Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.8K subscribers
33.6K photos
19.8K videos
7 files
31.4K links
Download Telegram
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
“Fənərbaxça” prezidenti Sadettin Saranın narkotik testi pozitiv çıxıb
Sadettin Saran açıqlama verib:

“Əvvəla açıq və qəti şəkildə bildirmək istəyirəm ki, Məhkəmə-Tibbi Ekspertiza Qurumunun test nəticəsində pozitiv çıxdığı iddia edilən maddəni həyatım boyu istifadə etməmişəm.

İstifadə etməyi bir kənara qoyuram, sözügedən maddəni yaxından görmüşlüyüm belə yoxdur.

Bu istiqamətdə irəli sürülən iddialar şəxsimi hədəf alan, şəxsi hüquqlarımı və nüfuzumu zədələməyə yönəlmiş açıq-aşkar qaralama kampaniyası xarakteri daşıyır və eyni zamanda təmsil etdiyim qurumları yıpratmaq məqsədi güdür.

Bu proses çərçivəsində bir daha açıq şəkildə bildirmək istəyirəm ki, hər cür nümunəni dərhal və heç bir tərəddüd etmədən verməyə hazıram.

Bu baxımdan, sözügedən testin Məhkəmə-Tibbi Ekspertiza Qurumunda yenidən aparılması və təkrar testin həyata keçirilməsi məsələləri istintaqı aparan prokurorluq orqanından rəsmi şəkildə tələb olunacaq.

Bununla yanaşı, beynəlxalq akkreditasiyaya malik müstəqil test qurumlarında bütün müvafiq testlər ən qısa zamanda etdiriləcək və nəticələr ictimaiyyətə açıqlanacaq.

Bir daha və xüsusilə vurğulamaq istəyirəm ki, həqiqətin elmi metodlarla və universal standartlara uyğun şəkildə ortaya qoyulmasından heç bir çəkinəcəyim yoxdur.

Digər tərəfdən, barəsində məxfilik qərarı olan bir işə aid olduğu bildirilən məlumatların test nəticəsinin çıxdığı iddia edilən səhərin ilk saatlarından etibarən eyni vaxtda və koordinasiyalı şəkildə bəzi platformalarda yayılması ayrıca diqqətlə qiymətləndirilməli olan ciddi bir məsələdir.

Həqiqətin gec-tez üzə çıxacağına, prosesin hüquqi dövlət prinsipləri çərçivəsində ədalətli və şəffaf şəkildə yekunlaşacağına inamım tamdır.”
1
🔴Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10
Türkiyədə Baş Qərargah rəisi ilə birgə ölənlər – Siyahı
🇦🇿🇺🇿Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Şavkat Mirziyoyev dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Dövlət başçıları Azərbaycan–Özbəkistan münasibətlərinin qardaşlıq, dostluq və müttəfiqlik prinsiplərinə əsaslandığını qeyd edərək, gələcəkdə də əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
4
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Axar.az xəbər verir ki, Rusiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan və Rusiya prezidentlərinin keçirdikləri son görüşdə müzakirə olunmuş məsələlərə toxunulub, ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
👏3
Media is too big
VIEW IN TELEGRAM
Nağıllar aləmi Laplandiyada bir gün❤️😍
🐳2
❗️Müdafiə Nazirliyinin “İstirahət ev”inin sabiq rəisi İlham Haqverdiyevin həbs müddəti 1 ay 20 gün müddətinə uzadılıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
2025-ci ilin ən gözəl idman hərəkətlərindən biri

Tofiq Əliyevin Çində etdiyi hər bir salto zamanı tam 360 dərəcəlik burulma ilə icra olunan üçqat arxa salto hərəkəti

O, bunu edən ilk idmançı olub.
38
Rusiya Azərbaycan üzərindən Ermənistana digər yüklərin göndərilməsini müzakirə edir

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
5
Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb.
5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️❗️ Təhlükə hər yerdədir! - ETX-dən maarifləndirici VİDEO

Bir elanda “iş imkanı”, bir klikdə “ödənişsiz Wi-Fi”, bir e-poçtda “maaş artımı”, bir paylaşımda “sərfəli kampaniya”… kibertəhlükələr çox vaxt ən güvəndiyimiz yerlərdə qarşımıza çıxır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (Milli Cert ) tərəfindən "Təhlükə hər yerdədir!" devizi ilə hazırlanmış maarifləndirici videoda bu cür kibertəhlükələrlə bağlı xəbərdarlıq edilir.
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Alimin sözünə Lukaşenko təəccübləndi: 25 il? - Video
Ümumbelarus Xalq Məclisinin sədr müavini Aleksandr Kosinets Belarus istehsalı olan mikroelektronikanın bazara çıxarılma tarixini açıqlayıb.


Axar.az xəbər verir ki, Kosinets Belarus mikroelektronikasının 25 il ərzində rəqabətədavamlı ola biləcəyini deyib.
Onun bu açıqlamasına isə Belarus Prezidenti Aleksandr Lukaşenko təəccüblə reaksiya verib:
- Neçə il sonra?
- 25 il...
- Aman Allahım. O vaxt sən və mən olmayacağıq.
- Nə etmək olar?
🤣32
Bayramla əlaqədar iş və qeyri-iş günlərinin yeri dəyişdirilməyib.

● 31 dekabr - 1 yanvar, 2 yanvar bayramla əlaqədar qeyri-iş günləri olacaq.

● 3-4 yanvar isə şənbə və bazar günləridir.

● Yeni ilin ilk iş günü 5 yanvarda başlayacaq.
3👍1
Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.

Bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb.

Alim 62 yaşında ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, 1963-cü ildə Qazax rayonunda anadan olub.
2👍2
⚡️Elm və Təhsil Nazirliyi: Həftəsonu məktəblərdə dərs olmayacaq
👍1
🇦🇿İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna sülh planının bütün 20 bəndini sadalayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Sözügedən sülh planının bəndlərini təqdim edirik:

1. Ukraynanın suverenliyinin təsdiqlənməsi;

2. Rusiya ilə Ukrayna arasında hücum etməmək barədə müqavilə, təmas xəttinin monitorinqi;

3. Təhlükəsizlik zəmanətləri;

4. Sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfər olması;

5. ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddəyə uyğun şəkildə təhlükəsizlik zəmanətləri verməlidir. Rusiya Ukraynaya hücum etdikdə isə hərbi cavab olmalıdır;

6. Rusiya Avropa və Ukraynaya qarşı təcavüzkarlıq etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək;

7. Ukrayna müəyyən bir tarixdə AB-nin üzvü olacaq (qoşulma tarixini təyin etmək istəyirik).

8. Qlobal İnkişaf Paketi;

9. Bərpa məsələlərini həll etmək üçün bir neçə fond yaradılacaq. Məqsəd 800 milyard dollar cəlb etməkdir;

10. Ukrayna ABŞ ilə azad ticarət sazişinin bağlanması prosesini sürətləndirəcək;

11. Ukraynanın nüvəsiz statusu olacaq;

12. Zaporojye AES. Heç bir kompromis yoxdur. ABŞ, amerikalıların əsas menecer kimi çıxış etdiyi üçtərəfli birgə idarəetmə təklif edir. Ukraynanın kompromis təklifi: ABŞ və Ukrayna arasında 50/50 nisbətində bölünmə;

13. Məktəblərdə müxtəlif mədəniyyətlərin anlaşılmasını və tolerantlığı təşviq edən təhsil proqramları irqçilik və qərəzi aradan qaldırır;

14. Ərazilər. Ən çətin maddə. Variantlardan biri Rusiyanın Dnepropetrovsk, Nikolayev, Sum və Xarkov vilayətlərindən geri çəkilməsidir. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “mövqeyimizdə dayanırıq”. Rusiya Ukraynanın Donetsk bölgəsindən çıxmasını istəyir, ABŞ isə kompromis təklif edir - azad iqtisadi zona. Əgər “mövqeyimizdə dayanırıq” variantı ilə bağlı razılıq yoxdursa, azad iqtisadi zona yalnız referendum yolu ilə qəbul edilə bilər və sonra bütün sənəd referenduma təqdim edilməlidir.

15. Rusiya və Ukrayna müqavilələri zorla dəyişdirməməyi öhdələrinə götürürlər;

16. Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya fəaliyyəti üçün istifadə etməsinə mane olmayacaq. Kinburn burnu silahsızlaşdırılacaq;

17. Əsirlərin “hamının hamıya” müqabilində mübadiləsi, mülki şəxslərin, uşaqların və siyasi məhbusların geri qaytarılması;

18. Ukrayna müqaviləni imzaladıqdan sonra mümkün qədər tez seçkilər keçirməlidir;

19. Bu müqavilə hüquqi cəhətdən məcburi olacaq. Onun icrasına Trampın rəhbərlik etdiyi Sülh Şurası nəzarət edəcək;

20. Bütün tərəflər bu sazişə razılıq verdikdən sonra tam atəşkəs dərhal qüvvəyə minəcək.
5🤣4👍2
❗️Roma Papası XIV Leonun Azərbaycana səfəri məsələsi gündəlikdədir - EKSKLÜZİV

Din xadimi səfərin gələn il reallaşacağı ehtimalının az olduğunu bildirib.

REPORT
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮1
Həbsxanadan müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü
👍3👎1