Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
35.1K photos
20.7K videos
7 files
32.2K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
23 il əvvəl bu gün: Braziliyalı Ronaldo "Real Madrid" ilə çıxdığı ilk matçında 61 saniyə ərzində qol vurdu.

Sizin üçün futbolda ən unudulmaz debütlər hansılardır?
17👍2🤮1
Media is too big
VIEW IN TELEGRAM
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin operatorları rus işğalçılara məxsus nadir “Jitel” adlı radio-elektron mübarizə (REM) stansiyasını məhv ediblər.
21👍7🏆1
⚠️⚠️Şirvanda kişi xəstəxanada işləyən həyat yoldaşını bıçaqladı

Şirvan sakini, 39 yaşlı Qambayeva Lamiyə Nəcməddin qızını həyat yoldaşı bıçaqlayıb.

Məlumatına görə, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb.

Qeyd edək ki, L.Qambayeva Şirvan şəhər mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
📞Putin ilə Netanyahu arasında telefon danışığı

‼️Əsas məqamlar:

▪️ Netanyahu, Rusiya liderinin doğum günü öncəsi Putinə ən yaxşı arzularını çatdırdı;

▪️ Putin, Netanyahu və İsrail xalqını Yahudi bayramı Sukot münasibətilə təbrik etdi;

▪️ Putin və Netanyahu, Qəzza sektoruna dair Tramp planını müzakirə etdilər, Rusiya Prezidenti Rusiyanın həll istiqamətindəki mövqeyini təsdiqlədi;

▪️ Həmçinin İranın nüvə proqramı ilə bağlı “həll yolları” və Suriyadakı sabitlik məsələlərinə toxundular.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2🤡2😁1
II MDB Oyunları: Bu gün dörd idman növü üzrə yarışlar keçiriləcək

Şəkidə çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək.

Şəkidə eyni zamanda bədii gimnastika yarışları davam edəcək.

Gəncə İdman Sarayında isə qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.

Gəncə Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə yarışların mükafatçılarına aydınlıq gələcək.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
4
☀️🌡 Sabah 28 dərəcə isti olacaq

Azərbaycan ərazisində oktyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Havanın temperaturu gecə 16-18, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
5
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
10. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;
11. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur.
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ-də təcili tibbi yardım helikopteri qəzaya uğrayıb

ABŞ-nin Kaliforniya ştatında təcili tibbi yardım helikopteri qəzaya uğrayıb. Hadisə Kaliforniya Universitetinin Davis Tibb Mərkəzindən havaya qalxan "REACH Air Medical" şirkətinə məxsus helikopterin Sakramento şəhəri yaxınlığındakı magistral yolda qəzaya düşməsi nəticəsində baş verib.

Helikopterdə olan üç nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib
2
❗️Rusiya Xarkova zərbə endirib.

Hədəf enerji infrastrukturu obyektləri olub. Şəhərdə azı 20 partlayış qeydə alınıb.

PUAlar yanacaq-sürtkü materialları anbarlarını və “Losevo” elektrik yarımstansiyasını vurublar. Nəticədə şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Zərbə yerlərində güclü yanğın və qalın qara tüstü müşahidə olunur.
👎74
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
⚠️⚠️Şirvanda kişi xəstəxanada işləyən həyat yoldaşını bıçaqladı Şirvan sakini, 39 yaşlı Qambayeva Lamiyə Nəcməddin qızını həyat yoldaşı bıçaqlayıb. Məlumatına görə, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb. Qeyd…
Media is too big
VIEW IN TELEGRAM
❗️❗️Xəbər verdiyimizə kimi, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis işləyən Lamiyə Qanbayeva həyat yoldaşının fiziki zorakılığı nəticəsində xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı zərərçəkənin dayısı Vüqar Ağayev hadisənin detallarını açıqlayır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎42
🇷🇺🇺🇦Rus ordusu Poltava vilayətinə zərbələr endirib

Mülki infrastrukturun hədəfə alınması nəticəsində inzibati binalarda yanğınlar baş verib. Həmçinin bir yaşayış binası və yardımçı tikili zədələnib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.
😡75