Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.5K subscribers
38.6K photos
23.5K videos
8 files
33.5K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇲Ermənistanın tanınmış “İmnemnimi” podkastının müxalif aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanın evlərində axtarış aparılıb və saxlanılıblar.

Tanınmış aparıcılar “yalan məlumat yaymaq”, “xuliqanlıq” kimi maddələrlə təqsirli bilinirlər.
👍75
Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
3😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Samara vilayəti: taksi sərnişini bıçaqla sürücüyə hədə-qorxu gəldi!

Səyahət demək olar ki, faciə ilə başa çatırdı: qadın bıçağı çıxarıb sürücüyə şanson musiqisi qoymağı tələb edib.
💬 O bildirib:

“Mənə bu musiqi xoş deyil! Birinci dəfə başa düşmək olmur? Şansonu açın!”
🤣14😁11😡21🤓1
❗️Emin Əmrullayev: 1-5 yaşında olan uşaq məktəbəqədər təhsilə getməlidir
🤣133🤯3👏1🏆1
Ermənistan parlamentində bu gün üçün nəzərdə tutulan gələn ilin büdcə müzakirələri zamanı anlaşılmazlıq yaranıb.

Axar.az xəbər verir ki, erməni mediası iclasa Baş nazir Nikol Paşinyanın da qatıldığını, ancaq Mülki Müqavilə fraksiyasının deputatlarının heç də hamısının parlamentə gəlmədiyini yazıb.

Bildirilir ki, qeydiyyatdan keçən deputatların sayı cəmi 46 nəfər olub və iclas üçün yetərsay alınmayıb. Bundan sonra Paşinyan əsəbi halda iclası tərk edib.
👍4👎1
Saytlara maliyyə dəstəyinin məbləği 2 min manat artırılıb

Onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləği artırılıb.

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn media subyektlərinə dəstək müsabiqəsinin şərtlərində qeyd olunub.

Bildirilib ki, yekunda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq.

Qeyd edək ki, əvvəllər bu məbləğ 3000 manat təşkil edib.
7😁3
Azərbaycanın tanınmış jurnalisti, "Avronyus" (Euronews) telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə jurnalistin yaxınları məlumat verib.

Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun "Avronyus" üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.
🙏15😢6👍4
❗️Gələn il Azərbaycanda real iqtisadi artım iki faiz olacaq
👎4😁3❤‍🔥1
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 15-20, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
👍41
🇹🇷Hökumət dairələri ilə əlaqələri olan "Hürriyet" qəzetinin köşə yazarı Əbdülqadir Selvi bildirib ki, Gürcüstan və Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyənin C-130 hərbi təyyarəsi vurulmuş ola bilər.

"Həm təyyarənin qəzaya uğraması, həm də vurulması ehtimalı araşdırılır. Qafqaz xüsusi təhlükəsi ilə tanınan bir bölgədir. Buna görə də hər bir ehtimal araşdırılır".
9🤔2👍1
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
3🤮2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️20 nəfərin şəhid olduğu təyyarə qəzasından geriyə qalanlar
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢23🙏152
✈️Türkiyə Müdafiə Nazirliyi: Gürcüstanda qəzaya uğrayan təyyarədə hərbi sursat olmayıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
Bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək bəzi oyunlar canlı yayımlanacaq.

Axar.az xəbər verir ki, D qrupunda Azərbaycan yığması İslandiyanı qəbul edəcək. Matç saat 21:00-da başlayacaq.

Qrupun digər görüşündə isə Fransa evdə Ukrayna ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Hər iki matçı "CBC Sport" telekanalı vasitəsi ilə canlı izləmək mümkün olacaq.
5
Aralıq dənizində 4,5 bal gücündə zəlzələ baş verib
😱42🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️🇦🇿Növbəti köç karvanları Xocalının Badara və Daşbulaq kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.
19👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nikol Paşinyan Ermənistan Milli Məclisinin sədri Alen Simonyanı zalın yarıboş olmasına görə tənqid edib.

İclas ölkənin 2026-cı il dövlət büdcəsinin müzakirəsinə başlanması üçün kvorumun olmaması səbəbindən 20 dəqiqəlik təxirə salınıb.
👍18😁7
❗️Zərdabda əkin sahələrinin su təminatının yaxşılaşdırılması 10,5 milyon manata başa gələcək
👍62