🇬🇪🇪🇺 Avropaya doğru irəliləyən Gürcüstandan müşahidələr.
⠀
🔹 Bu günlərdə yenə də Tiflisdəyəm.
⠀
İlk dəfə qonşu ölkədə 2010-cu ildə olmuşam. Həmin illərdə bizdən bir pillə aşağı səviyyədə olan şəhər idi. Dəbdəbəli və bəzəkli Bakıdan sonra Tiflis darıxdırıcı və boz görsənirdi.
⠀
İndi isə bu şəhərdə siz köhnə avtobuslara rast gəlmərsiniz, bütün nəqliyyatla ödəniş kartla. Urbanistik islahatlar davam edir, küçələr piyada və ictimai nəqliyyat yönümlü təmir olunur. Bəzi taksi sürücüləri ilə söhbət elədim bu mövzuda, gözlənilən idi ki, onlar şofer olaraq Kaxa Kaladzeni (Tbilisinin meri) söyürdülər 🙂.
⠀
🔹 Şəxsi müşahidəm həm də odur ki, burada “07-Jiquli”, “Volqa” və s. sovet və Rusiya istehsalı maşınlara rast gəlməzsiniz. Maşınların nömrələri belə tipik Avropa standartındadır.
⠀
Haqlı olaraq bildirmək lazımdır ki, şəhərdə hələ N qədər problem var, burada yenidənqurulmuş və mərkəzi küçələr xaric piyada gəzmək narahat olaraq qalır (dar səkilər, baryerlər, pillələr, səkidə parkinq və s.), bu cəhətdən heç Bratislavaya çata bilməz Tbilisi.
⠀
🔸 Bəli, bu gün Gürcü hakimiyyətinə Rusiyanın təsiri qalmaqdadır, ölkənin 20% işğal olunub. “Xarici agentlər” haqqında qanun qəbul etmək istəyirlər, amma burada yaşayan tanışlarla söhbətdən başa düşdüm ki, hər şeyə rəğmən gürcü xalqı özünü Avropada görür.
⠀
🇪🇺 Ən əsası isə odur ki, avrointeqrasiya tək siyasi məsələ deyil, vətəndaşlar bundan çox şey qazanır - ikitərəfli vizasız Avropa ölkələrinə gediş-gəliş, AB-nin “Açıq Səma” sazişi sayəsində ucuz aviabiletlər, çoxlu turistlər - bunların sayəsində vətəndaşlarln dünya görüşü də böyüyür.
⠀
🇦🇿 Bu gün Azərbaycan AB-yə üzv olmaq kimi məqsəd qoymasa da, istər Avropanın istər digər inkişaf etmiş ölkələrin uğurlu təcrübəsinə baxıb tətbiq etməlidir.
⠀
🔹 Bizim yollarımız Almaniyada ki kimi keyfiyyətli, ictimai nəqliyyatımız Çexiyada ki kimi rahat, yol qəzaları statistikamız isə İsveçdəki kimi aşağı olsa, bunun nəyi pisdir?
Hər halda, bunu Gürcüstan edirsə, Qafqazın digər ölkəsində bunu etmək “mümkün deyil” kimi arqumentlər keçərli deyil.

🇬🇪 Bu gün Tiflisdə mitinqin canlı şahidi oldum.
⠀
Deyilənə görə, 100 min insan “xarici agentlər haqqında” qanuna qarşı etiraz edir.
⠀
❌ Hazırda şəhər iflic olub, əksər küçələr ya bağlıdır ya da tıxaclara dirənib.
⠀
🔸 Parlament binası və Rustaveli prospekti hələ günortadan patrul edilirdi. Burada bayraqlar da satılırdı.
⠀
🚇 Metro və şəhərdən kənar obyektlər ştar rejimində fəaliyyət göstərir.

Cavanşir körpüsünün sökülməsini, onun yerində hansı layihənin olmasını və ümumiyyətlə şəhərdə bu cür proseslər necə getməlidir - bu gün “Sabah Saxlamayaq” verilişində qonaq qismində bu mövzuda çıxış etdim.
➡️ https://youtu.be/SAh3-gwe5i0?si=5zYrO58cJGJBTRh2

YouTube
Sabaha Saxlamayaq | Cavanşir körpüsü sökülür: tıxaclar azalacaqmı?
Cavanşir körpüsünün sökülməsi faktı. AAYDA-nın körpünü funksional hesab etməməsinə görə atdığı bu addımdan sonra gözlənilən dəyişikliklər. Həmin ərazidə hansı yeniliklər olacaq? Körpünün əvəzinə yol tikmək təklifinin mübahisələndirilməsi. İnsanyönümlü şəhər…
🇧🇬 Sofiyaya gəlmişdən öncə “kasıb və darıxdırıcı şəhər” tipli rəylər eşitmişdim.
⠀
Amma bilirdim ki, zəngin tarixi olan, müxtəlif dövrləri yaşayan, yaşıllıqla bol olan və tramvayı hərəkət edən bir şəhəri mütləq bəyənəcəm ❤️
⠀
Bolqarıstan kimi özünəməxsus Avropa ölkəsinə səyahət etməyə dəyər.

🔖 Urbanistika mövzusunda biliklərimi möhkəmləndirmək üçün əlavə iki kursdan keçdim.
⠀
📚 "EIT Urban Mobility Academy" tərəfindən təqdim olunan kursların əksəriyyəti pulsuzdur, istəyinizə görə əlavə ödənişlə sertifikat əldə edə bilərsiniz (kursların sonunda testlər var).
⠀
Odur ki, sizə sabah "Nə danışırsan e, əsas məsələ yollar geniş olsun qaqa" deyən olsa, şəhər mobilliyin bu qədər primitiv məsələnin olmadığını başa sala biləcəksiniz və buna dair kifayət qədər arqumentləriniz də olacaq.

🎂 Bu da 40.
⠀
Deyirlər ki, bu yubileyi qeyd etmirlər. Lakin önəmli bir ildönümüdür.
⠀
🔹 Bu yaşda insanın bir nömrəli prioriteti sağlamlıq olmalıdır. Bu isə özünə qulluq ilə yanaş sağlam mühitlə bir sintezdə olmalıdır.
⠀
🌳 “İnsan yönümlü şəhər” piyada gəzmək və velosiped sürməkdən ibarət deyil. Belə şəhər özü özündə sağlam həyat tərzi üçün şərait yaradan, bütün qrup insanlar üçün rahat və yaşamalı bir məkan deməkdir.
⠀
✍️ Uzun müddətdir ölkəmizi belə bir məkama çevirmək üçün təbliğat aparıram, dövlət qurumları ilə ünsiyyət qurmağa çalışıram.
⠀
🔸 Hərdən bunu birmənalı qarşılamayan, fikirlərimi “radikal” adlandıran da olur. Bu normaldır, və bütün cəmiyyətlərdə rastlaşmaq olar. Hər sahədə olduğu kimi, qarşılıqlı hörmət saxlayaraq, konstruktiv dialoqlar quraraq və maarifləndirməklə işlərini davamlı apararaq hər kəs üçün xeyirli bir nəticəyə gəlmək mümkündür.
⠀
❗️ Bu vacib yaş həddinin keçməsinə baxmayaraq, çalışacam bundan sonra da urbanistik məzmunundan izləyiciləri əsirgəməyim.
⠀
Bu işdə dəstək olmaq istəsəniz, sevinərəm. 🙂

✍️ Bu arada deyəsən KİV-lərə göstəriş verilib ki, benzinin qalxmasını "dəyişmək" kimi təqdim etsinlər.
⠀
💬 Misal üçün, Google göstərir ki, "AzTV" kanalında başlıq əvvəl "bahalaşdı", linkə keçid edəndə isə artıq "dəyişdi" kimi görsənir.
⠀
Həmçinin, bütün digər izləyicisi çox olan saytlarda vəziyyət eynidir. "95 benzinin qiyməti DÜŞDÜ", amma "92 və dizelin qiyməti DƏYİŞDİ" 🤡

🇸🇪 İsveçdə avtobusda pulsuz gedişə imtina cavabını alan 🇦🇫Əfqanistandan bir immiqrant avtobus sürücüsünü biçaqladı.
Sonra da bəzi insanlar təəccüblənir ki, Avropanın immiqrasiya siyasəti niyə çox "aqressiv" və "islamofob"dur.

☕️ Xətai tərəfdə maraqlı kofeşopa rast gəldim. Amma yenə də urbanistika öz sözünü deyir.
Deməli adını qoyublar “White Cat”, kafedə ağ pişik gəzir. Dekorlarda da bu simvoldan istifadə olunur.
Kofesi dadlıdır, şəkərsiz desertlər də təklif edirlər, qiymətlər şəhər mərkəzi üçün ortastatistikdir (bu post reklam deyil).
❗️ Amma şənbə günü axşam məndən başqa müştərisi yox idi!
Və burada biz yenə də urbanistikaya qayıtmış oluruq. Yerləşdiyi küçə (Xocalı prospekti və İ.Orucova kəsişməsi) piyada gəzmək üçün bir o qədər də uyğun deyil. Vaxtilə burada səkini kəsib parkinq ediblər (güya obyektin müştərilər üçün), amma kofeşop və kiçik kafe kimi bizneslər yalnız insan yönümlü və məhs piyada və velosiped axını çox olan bir küçədə effektiv olar. 5-6 avtomobil üçün parkinq yeri etmək sizə müştəri gətirməyəcək.
📣 Buradan bir daha həm sahibkarlara, həm dövlət qurumlarına səslənirəm. Küçələr nə qədər insanyönümlü və piyada gəzmək üçün münasib olsa, bir o qədər də həmin küçədə biznes yaxşı işləyər və şəhər iqtisadiyyatı üçün xeyirli olar.