinin tam müasirləşdirilməsi də proqramda yer alıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍5🤣2