Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.7K subscribers
34.4K photos
20.3K videos
7 files
31.8K links
Download Telegram
Bu gecə Rusiya bir neçə saat ərzində dinc əhalini və mülki infrastrukturu hədəfə alıb. Hücumlar onlarla dron, qanadlı və ballistik raketlərdən istifadə olunmaqla həyata keçirilib.

İlkin məlumatlara görə, dörd nəfər həlak olub. Ölənlər arasında insanların həyatını xilas etməyə çalışan tibb işçisi də var. Yaralıların sayı çoxdur, zərərçəkənlər arasında tibb işçiləri də mövcuddur.

Hadisənin nəticələri və dəymiş ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.
👎82
🚨🗣 ABŞ Prezidenti Venesuela əməliyyatının neftə görə etdiyini etiraf edib

Tramp bildirib ki, Venesueladakı hərbi əməliyyatın məqsədlərindən biri qlobal neft qiymətlərini aşağı salmaqdır.

O bu açıqlamanı "Fox News"a verdiyi müsahibədə deyib.

"Bu, dünya miqyasında neft qiymətlərinin aşağı düşməsi deməkdir ki, bu da hər kəs üçün əladır. Bu, Amerika üçün neft qiymətlərinin aşağı düşməsi deməkdir ki, mən də onu aşağı saldım", - deyə o bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8🤡1
Dünya bazarında Azərbaycan nefti 65,64 dollara satılır.
🤣21
⚡️ Nobel mükafatlı biokimyaçı Əziz Sancar və komandası siçanlar üzərində apardıqları təcrübə nəticəsində ölümcül beyin xərçəngi növlərindən biri olan glioblastomanı tamamilə yox etməyə nail olublar. 

Sancar rəhbərliyində aparılan araşdırma tibb dünyasında, xüsusilə glioblastomanın müalicəsində inqilabi inkişaf kimi qiymətləndirilir.
36👍62
🔴 Bakının Qaradağ rayonunda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.

Hadisə tədris prosesi zamanı qeydə alınıb.

Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə müavin çənəsindən və bədənin digər nahiyələrindən xəsarətlər alıb.

Hadisə məktəbdə olan müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢21😁1
🇺🇦🇺🇸KİV: ABŞ Ukrayna ilə sülh sazişini razılaşdırıb və Rusiyadan cavab gözləyir
1
Forwarded from Photo Stock
🍓 Cəlilabadın çiyələk tarlalarında qadın əməyi.

📸 Foto 30.05.2025-ci ildə çəkilib.

#təsərrüfat #photostock #photostockaz #kəndtəsərrüfatı #məhsulyığımı #çiyələkyığımı
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10👍42
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨🔥 Tehranın Firdovs Bulvarında polis avtomobilləri yandırılıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12👍5
HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar
6🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əsgərimizin ifası sosial şəbəkələrdə maraqla qarşılanıb
57👍16🤣1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
🔥🔥🔥 Binəqədidə maşın yanıb.
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verib.

"Opel" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.
2
⚡️İran ABŞ ilə real və ciddi danışıqlardan yayınmayacaq.

Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali "TASS"a müsahibəsində bildirib.
🤣5🤬1
Media is too big
VIEW IN TELEGRAM
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın anım günüdür.

Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə başa vurub, eyni ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.

Elə həmin il müqavilə ilə “Bakı” qəzetində, dörd il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı olub. Salatın tez-tez Qarabağa gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olub. 1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçular tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub, Salatın Əsgərova amansızca qətlə yetirilib.

Jurnalist Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilib. 6 noyabr 1992-ci ildə o, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qeyd edək ki, S.Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

Salatın Əsgərova ailəli idi. Bu evlilikdən yeganə övladı Ceyhun dünyaya gəlib. Ceyhun Əsgərov özü də jurnalistdir.
30🙏18