Anar Əliyevin bloqu
430 subscribers
121 photos
4 videos
35 links
Bloger-urbanist, “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi.

Bu kanalda şəxsi fikirlər və məsləhətləri paylaşıram.

Layihənin əsas kanalı: @city4people_az
Download Telegram
🎂 Bu gün 41 yaşım tamam oldu. Son 7 ilini akitv şəkildə “İnsan yönümlü şəhərlər” layihəsinə həsr etmişəm.

Geriyə baxanda inanmaq istəyirəm ki, bu illər ərzində cəmiyyətimizin bir hissəsində rahat, təhlükəsiz və əlçatan şəhərlər haqqında fikir formalaşdırmaq mümkün olub.

Bu dəyişikliklərdə mənim və bu işdə mənə kömək və dəstək olan gözəl insanların tövhəsi varsa, bunu böyük uğur kimi qiymətləndirirəm.

Bu layihə çərçivəsində hələ çox maraqlı və faydalı işlər görmək mümkündür. Ümid edirəm, imkan və motivasiya bundan sonra da olacaq.

☑️ Doğum günüm Silahlı Qüvvələrin bayramı ilə üst-üstə düşür. Müasir zaman göstərdi ki, ölkənin güclü ordusun olması çox aktual bir məsələdir. Azərbaycanın əsgər və hərbçilərini təbrik edirəm.

İzləyən və dəstək olan hər kəsə təşəkkürlər. ❤️
68💯3
İllərdir supermarketlər sadə bir problemə həll tapa bilmirlər. Halbuki çıxış yolu çox bəsitdir.

Yəgin siz də istənilən marketdə rastlaşmısınız.

Gəlirsən dondurma soyuducusuna, 15-20 növ çeşid var, amma seçdiyin məhsulun qiymətini tapmaq bir kvestdir. Çünki qiymətlər sadəcə bir küncə vurulub, adla tapmaq çətindir, gərək bir-bir barkodla yoxlayasan (əgər ona aid barkod tapılarsa).

Bunun çıxış yolunu Türkiyədə görmüşəm (əminəm başqa ölkələrdə də var), fotosu yoxdur, ona görə Sİ ilə nümunə gətirirəm. Dondurmaların şəkil və qiymətlərini bir lövhəyə vurub qoyursunuz soyuducunun üstünə. Hətta qutu ilə birlikdə, birəbir rəfdə olduğu kimi. Vəssalam.

İndi bu sadə ideya Bravoda, Arazda və Bazarstore-da çalışan menecerlərin ağlına gəlmir? Yoxsa qəsdən bunu belə qəliz edirlər ki, kassada “təsadüfən” 1 manatlıq əvəzinə 3-manatlıq dondurma sənə satsınlar?

Onlara mesajım: əksinə, daha şəffaf qiymət siyasəti və cəlbedici lövhələr satışları daha da çox stimullaşdırır.
💯279👏2
Belə urbanistik transformasiyaları necə edək?

Dizayn-koddan səhifədə bu gün danışdıq. Eybəcər fasadlara gözümüz öyrəşsə də, bunu başqa cür təsəvüür etmək son zamanlar Sİ imkan verir.

ChatGPT, SORA və digər süni intellekt platformaları yeni vizionlar yaratmağa çox kömək etdi. Amma əsas məsələ dəqiq və detallı “prompt” (sorğu göndərməkdir).

Özünüz eksperiment aparmaq istəyirsinizsə bu botda qeydiyyatdan keçin. Daha sonra “Design with AI” ➡️ SORA Images menyusuna keçin. Şəkli yükləyin və sorğunu detallı yazın.

Daha dəqiq olsun deyə, sorğunu ingilis dilindən yazıram. Təkmilləşdirmək üçün həmin sorğunu ChatGPT-də incələyə bilərsiniz.

Yuxarıdakı nəticə üçün, misal üçün, sorğu belə gedib:

Transform this urban street scene into a modern, people-friendly environment. Start by removing all black bollards (short posts) along the sidewalk. Replace them with nothing or with subtle human-scale urban elements such as planters or public furniture if appropriate.

Add more elements that reflect a human-centered design: include additional benches, modern trash bins, and small urban details like bike stands or sidewalk café furniture. Introduce greenery — place tall planters with small trees or ornamental grasses along the facade or near seating areas to soften the space and improve livability.

Maintain the clean, minimalist signage on the facade with semi-transparent lettering directly on the building, but avoid excessive uniformity — introduce some material variety in the entrances, such as wooden paneling or textured surfaces, while keeping everything within a cohesive visual style.

Add warm architectural lighting — discreet LED lights that highlight the building features or signage — and consider adding street-level ambient lighting, such as small modern light posts or built-in fixtures.

Inside the shop windows, show more signs of life and activity — for example, people sitting inside a café, browsing in a bookstore, or interacting at a counter. Keep the original architectural structure and perspective intact, and preserve the calm, clean atmosphere while making the space more welcoming and vibrant for people.


Təbii ki, variantlar sonsuzdur, fərqli nəticələr əldə etmək olar.

☑️ Bot ödənişlidir, lakin bir çox neyron şəbəkələri özündə birləşdirir (foto, audio, video, mətn).

💬 Siz də şərhlərdə və yaxud böyük qrupumuzda öz nəticələrlə bölüşə bilərsiniz.
15👏2🤣1