Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.6K subscribers
38.5K photos
23.4K videos
8 files
33.5K links
Download Telegram
11 dekabrda aparılan axtarışlardan sonra Qarabağ separatçılarının İrəvandakı ofisi ilin sonuna qədər bağlana və ya binası müsadirə edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, separatçıların özləri nümayəndəliyin bağlanması ehtimalını, eləcə də mümkün həbsləri istisna etmirlər. Onlar əmindirlər ki, təhlükəsizlik qüvvələrinin əsas hədəfi Qarabağdakı separatçı qalığın keçmiş lideri Samvel Şahramanyandır.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi dünən Qarabağ separatçılarının İrəvandakı ofisində axtarışlar aparıb.
👍71
‼️Bakıda baş verən qətlin təfərrüatı məlum olub.

Hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi Sovxoz yaşayış ərazisində qeydə alınıb.

İftixar Vəlizadə 19 yaşlı oğlu Ayxan Vəlizadəyə evə gec gəldiyi üçün irad bildirib. Bundan hiddətlənən oğul atasına yaşadıqları evin həyətində 14 bıçaq zərbəsi vurub.

- Teleqraf
👎14🤬141🤯1
Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80802 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,5-ə düşmüşdür.
3👍1😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Uşakov: ABŞ-ın Ukrayna ilə bağlı düzəliş edilmiş planında Moskvaya xoş gəlməyən məqamlar çox ola bilər

“Bilmirəm, amma Avropa və Ukrayna ilə aparılan bütün bu işçi danışıqlardan sonra bizə hansısa sənəd və ya sənədlər təqdim olunmalıdır və biz həmin sənədlərin bu təmaslardan sonra necə dəyişdiyini görməliyik. İndi guya aktiv bir ‘beyin fırtınası’ gözlənilir, baxacağıq. Amma biz ABŞ layihələrinin düzəliş edilmiş variantını görməmişik. Ona görə də sənədləri görəndə çox şey bizə xoş gəlməyə bilər. Mən belə… hiss edirəm”, — deyə Rusiya prezidentinin köməkçisi bildirib.
5👎1👌1
Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bildirilib ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.
3
Mahaçqala hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Axar.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

“Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün vacibdir”, - məlumatda qeyd olunub.
Bakıda ağır qəzaya düşən "Porsche"nin sürücüsünün KİMLİYİ BİLİNDİ

Paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin adları məlum olub.

Dekabrın 12-si saat 00:19-da Nizami rayonu, B.Çobanzadə küçəsi 45 ünvanında Əsəd Eldar oğlu Rəsulovun idarə etdiyi 77-UV-617 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil ilə Asif Məhiyəddin oğlu Qarayevin idarə etdiyi 10-LP-075 dövlət qeydiyyat nişanlı "Porsche" toqquşub.

"Volkswagen" markalı nəqliyyat vasitəsi aşaraq qaz boru kəmərini zədələyib və yanğın baş verib.
🙏41
Fəxri Xiyabanda jurnalistlərə “cızıqdan çıxmaq” qadağası?
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycanın Türkmənistandakı Səfirliyinə gələrək Ümummilli Lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi qoyub.
7👍1😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Heydər Əliyev Şuşada...
55👍12🙏2🥴2🤬1
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda Rusiya lideri Vladimir Putinlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
👍11🤡3