Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.7K subscribers
34.4K photos
20.3K videos
7 files
31.8K links
Download Telegram
🔥🔥 Bakıda avtomobil hərəkətdə olarkən yanmağa başlayıb.

Hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

➡️ Məlumata görə, BYD markalı avtomobil qəfil alovlanıb. Sürücü maşının yanmasına baxmayaraq, bir müddət hərəkəti davam etdirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4🤣4🙏3👍2👎2🔥2😨2
🔴 Neftçalada avtomobilin kanala aşması sürücünün ölümü ilə nəticələnib.

Hadisə Neftçala rayonunun Qırmızıkən kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini Yaşar Kərimovun idarə etdiyi "Toyota" markalı avtomobili idarəetməni itirərək kanala aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢92🙏2
🔴🔴🔴Abşeron rayonunun bir sıra ərazilərində işıq olmayacaq

Bu gün Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 110 kV-luq “Masazır-1” və “Xırdalan-5” hava xətlərində təmir işləri aparılacaq.

Bu barədə Azərişıq ASC məlumat verib.

Bildirilib ki, görüləcək işlərlə əlaqədar saat 09:00-dan 15:00-dək Xırdalan şəhərində Hacı Zeynalabdin Tağıyev, Mehdi Hüseyn küçələri, Müşviq qəsəbəsi, 28 May qəsəbəsinin bir hissəsi, eləcə də Sumqayıt yolunun ətrafında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4🤬2
Türkiyənin məşhur aktyoru Can Yaman saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İddiaya görə C.Yaman İstanbul Baş Prokurorluğu tərəfindən aparılan "Narkotik" istintaqı çərçivəsində saxlanılıb.
Qeyd edək ki, aktyorun saxlanılması ilə bağlı rəsmi açıqlama verilməyib.

Əlavə edək ki, əməliyyatlar çərçivəsində Ceren Alpər, Selen Görgüzel, Ayşə Sağlam və Nilüfər Batur Tokgöz kimi tanınmış şəxslər saxlanılıb.
8🤣2😡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📢 Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar saxlanıldılar.
👎103🤮3🐳1
🔴 Tərtərdə ana və oğul dəm qazından zəhərlənib

Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Əzimov Müşviq Əsəd oğlu və anası - 1955-ci il təvəllüdlü Əzimova Sahibə Salman qızı yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.

Hadisə nəticəsində Müşviq Əzimov ölüb, Sahibə Əzimova isə xəstəxanaya yerləşdirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏43😢2
🔴Milli Məclisin deputatları gələn həftə məzuniyyətdən qayıdacaqlar.

Onların tətil müddəti yanvarın 15-də başa çatacaq.

Parlamentin Daxili Nizamnamənin birinci maddəsinə (Milli Məclisin fəaliyyətinin əsasları) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Bu dövrdə deputatlar məzuniyyətdə sayılırlar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣18🤮114👍2🤡2👀1
Arzu Əliyeva və Alyona Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər
8👍4🤣4😱2🤮1