Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.7K subscribers
34.4K photos
20.3K videos
7 files
31.8K links
Download Telegram
Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.

Bu barədə Axar.az-a AZAL-dan bildirilib.


Məlumata əsasən, Bakı-Moskva (Vnukovo)-Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.

Qeyd edilib ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.

Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.

AZAL yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir.
🤮53
Tramp Venesuelaya qarşı əvvəlcədən planlaşdırılmış ikinci zərbə dalğasının ləğv edildiyini açıqlayıb.

“Venesuela sülhə can atmasının göstəricisi olaraq çoxlu sayda siyasi məhbusu azad edir. Bu, olduqca vacib və ağıllı addımdır. ABŞ və Venesuela bir-biri ilə yaxşı əməkdaşlıq edir, xüsusən də onların neft-qaz infrastrukturunun bərpası məsələsində - daha geniş, daha yaxşı və daha müasir formada. Məhz bu əməkdaşlıq fonunda, görünür, artıq ehtiyac qalmadığı üçün əvvəlcədən gözlənilən ikinci zərbə dalğasını ləğv etdim. Bununla belə, təhlükəsizlik və müdafiə məqsədilə bütün gəmilər mövqelərində qalacaq. Bu gün Ağ Evdə görüşdüyüm BIG OIL şirkətlərinin iştirakı ilə azı 100 milyard dollar investisiya yatırılacaq”, - deyə Tramp bildirib.
5🤣1
Dünya TV, MTV, Space TV və Space FM-in yayımı 3 saatlıq dayandırılacaq.
🤮6👍5😁21
İranın dövlət mediası Tehrandan fotolar yayımlayıb.
6👍5🤬1🤡1
Belqorod vilayətinin altı rayonunda 556 min insan elektrik enerjisiz qalıb.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️ İsrail Livanı bombalayır.
🤮14👍5❤‍🔥4🤬4
İranda etiraz aksiyaları genişlənir və yeni bölgələri əhatə edir.

Tehran, Məşhəd, Qorqan, Kermanşah və digər şəhərlərdə kütləvi toqquşmalar, inzibati binaların və SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) məxsus nəqliyyat vasitələrinin yandırılması halları qeydə alınıb. Bəzi bölgələrdə hakimiyyət orqanları etirazçılara atəş açıb, kütləvi şəkildə internet və elektrik enerjisini kəsib.

Etirazçılar blok-postları ələ keçirir, saxlanılan şəxsləri azad edir, tarixi bayrağı qaldırır və ayətollahlar rejiminin simvollarını, o cümlədən daha əvvəl Trampın göstərişi ilə zərərsizləşdirilmiş Qasım Süleymaniyə aid abidələri məhv edirlər.
15👍7🤬1
❗️Azərbaycanın aparıcı tikinti şirkəti "Avant Group" MMC ləğv olunduğunu elan edib

Kreditorlar iki ay ərzində tələblərini şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49C ünvanına bildirə bilərlər.
5😁1
⚡️⚡️Dövlətə xəyanət etməkdə şübhəli bilinən şəxs DTX tərəfindən saxlanılıb
8😁2
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
⚡️⚡️Dövlətə xəyanət etməkdə şübhəli bilinən şəxs DTX tərəfindən saxlanılıb
Xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi şəxs ifşa olunub.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.

"Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Siyafət Heydər oğlu Fərzəliyevin dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranmışdır.

Araşdırmalarla müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etmişdir.

Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülmüşdür.

Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, doyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda bildirilir.
8🤮3😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycandan Ermənistana növbəti neft məhsulları partiyası göndərilib
👍9👎5🤬4😁32