Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
âś”
32.6K subscribers
38.5K photos
23.4K videos
8 files
33.5K links
Download Telegram
Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
❤3
Gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində yerləşən hədəflərə kütləvi hava zərbələri endirib. Yerli mənbələrin və rəsmi qurumların məlumatına görə, əsasən enerji infrastrukturu hədəf alınıb.

Çerkassı şəhərində energetika obyektinə bir neçə güclü zərbə dəyib. Nəticədə yarımstansiyada yanğın baş verib, şəhərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Nikolayev vilayətinin Voznesensk şəhər rəhbərliyi də enerji obyektinin vurulduğunu açıqlayıb. Hadisədən sonra su təchizatında problemlər müşahidə olunur.

Krivoy Roq şəhərinə də bir neçə zərbə endirildiyi, energetika infrastrukturunun zədələndiyi bildirilir.

Bundan əlavə, Sum vilayətində və vilayət ərazisində partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb.

Yayılan kadrlarda Çerkassı və Krivoy Roqda qeydə alınan zərbələrin nəticələri əks olunub.
👎6❤3🤡1
🇦🇿🇳🇱 Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
⚡️⚡️⚡️⚡️⚡️Aleyna Tilki, Danla Bilic və İrem Sak narkotiklə bağlı istintaq çərçivəsində saxlanılıblar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Axar.az xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib.

"1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Qədir Malik oğlu Məmmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - birgə məlumatda qeyd olunub.
🙏3❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Salyanda baş verən qəzada ölən və yaralanan var.

Hadisə Salyan şəhərinin girişində baş verib.

Avtomobillərin toqquşması nəticsində bir nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirlib.
🙏4❤3