Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.7K subscribers
34.2K photos
20.2K videos
7 files
31.7K links
Download Telegram
İran daxilində “Starlink” peyk internetinə çıxış ilk dəfə olaraq genişmiqyaslı şəkildə pozulub və bu, İranda internet məhdudiyyətlərinin yeni və misilsiz bir mərhələyə qədəm qoyduğunu göstərir.

Axar.az xəbər verir ki, bu haqda “Forbes” nəşri məlumat yayıb.

“Bu səviyyədəki pozuntuların oxşar nümunəsi əvvəllər heç vaxt olmayıb”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, birinci mərhələdə “Starlink” şəbəkəsinə giriş trafiki təxminən 30 faizi kəsilib, bir neçə saat ərzində bu nisbət 80 faizi keçib.
👍81
❗️Prezident zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılmasını təsdiqləyib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6🤣32
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 12 yanvar tarixindən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə gündəlik sərnişindaşıma xidmətinə başlayıb.

Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edir. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqədir.

Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstərilir. Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.

Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə bilərlər.

Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verir. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.

Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək olar.

Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında nəqliyyat əlçatanlığının artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyat imkanlarının, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.
6🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SEPAH etirazçıları belə öldürüb - ŞOK VİDEO
🤬21👍3👎2
Naxçıvan Muxtar Respublikasında Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib.
👍61
Media is too big
VIEW IN TELEGRAM
İranda hakimiyyətə dəstək yürüşü keçirilir.
👍18🤮151
Media is too big
VIEW IN TELEGRAM
Sulutəpə dairəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gün qeydə alınıb.

Yük avtomobili körpünün altında aşıb.
😢2🙏1
İranın milli valyutası rial kəskin dəyər itirib və avro qarşısında faktiki olaraq 0 səviyyəsinə düşüb.

Rialın ABŞ dollarına nisbətdə məzənnəsi isə 0,0000010 dollar səviyyəsinə enib.
👍9🤮32
Media is too big
VIEW IN TELEGRAM
✈️ Səmada 800 km/saat sürət belə görünür

Meteozond saatda 800 km sürətlə hərəkət edən təyyarənin yaxınlıqdan keçdiyi anı qeydə alıb. Kadrlarda yüksək sürətin səmada yaratdığı vizual effekt aydın görünür.
👍631
‼️💍 Keçən il Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Keçən il Azərbaycanda 48 min 477 nikah və 20 min 676 boşanma qeydə alınıb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 2024-cü ildə ümumilikdə 49 min 498 nikah, 21 min 581 nikah pozulması qeydə alınmışdı.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍32😱1😢1
🇺🇦🇳🇴 Norveç Ukraynaya bu qış mövsümündə əsas ehtiyaclarını dəstəkləmək üçün 400 milyon dollar vəsait ayıracaq.
6👍1
❗️Bakıda narkokuryerlər saxlanıldı

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdiyi sonuncu əməliyyatlar zamanı 57 yaşlı Rauf Əskəroğlu və 26 yaşlı İqbal Əhmədov saxlanılıblar.
👍71
Prezident İlham Əliyev: Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
👍5🤣43
Prezident: Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır
😁8