Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.7K subscribers
33.8K photos
19.9K videos
7 files
31.5K links
Download Telegram
🇹🇷 Yalovada keçirilən əməliyyat zamanı İŞİD terrorçularının açdığı atəş nəticəsində 3 polis şəhid olub, 8 polis və 1 mühafizəçi yaralanıb. 6 terrorçu isə zərərsiz.
Prezident 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsini təsdiqləyib
🤮5
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Prezident 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsini təsdiqləyib
🔴Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib

Qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.

Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.

Büdcədə neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1🤮1🤓1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥🔥🔥 Sumqayıt şəhərində yaşayış binası yanır.

Alovlanma şəhərin 18-ci mikrorayonu, 31 saylı binanın 3-cü mərtəbəsində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğına görə bina sakinləri təxliyə olunurlar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏41
Tanınmış meyxanaçı Vüqar Qobulunun səhhəti pisləşib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, vəziyyəti pisləşən meyxanaçı təcili xəstəxanaya yerləşdirilib.

Hazırda onun həkim nəzarətində olduğu bildirilir.
🙏61
❗️Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4🤮2🤡1🤣1
❗️Evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14%-dən 10%-ə endirilir
🤣92
❗️Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonların qeydiyyatı üçün 100 manat rüsum alınacaq
👎231
⚡️⚡️Azərbaycan XİN-nin Somali ilə bağlı bəyanatı:

• "Somalilənd" bölgəsinin tanınması beynəlxalq hüquqa ziddir. Azərbaycan Somalinin ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir.

• Azərbaycan beynəlxalq ictimaiyyəti məsuliyyətli davranmağa və beynəlxalq hüququn prinsiplərinə tam uyğun hərəkət etməyə çağırır.
15👍1
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Bu müddət daha 3 il uzadılır.

Beləliklə, 2026-cı il yanvarın 1-dən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.
2
❗️🇦🇿İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin xərcləri 2 milyard 621 milyon 460 min manat məbləğində təsdiq edilib
4👍1
🇦🇿🇬🇪Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.

Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığı məmnuniyyətlə qeyd edən nazirlər, bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Nazir Ceyhun Bayramov Gürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.
4👍2
Azərbaycanın rayonlarında dekabrın 29-u axşamdan 30-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorogiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
👍3