🚋 Tramvay sanki sehrli bir ictimai nəqliyyat növüdür.
⠀
Həm tramvayda gedəndə şəhərə baxıb zövq alırsan, həm də sadəcə küçədə bir skamyada oturub keçən və səni tarixə aparan vaqonlara baxmaqdan yorulmursan.
⠀
Bu cəhətdən şəhərdə küçə mebelin (skamyaların ən azı) çox olması çox önəmlidir.
⠀
Avropanın tarixi şəhərlərin küçələri heç bir aqressiya hissi yaratmır, saatlarla gəzişə bilərsən, yorulmayacaqsan.
⠀
📍🇦🇹 Vyana.

👆 Vyanada küçədə pulsuz paylanılan qəzeti sadəcə maraq üçün götürdüm və yerli mobil operatorunun belə reklamı qarşıma çıxdı.
50 GB internet + 1000 dəqiqə + 1000 SMS - ayda €9,90 (18 AZN).
Azercell-də buna oxşar aylıq paket 75 AZN-dir!
🔸 Hələ nəzərə alın ki, Avstriyada orta aylıq maaş 4000 avrodur.
Azərbaycanda mobil rabitə və xüsusilə internetin qiyməti olduqca bahadır.

🇺🇦 Ukraynada müharibənin başlamasından iki il ötür.
⠀
Yüz minlərlə can aparan bu müharibə artıq dünya xəbərlərində ikinci plana keçib.
⠀
Lakin bir şəxsi müşahidəm var ki, iki ilin ötməsinə baxmayaraq, bu gün istənilən 🇪🇺Avropa Birliyinin şəhərlərində siz küçələrdə dəstək əlaməti olaraq Ukrayna bayraqlarına rast gələcəksiniz.
⠀
Hətta hazırda Rusiyayönümlü höküməti olan 🇭🇺Macarıstanda keçən il işğala həsr olunmuş sərgi təşkil olunmuşdur (bu vloqda göstərmişdim).
⠀
⬆️ Foto:
🇨🇿 Praqa iki gün öncə. Arxa planda Milli Muzeyin binasında Ukrayna bayrağı.

🇸🇰 Bratislavada gözəl qürublar.
🇦🇿 Şəhərin mərkəzində isə doğma bayrağa rast gəlmək ayrı bir qürur hissi bəxş edir.

Hə, dostlar, görünür buz tərpənib və şəhərdə piyadanın vacibliyi açıq aşkar məmurların dillərinə gətirilir.
⠀
🇦🇿 İllərdir Azərbaycanda kiçik urbanistik icmasının təklif etdiyi həllər nəhayət reallaşır. Əvvəl Molokan bağının ətrafını bağladılar, sabahdan isə Dəmiryol vağzalının qarşısını.
⠀
💬 Bu gün ən çox rastıma gələn rəylər - "COP29-a görə edilir". Bunu yazan izləyiciləri anlamaq olar. Uzun illərdir Bakıda heç bir islahat aparılımır, görülən işlər də adətən hansısa tədbirlərə həsr olunur ("Avropa oyunları", "Avroviziya" və s.).
⠀
🔹 İnanmaq istəyirəm ki, bunun arxasında daha dərin səbəblər durur. Misal üçün, keçən ilin sonunda "Nəqliyyatın əlaqələndirmə şurası" yaradıldı, bu da bir çox bürokratik addımlara son qoydu. Velosiped yolları təşkil olunur (təəssüf ki, səhvlərlə), avtobuslarda yenilikləri vəd edirlər, indi isə küçələrin piyadalaşdırmasından danışırlar. Nə deyim, təki bunların hamısı tədbir qabağı "pokazuxa" olmasın.
⠀
🔹 Yenə də, görüləsi iş çoxdur. Ən azı, Bakıda rahat gəzmək üçün səkiləri bərpa etmək lazımdır, piyada keçidləri rahat və əlçatan etmək lazımdır, yoxsa hazırdakı tək-tük yeni layihələr Bakını xilas etməyəcək. Pis xəbər odur ki, səkilər nə Nəqliyyat Nazirliyinin, nə də Nəqliyyat Şurasının tabeliyində deyil. Rayon İcra Hakimiyyətləri birbaşa olaraq səkilərə cavabdehdir, lakin bu icralar heç bir insan yönümlü təşəbbüs irəli sürmür.
⠀
🔹 Hələ ki gözləyək, baxaq-görık "İyirmi səkkizi" nə vəziyyətə gətirirlər. Çünki hələ ki heç bir qurum ictimaiyyətə "bura necə olacaq" eskizlərini ya da planları açıqlamır. Sadəcə müqayisə edin bayaq səhifədə paylaşdığım Lvivdə vağzal meydanının yenidən qurmasını necə gözəl təqdim ediblər.

Sizə tramvay hədiyyə etmək istəyirəm. 🙂
⠀
🇨🇿 Praqa vloquna sona qədər baxan yəgin bu fraqmenti də izləyib. Bu şəhərin simvollarından biri sayılan belə bir suvenir tramvay aldım Praqadan.
⠀
İndi isə izləyicilərin birinə hədiyyə etmək istəyirəm. Bu həftənin sonuna qədər kanalın inkişafına ən böyük ianə göndərən izləyiciyə bu eksklüziv hədiyyəni göndərəcəm.
⠀
☑️ Birdəfəlik dəstək göstərmək üçün:
kofe.al/city4people
⠀
💳 Kartdan karta:
☑️ ABB: 5522-0993-6003-6123
☑️ Leobank: 4098-5844-6806-8406
☑️ Kapital Bank: 4169-7385-1582-2504
⠀
✅ Patreon-da bizə qoşulanların dəstəyi də sayılır.
✍️ Daha sonra mənimlə əlaqə saxlayın:
🔹 Telegram: @City4People_az_Bot
📩 E-mail: anar@city4people.az
🔸 P.S. Hazırda ən böyük ianə 17 AZN.

Anar Əliyevin bloqu
Sizə tramvay hədiyyə etmək istəyirəm. 🙂 ⠀ 🇨🇿 Praqa vloquna sona qədər baxan yəgin bu fraqmenti də izləyib. Bu şəhərin simvollarından biri sayılan belə bir suvenir tramvay aldım Praqadan. ⠀ İndi isə izləyicilərin birinə hədiyyə etmək istəyirəm. Bu həftənin…
Dostlar, hazırki yeni ianə - 55 AZN oldu.
📅 17 mart tarixinədək kanala ən çox dəstək olana suvenir bu suveniri bağışlayacam.
Dəstək olan hər kəsə təşəkkürlər! 💚

Toğrul Səmədin bu fikirləri ilə razıyam.
Nəyə görəsə bizdə avtomobili bəziləri status üçün alırlar.
Təbii ki, bəziləri məcbur alır, çünki ictimai nəqliyyat idealdan çox uzaqdır. Amma ümumi olaraq baxsaq, Azərbaycandan avtomobil sürmək əsəb sisteminə ciddi zərbədir.

🇦🇿 Gəncə - əsl kontrastlar şəhəri buradır.
⠀
İki günü vloqun daimi qonağı Dilqəmlə Gəncədə keçirdik. Sizə bu bölgədən iki reportaj təqdim edəcəyik.
⠀
Ümumi təəssüratlarım elə oldu ki, Gəncə hətta Bakıdan daha da kontrastlı bir şəhərdir.
⠀
🔷 Gəlin bəzi misallar gətirim.
⠀
🔹 Burada bəzi mərkəzi küçələr təzəlikcə piyadalaşdırdı, amma eyni zamanda burada yeni tikilən yeraltı keçidlər var. Niyə? Yeraltı keçidlər keçmişin səhvidir və insan yönümlü şəhərə xas deyil.
⠀
🔹 Burada qırmızı kərpiçdən tikilən böyük sayda tarixi binalar var, amma onlara aqlay vurub eybəcərləşdirirlər? Niyə axı? Sadəcə orijinal vəziyyətə gətirməklə bərpa edin, qat-qat gözəl görsənər.
⠀
🔹 Dizayn-kod ümumiyyətlə yoxdur. Reklam lövhələri necə gəldi asılır, küçə ticarəti bəzi yerlərdə Hindistanı xatırladır… Bakıdakı ki kimi köşklər və yanındakı soyuducular… Niyə belə olsun? Buranın potensialını nəzərə alaraq, Gəncə heç də tarixi Avropa şəhərlərindən geridə qalmayan
şəhərə çevirmək olar. Minlərlə turistləri bura cəlb etmək olar.
⠀
🔹 Eyni zamanda, Gəncədə, misal üçün, maraqlı kofe-şoplara rast gəlmək olar, buradakı gənc nəsil müasirləşir, birgə vaxt keçirir. Ümid edirəm bu nəsildən öz şəhərinə laqeyd qalmayan bir urbanist icması formalaşsın, daha ətraflı olaraq gəncəlilər bu məsələləri özləri işıqlandırsın, dövlət qurumlarla əlaqələr qursun və Gəncəyə öz simasını qorumağa kömək etsin.
⠀
🔸 P.S. İkinci vloq Göygöl şəhərində çəkdik və bu son fotoda olan cavan nəslin nümayəndəsi bizimlə selfi çəkmədən ayrılmadı 😊

İnsanların urbanistika mövzusuna marağın artması çox sevindirir. Əvvəllər "rahat şəhər", "yaxşı ictimai nəqliyyat" kimi mövzular spesifik bir qruplarda müzakirə olunurdu. İndi isə şəxsi müşahidələr və statisika göstərir ki, şəhərlərimizin insan yönümlü, avtomobillər deyil, məhz piyadalar üçün adaptasiya edilməsini vətəndaşlarımız həqiqətən istəyir.
🔹 Düşünürəm ki, bu işdə "İnsan yönümlü şəhərlər" layihəsinin apardığı maarifləndirmənin kifayət qədər payı var.
⠀
🔸 Və xatırladıram ki, gündən-günə artan auditoriyaya sizin də çatdırılması bir mesajınız varsa, əməkdaşlıq üçün mənə birbaşa yaza bilərsiniz: anar@city4people.az. İzləyicilərə maraqlı ola biləcək faydalı bir xidmət və məhsullarınız varsa, əlaqə saxlayın, nəzərdə keçirməyə hazıram.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM