Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.7K subscribers
33.8K photos
19.9K videos
7 files
31.5K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💊💵Bu dərmanlar gələn ildən pulsuz veriləcək
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
31
❗️🇺🇦🇷🇺KİV: Putin və Zelenski arasında 5 ildən sonra ilk telefon danışığı baş tuta bilər
2
⚡️Yasamalda 1960-cı il təvəllüdlü Asif Bəhmən oğlu Allahverdiyev yaşadığı M.Xiyabani küçəsi ev 13 mənzil 25-dən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib

Həkimlərin səyinə baxmayararaq A. Allahverdiyev ölüb.

Araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏82
Şərurda avtomobil qaz xəttinə çırpılıb

Təhlükəsizlik səbəbindən Alışar kəndində 322 abonentin qaz təchizatı dayandırılıb.
1
♦️Donbas məsələsi hələ də həll olunmayıb, çox mürəkkəbdir, amma biz həll yoluna yaxınıq

▪️Danışıqlarda bir və ya iki həll olunmamış məsələ var

▪️Rusiya Ukraynanın çiçəklənməsini istəyir. Rusiya müharibə bitdikdən sonra Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır.

- Donald Tramp
1👎1👏1🤡1
Afrika Millətlər Kuboku üzrə Ekvatorial Qvineyaya qarşı oyunda Sudan millisinin qapıçısı Monqed Elnil huşunu itirərək yerə yıxılıb.
Hadisə oyunun ilk hissəsinin 37-ci dəqiqəsində baş verib. Ona dərhal tibbi yardım göstərilib. Futbolçulara sonra özünə gəlib və həkimlər ona oyuna davam etməyə razılıq verib.
Futbolçunun durumu yaxşıdır, onun təzyiqi düşüb.
🙏2
Meteor yağışı Bakıdan da görünəcək

Meteor yağışı 2025-ci il dekabrın 12-dən 2026-cı il yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi saat 03:00 radələrində gözlənilir.

Məlumata görə, meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının səmanın ən yüksək nöqtəsinə çatdığı anlardır. Bu zaman meteorların sayı və görünmə ehtimalı artır. Maksimum aktivlik zamanı saatda 120 meteor müşahidə oluna bilər. Bakı üçün real müşahidə şəraitində bu rəqəm təxminən 100-113 meteor/saat təşkil edə bilər.
👍4
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı 2003-cü il təvəllüdlü Səbuhi Əliyev həyatını itirib.

S.Əliyev MAXE idi və işğaldan azad olunmuş ərazilərdə xidmət edirdi.

Qeyd edək ki, mərhum bu gün Qazax rayon Qaymaqlı kəndində torpağa tapşırılıb.
🙏8💔3👍1🤣1
🌧❄️Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunub

Bildirilib ki, şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Yağan qarın hündürlüyü Qax, Şahbuzda 22, Qusarda 16, Qubada 14, Gədəbəydə 12, Şəkidə (Kişçay) 11, Xaltanda 6, Ordubadda 5, Qobustanda 4, Altıağac, Şərurda 3, Culfa, Sədərək, Qusarda 2 sm-dir.
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 7-nə təyin edilib.
4👎2🎉1
⚡️İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da "Bakı Ağ Şəhər"də olublar.

Dövlət başçısı, birinci xanım və qızları burada "Qarabağ atları" heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, "Zaman" meydanının və buradakı piyada körpüsünün açılışında iştirak ediblər.
5😱3