Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.7K videos
7 files
32.2K links
Download Telegram
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2🙏1
Rusiya Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçi terror fəaliyyətinə açıq çağırışlar və Rusiya ordusu haqqında yalan məlumatların yayılması ilə bağlı aparılan cinayət işi çərçivəsində beynəlxalq axtarışa verib.
😁11👍3
⚡️Bəzi media subyektləri və sosial media hesablarında “İsraildə baş verən 7 oktyabr hadisələri ilə bağlı Azərbaycan bayraqları yarıya endiriləcək” başlığı altında xəbərlər tirajlanır.

Bu səhifələr “X” platformasındakı paylaşımlarında İsrailin Azərbaycandakı səfirliyində endirilən bayrağı "Azərbaycanın hərəkətləri" kimi təqdim edərək, manipulyativ məlumatlar yayırlar.

İstifadəçilərdən bu kimi dezinformasiya xarakterli xəbərlərə inanmamaq xahiş olunur.
🤮54
💡 Ukrayna işığın kəsilməsi problemindən yayınmaq üçün güclü "akkumulyator parkları" şəbəkəsi yaradıbWSJ

🗞️ Nəşr yazır ki, bu cür parklar iki saat ərzində 600 000-ə qədər evi elektrik enerjisi ilə təmin etməyə qadirdir.

Bu layihə təxminən 140 milyon dollara başa gəlib.

Batareyaların dəqiq yeri gizli saxlanılır və onları hava hücumundan müdafiə örtüyü qoruyur.
5🤨1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Bakı-Quba yolunda yüksək sürət faciə ilə nəticələnib.

⚠️Yüksək sürətlə idarə olunan “Mercedes” idarəetmədən çıxaraq ağaclara çırpılıb. Sürücü ölüb, sərnişin yaralanıb.
3🙏2
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib.
8👍3
🇹🇷 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsində iştirak etmək üçün Azərbaycanın Qəbələ şəhərinə yola düşüb.

Ərdoğanı hava limanından prezident köməkçisi Cevdet Yılmaz, İstanbul Valisi Davut Gül və digər rəsmilər yola salıblar.
11👎1🤬1🤮1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Şəmkir rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna…
Şəmkirdə qətl hadisəsi zamanı ailənin övladı bıçaq xəsarəti alıb.

Məlumata görə, xəsarət alan şəxs 2009-cu il təvəllüdlü A.H. xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, oktyabrın 6-da saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
3
🏆 “Sabah” basketbol klubu bu gün Çempionlar Liqasında mübarizəyə başlayır.

📍 Litvalı Rimas Kurtinaytisın baş məşqçisi olduğu komanda B qrupunun 1-ci tur oyununa çıxacaq.

🇦🇿Azərbaycan çempionu Çexiyada yerli “Nimburk” klubunun qonağı olacaq.

📺 Oyun Bakı vaxtı ilə saat 20:30-da başlanacaq və İTV-dən canlı yayımlanacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
❗️Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8😍3🤡21👎1🤮1
⚡️ Ruben Vardanyan Rusiyadakı daha bir biznesini satdı

Hazırda Azərbaycanda həbsdə olan erməniəsilli iş adamı Ruben Vardanyan Rusiyadakı avtomobil biznesindən tamamilə çəkilib. O, "Atom" adlı elektromobil layihəsindəki payını satıb.

Vardanyana məxsus "Vosxod" MMC-dəki 25 faizlik pay - "Kama" şirkətinin əsas səhmdarı birbaşa həmin cəmiyyətin özünə keçib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🟢Qəbələ şəhəri liderlərin görüşünə hazırdır
👍124
Tramp "TikTok"a qayıtdı

ABŞ Prezidenti Donald Tramp 2024-cü il seçkilərində qələbəsindən sonra ilk dəfə "TikTok"da video paylaşaraq gənclərə müraciət edib:

"Mən "TikTok"u xilas etdim, indi siz mənə borclusunuz. Bir gün sizdən biri Oval Kabinetdə oturacaq."

Vitse-prezident Cey Di Vens də hesabını bərpa etdiyini bildirib və son aylarda "TikTok"dan uzaq qaldığını, əsas diqqətini vəzifəsinə yönəltdiyini qeyd edib.
😁31👎1
👀Nobel mükafatı aldı, xəbəri yoxdur

Tibb üzrə 2025-ci il Nobel Mükafatının üç qalibindən biri Fred Ramsdell hələ də mükafatından xəbərsiz görünür - Nobel Komitəsi onunla əlaqə saxlaya bilməyib.


Onun həmkarının sözlərinə görə, alim “ən yaxşı həyatı yaşayır” və şəbəkədən kənarda qalaraq Aydahoda bel çantası ilə gəzir.

📌Qeyd edək ki, mükafat həm də immun tolerantlıq sahəsində kəşflərinə görə Meri Brunkov və Şimon Sakakuçiyə verilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
Azərbaycan Hava Yolları QSC-nin (AZAL) SƏTƏMM (Sağlamlıq, təhlükəsizlik və ətraf mühit) və Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Rəşad Haqverdiyev vəfat edib.

O, bu gün səhər saatlarında dünyasını dəyişib.

1980-cı il təvəllüdlü R.Haqverdiyevin həyatını itirməsinə səbəb səhhətindəki problem olub.
🙏71🔥1🎉1