Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.6K subscribers
38.6K photos
23.5K videos
8 files
33.5K links
Download Telegram
🇹🇷 Ərdoğan: Türkiyə qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqlarının tapılmasında Gürcüstanla koordinasiyalı şəkildə işləyir.
😢18🙏3🤣1
Media is too big
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan yola düşən hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması barədə açıqlama verib

O qəza nəticəsində hərbçilərin şəhid olduğunu bildirib.

"Allah şəhidlərimizə rəhmət eləsin və dualarımız onlarla birlikdədir", - o qeyd edib.

Xatırladaq ki, Gəncə şəhərindən Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢23🙏2111🤣1
🇹🇷Türkiyə daxili işlər naziri Əli Yerliqaya: Azərbaycandan ölkəmizə gələn Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğradığını dərin bir üzüntü ilə öyrəndim”.

🔹 “Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın Daxili İşləri naziri cənab Gela Geladze ilə telefonla danışdım. Cənab nazir də hadisə yerinə gedir”.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢18🙏71🤣1
🇹🇷🇦🇿 Azərbaycan XİN Türkiyəyə başsağlığı verib.

🇹🇷🇦🇿 Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib.

🇦🇿🇬🇪 İlham Əliyevin tapşırığına əsasən Əli Əsədov Türkiyəyə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Gürcüstan Baş naziri ilə əlaqə saxlayıb

Əli Əsədov ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin Azərbaycan FHN-nin müvafiq heyətinin həmin əraziyə göndərməyə və digər lazımi dəstək tədbirlərini görməyə hazır olduğunu bildirib.
😢208👍4🤣1
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə tərəfinə başsağlığı verib.
14😭8👍4🙏2🤣1
⚡️Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan hərbi karqo təyyarəsində 20 nəfər heyət üzvü olub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢42🙏7🤣1
⚡️Gürcüstan, Türkiyə hərbi karqo təyyarəsinin qəzaya uğradığı yerdən fotolar
😭48🙏12💔73🕊1🤣1
Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb.
Qeyd olunub ki, 2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi müəssisənin istehsalat fəaliyyəti dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub.
6👍2👎1🤔1
🇹🇷🇬🇪Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcüstanlı həmkarı Geka Geladze ilə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasını müzakirə ediblər.
8👍2🤣1
Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəza etdiyi əraziyə gedib.
😢43👍32🤣1
🇦🇿🇹🇷 Ceyhun Bayramov Hakan Fidana başsağlığı verib

▪️Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidana zəng edərək Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi ilə bağlı başsağlığı verib.

▪️Ceyhun Bayramov hadisə nəticəsində həlak olan təyyarə heyətinə və hərbçilərə Allahdan rəhmət, ailələrinə səbr diləyib.

▪️Nazir həmçinin qeyd edib ki, Azərbaycan tərəfi qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə işlərində bütün lazımi dəstəyi göstərməyə hazırdır.

▪️Hakan Fidan isə başsağlığına və göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
22👍3❤‍🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔈❗️ Təyyarə qəzasının baş verdiyi yerdən GÖRÜNTÜLƏR

Baku TV Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi təyyarənin qəzaya uğradığı əraziyə gedib.

Məlumata görə, qəza baş verən bölgədə axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏144👍2
🇦🇿🇹🇷🇬🇪Türkiyə-Gürcüstan və Azərbaycan müdafiə nazirləri təyyarə qəzası ilə bağlı məsləhətləşmələr aparıb.

Nazirlər axtarış-xilasetmə prosesi ilə bağlı məlumat mübadiləsi aparıb.
👍123
Türkiyəyə məxsus qəzaya uğrayan hərbi təyyarənin göyərtəsində olan 20 nəfərdən 10-nun adı məlum olub.
😢32🙏5🤣1
🇹🇷Türkiyə Prezident Aparatı: Qəzanın səbəbləri həssaslıqla araşdırılır

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı paylaşım edib.

O, qəzanın səbəblərinin böyük həssaslıqla araşdırıldığını və Türkiyədən Gürcüstana göndərilən xüsusi qrupun hadisə yerini nəzarətə götürdüyünü bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğan hadisənin ilk anlarından etibarən axtarış-xilasetmə işlərini yaxından izləyir, həm Gürcüstan, həm də Azərbaycan rəsmiləri ilə görüşlər keçirib. Qəzanın səbəbləri ciddi şəkildə araşdırılır”,

— deyə Burhanəddin Duran qeyd edib.
👍51
Bu gün Konstitusiya Günüdür
189
Hazırda yollardakı vəziyyət:

1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
2. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
3. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
4. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
9. Babək prospekti, mərkəz istiqamətində;
10. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
15. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
16. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.