Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.8K subscribers
33.7K photos
19.9K videos
7 files
31.4K links
Download Telegram
⚡️AZAL təyyarəsinin vurulduğu təsdiqlənib: Araşdırmalar danılmaz reallığı üzə çıxarır

Hadisənin yalnız adi texniki qəza olmadığını artıq demək olar ki, bütün əsas tərəflər qəbul edib
👍91
Suriyanın Xüms əyalətində məsciddə partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər ölüb, 5 yaralı var.
👎7🙏31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şərurlu İsfəndiyar barəsində çıxarılan hökmə münasibət bildirib.

O, məhkəmənin qarşısında olan Teleqraf-ın müxbirinə bildirib ki, bu işə əvvəldən xitam verilməli idi.

"Bu işə əvvəldən xitam verilməli idi. Hakim xeyrimə qərar çıxarsa da məni 8 aydır bura gətirirlər. Bir az ədalətsizlik var. Mən buna yaxşı baxmıram".
🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Herisçidən cavab: Saymana dedim, ağlını başına yığ!
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🍺🧬 ABŞ-li virusoloq dünyada ilk “pivə vaksini” yaradıb

ABŞ-dan olan virusoloq Kris Bak virusabənzər hissəciklərə malik xüsusi maya**dan istifadə edərək pivə hazırlayıb və onu **öz üzərində, eləcə də qardaşı üzərində sınaqdan keçirib. Alimin sözlərinə görə, nəticədə hər ikisində immunçatışmazlığı olan insanlarda problemlərə səbəb ola bilən bir neçə poliomavirus tipinə qarşı anticisimlər formalaşıb.

🔬 Tədqiqat barədə Science News yazır.

⚠️ Lakin elmi ictimaiyyət bu yanaşmanı müsbət qarşılamayıb. Bir sıra alimlər araşdırmanı etik normalara zidd hesab edərək, bu cür sınaqların vaksinlərə olan etimadı sarsıda biləcəyiniriskli olduğunu bildiriblər.

Mənbə: Insanoid
4👍2👏1
Nazir Ceyhun Bayramov: Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir
👍21🥰1
Bakı şəhərində, xüsusilə “Sahil” metrostansiyası ətrafında yerləşən yeraltı piyada keçidlərində eskalatorların uzun müddətdir işləməməsi sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar bildirir ki, bəzi keçidlərdə quraşdırılan travelatorlar ümumiyyətlə istismar olunmur, bu isə həm rahatlığa, həm də əlillər və yaşlılar üçün əlçatanlığa ciddi maneə yaradır.
😡13
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə Baş Kəşfiyyat İdarəsinin zabitinə qarşı sui-qəsd planlaşdıran şəxsi saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən ələ alınmış Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşıdır.
Bildirilib ki, killer Ukraynaya turist adı altında gəlib. Ona əlaqə üçün telefon və SİM-kartlar verilib, Kiyevdə isə hədəf və silahın yeri barədə tapşırıq alıb. Həmin şəxs anında saxlanılıb. Ondan silah və FTX ilə əlaqələri təsdiqləyən materiallar götürülüb.
Qətl qarşılığında ona 50 min dollar və AB-də yaşamaq hüququ vəd edilib.
👍3
Son bir il ərzində AZAL-a məxsus təyyarənin vurulmasından sonra Rusiya ilə münasibətlərdə ümumi gərginlik yaşanıb. Buna baxmayaraq, ölkələrimiz arasında dialoq və qarşılıqlı təmas davam edib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair mətbuat konfransında deyib.
“9 oktyabr tarixində Düşənbədə iki prezident arasında keçirilmiş görüş, Rusiya tərəfindən verilmiş açıqlamalar, təyyarənin məhz Rusiya Silahlı Qüvvələri tərəfindən vurulmasının etiraf olunması və üzrxahlıq edilməsi münasibətlərin normallaşmasında əhəmiyyətli faktor olmuşdur”, - nazir bildirib.
3👍1
Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 2535 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:

DAHA ƏTRAFLI : https://axar.az/news/toplum/1046583.html
2👍1
Bizim gözləntimiz “Azadlığın Müdafiə Aktı”na 907-ci düzəlişin tam ləğv edilməsidir.

Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bunun üçün münbit şərait var.
👍7
Hazırda 5 ölkə ilə vizanın ləğv edilməsi üçün işlər aparılır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi məqsədilə ölkələrin siyahısının genişləndirilməsi istiqamətində işlər davam etdirilir:
"Bunlar təhlil edilir və qarışıqlıqlı prinsip əsasında bütün elementlər nəzərə alınmaqla, prosesdə artım müşahidə edilir. Son bir neçə ildə Albaniya, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Qətər, Mərakeş, Çin kimi ölkələrə gediş-gəliş vizasız olub. 2025-ci ildə 10 ölkə ilə vətəndaşlar üçün vizasız gediş-gəliş təmin edilib. Ümumilikdə 74 ölkə ilə diplomatik pasportla bağlı sazişlər imzalanıb".
3👍1
Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süleymanlı, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxanın barələrində olan cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, Qurban Məmmədov 14 il, Elşad Məmmədov, Süleyman Süleymanlı, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxan hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.
Zərərçəkən qismində Xəqani Xəlilov tanınıb.
👍31