Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.7K subscribers
33.8K photos
19.9K videos
7 files
31.5K links
Download Telegram
🌧❄️Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunub

Bildirilib ki, şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Yağan qarın hündürlüyü Qax, Şahbuzda 22, Qusarda 16, Qubada 14, Gədəbəydə 12, Şəkidə (Kişçay) 11, Xaltanda 6, Ordubadda 5, Qobustanda 4, Altıağac, Şərurda 3, Culfa, Sədərək, Qusarda 2 sm-dir.
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 7-nə təyin edilib.
4🎉1
⚡️İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da "Bakı Ağ Şəhər"də olublar.

Dövlət başçısı, birinci xanım və qızları burada "Qarabağ atları" heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, "Zaman" meydanının və buradakı piyada körpüsünün açılışında iştirak ediblər.
5😱3
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «📱Medala baxıb dedim ki, buna görə idmanın "məhbus həyatı"nı yaşamışam? ƏTRAFLI YUTUB KANALIMIZDA: https://www.youtube.com/watch?v=8ria9xKRd2U»
This media is not supported in your browser
VIEW IN TELEGRAM
DİN: Sabunçu rayonunda 803 qutu pirotexniki vasitə aşkarlanıb.
3😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ronaldonun “İnşallah” kəliməsi gündəm oldu
25🤡2🤓1
Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
👍2
Rusiya ordusu Qulyaypole və Mirnoqrad şəhərlərində, eləcə də onların ətraf ərazilərində irəliləyib, — Deep State.

Bundan əlavə, Rusiya qüvvələrinin Dnepropetrovsk vilayətində, Filiya yaxınlığında da irəliləyişi qeydə alınıb.
👏5🤡3👎21
🇹🇷 Yalovada keçirilən əməliyyat zamanı İŞİD terrorçularının açdığı atəş nəticəsində 3 polis şəhid olub, 8 polis və 1 mühafizəçi yaralanıb. 6 terrorçu isə zərərsiz.
Prezident 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsini təsdiqləyib
🤮3