Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.7K subscribers
34.3K photos
20.3K videos
7 files
31.8K links
Download Telegram
Karakasda prezident sarayının yaxınlığında aktiv atışma baş verib.

Səmada dronlar müşahidə olunub, küçələrdə isə silahlı şəxslər peyda olub. Kütləvi informasiya vasitələrinin məlumatına görə, hökumət qoşunları pilotsuz uçuş aparatlarına atəş açıb.

Hazırda vəziyyət normallaşıb. ABŞ hadisə ilə əlaqəsi olmadığını bildirdi.
4
Dünya bazarlarında neft yenidən bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neft 61,58 dollara, yüngül neft isə 58,10 dollara təklif edilir.
1
Yaponiyanın Şimane prefekturasında 16 dəqiqə ərzində dörd zəlzələ baş verib.

6,2 bal gücündə ilk zəlzələ Yaponiyanın Şimane prefekturasında saat 10:18-də baş verib. Zəlzələnin episentr 10 kilometr dərinlikdə olub. Sunami təhlükəsi yoxdur. Zəlzələnin episentri Yaponiyada istifadə edilən yeddi ballıq şkala üzrə 5+ bal gücündə olub.
Bundan sonra yerli vaxtla saat 10:24-də, 10:28-də və 10:34-də də daha üç zəlzələ baş verib.
Onların maqnitudaları müvafiq olaraq 4,5, 5,1 və 3,8 olub.
3😢1🙏1
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Venesueladakı müdaxiləsinə nəzarət etmək üçün ABŞ rəsmilərindən ibarət qrup təyin edib.

Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.

“Bu, hamıdan ibarət bir qrupdur: dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Ağ Evin siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparat rəhbərinin müavini Stiven Miller və vitse-prezident Ceyms Devid Vens.

Onların fərqli təcrübələri var. Lakin son səlahiyyət məndədir”, - Tramp bildirib.
2🤮1
☄️☄️Fərid Əhmədovdan yüksək vəzifəyə - Təyinat

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.

Bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🗣️ ABŞ-nin müharibə naziri Pit Heqset Rusiyanı ələ salıb:

"Üç gecə əvvəl, Venesuelanın paytaxtı Karakasın mərkəzində 200-ə yaxın ən yaxşı amerikalı şəhərin mərkəzinə daxil oldu.

Görünür, Rusiyanın hava hücumundan müdafiəsi o qədər də yaxşı işləmirdi, elə deyilmi?

ABŞ gücləri bir nəfər də itki vermədən istəyinə nail oldu".
👍21🤬82🤡2
Ukrayna Rusiyanın neft obyektlərinə zərbələr endirib

Lipetsk vilayətinin Usman şəhərində Ukrayna PUA-larla neft emalı zavoduna hücumu nəticəsində yanğın baş verib.

Eyni zamanda, Başqırdıstanın Sterlitamak şəhərində partlayışlar qeydə alınıb. Məlumata görə, neft-kimya zavodu zərbə hədəfi olub.
8👍2