Anar Əliyevin bloqu
403 subscribers
116 photos
4 videos
34 links
Bloger-urbanist, “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi.

Bu kanalda şəxsi fikirlər və məsləhətləri paylaşıram.

Layihənin əsas kanalı: @city4people_az
Download Telegram
🔖 Urbanistika mövzusunda biliklərimi möhkəmləndirmək üçün əlavə iki kursdan keçdim.

📚 "EIT Urban Mobility Academy" tərəfindən təqdim olunan kursların əksəriyyəti pulsuzdur, istəyinizə görə əlavə ödənişlə sertifikat əldə edə bilərsiniz (kursların sonunda testlər var).

Odur ki, sizə sabah "Nə danışırsan e, əsas məsələ yollar geniş olsun qaqa" deyən olsa, şəhər mobilliyin bu qədər primitiv məsələnin olmadığını başa sala biləcəksiniz və buna dair kifayət qədər arqumentləriniz də olacaq.
🎂 Bu da 40.

Deyirlər ki, bu yubileyi qeyd etmirlər. Lakin önəmli bir ildönümüdür.

🔹 Bu yaşda insanın bir nömrəli prioriteti sağlamlıq olmalıdır. Bu isə özünə qulluq ilə yanaş sağlam mühitlə bir sintezdə olmalıdır.

🌳 “İnsan yönümlü şəhər” piyada gəzmək və velosiped sürməkdən ibarət deyil. Belə şəhər özü özündə sağlam həyat tərzi üçün şərait yaradan, bütün qrup insanlar üçün rahat və yaşamalı bir məkan deməkdir.

✍️ Uzun müddətdir ölkəmizi belə bir məkama çevirmək üçün təbliğat aparıram, dövlət qurumları ilə ünsiyyət qurmağa çalışıram.

🔸 Hərdən bunu birmənalı qarşılamayan, fikirlərimi “radikal” adlandıran da olur. Bu normaldır, və bütün cəmiyyətlərdə rastlaşmaq olar. Hər sahədə olduğu kimi, qarşılıqlı hörmət saxlayaraq, konstruktiv dialoqlar quraraq və maarifləndirməklə işlərini davamlı apararaq hər kəs üçün xeyirli bir nəticəyə gəlmək mümkündür.

❗️ Bu vacib yaş həddinin keçməsinə baxmayaraq, çalışacam bundan sonra da urbanistik məzmunundan izləyiciləri əsirgəməyim.

Bu işdə dəstək olmaq istəsəniz, sevinərəm. 🙂
✍️ Bu arada deyəsən KİV-lərə göstəriş verilib ki, benzinin qalxmasını "dəyişmək" kimi təqdim etsinlər.

💬 Misal üçün, Google göstərir ki, "AzTV" kanalında başlıq əvvəl "bahalaşdı", linkə keçid edəndə isə artıq "dəyişdi" kimi görsənir.

Həmçinin, bütün digər izləyicisi çox olan saytlarda vəziyyət eynidir. "95 benzinin qiyməti DÜŞDÜ", amma "92 və dizelin qiyməti DƏYİŞDİ" 🤡
🇸🇪 İsveçdə avtobusda pulsuz gedişə imtina cavabını alan 🇦🇫Əfqanistandan bir immiqrant avtobus sürücüsünü biçaqladı.

Sonra da bəzi insanlar təəccüblənir ki, Avropanın immiqrasiya siyasəti niyə çox "aqressiv" və "islamofob"dur.
☕️ Xətai tərəfdə maraqlı kofeşopa rast gəldim. Amma yenə də urbanistika öz sözünü deyir.

Deməli adını qoyublar “White Cat”, kafedə ağ pişik gəzir. Dekorlarda da bu simvoldan istifadə olunur.

Kofesi dadlıdır, şəkərsiz desertlər də təklif edirlər, qiymətlər şəhər mərkəzi üçün ortastatistikdir (bu post reklam deyil).

❗️ Amma şənbə günü axşam məndən başqa müştərisi yox idi!


Və burada biz yenə də urbanistikaya qayıtmış oluruq. Yerləşdiyi küçə (Xocalı prospekti və İ.Orucova kəsişməsi) piyada gəzmək üçün bir o qədər də uyğun deyil. Vaxtilə burada səkini kəsib parkinq ediblər (güya obyektin müştərilər üçün), amma kofeşop və kiçik kafe kimi bizneslər yalnız insan yönümlü və məhs piyada və velosiped axını çox olan bir küçədə effektiv olar. 5-6 avtomobil üçün parkinq yeri etmək sizə müştəri gətirməyəcək.

📣 Buradan bir daha həm sahibkarlara, həm dövlət qurumlarına səslənirəm. Küçələr nə qədər insanyönümlü və piyada gəzmək üçün münasib olsa, bir o qədər də həmin küçədə biznes yaxşı işləyər və şəhər iqtisadiyyatı üçün xeyirli olar.
Kəmalə xanım…

Bəzi jurnalistlərimiz ABŞ-ın vitse-prezidentinə artıq vətəndaşlıq verməyə hazırdır. 😂
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Nəyinə lazımdır?”

Rusiyanın siyasətindən kanal aparan Maksim Kats yaxşı bir misal gətirib.

Nəyə görə əksər post-sovet ölkələrində insanlar passivdir və ancaq öz evinin içini düşünür? Niyə bizim mənzilimiz saray ola bilər, amma məhlənin pis gündə olması bizim vecimizə deyil?

🛑 Çünki bu ölkələr hər şeyə məcbur edən Sovet İttifaqının davamını yaşayırlar.

🔹 İnsanlar nəhayət bu sistemdən qurtulub öz həyatını yaşamaq istəyirlər. Və ətrafdakılara da deyirlər, “nə işin var, nəyə lazımdır, başıvı sal aşağı həyatını yaşa”. Bu mənə çox tanışdır 🙂

➡️ Tam videosu burada.

🔹 M. Kats keçmişdə urbanistika haqqında çox yazıb və videolar çəkib, bu mövzuda kitabların müəllifidir. Ukraynada müharibə başlayandan sonra daha çox siyasətə fokuslanıb.
💡 Dərin mənalı şəkillər.

Burada qalsın…