Anar Əliyevin bloqu
403 subscribers
116 photos
4 videos
34 links
Bloger-urbanist, “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi.

Bu kanalda şəxsi fikirlər və məsləhətləri paylaşıram.

Layihənin əsas kanalı: @city4people_az
Download Telegram
💯 Sayımız 100-ü keçdi və gəlin ilk növbədə bir az yaxından tanış olaq.

🔹 39 yaşım var, ali təhsilimi İnformasiya Texnologiyaları sahəsində almışam. İlk bloqumu 2005-ci ildə "LiveJournal" platformasında açmışam, o vaxtlar bloqçuluq özü bir "high-tech" sayılırdı. Bloqçuluq sayəsində yığdığım təcrübəyə əsasən IT sahəsində jurnalist çalışmışam.

🚙 2010-cu ildən avtomobil idarə edirəm ("sizin maşınınız yoxdur, ona görə sürücülərə paxıllıq edirsiniz" tipli şərh yazanların nəzərinə 🙂). Avtomobil idarə etməkdən başlayaraq, yol təhlükəsizliyi məsələsi diqqətimi cəlb etməyə başlayıb. 2011-ci ildə yol hərəkətinin təhlükəsizliyinə fokuslanmış "Həyata Bağlan" ictimai birliyinin üzvü olmuşam, daha sonra eyni adlı Facebook-səhifəsini yaradıb maarifləndirmə fəaliyyətini başlamışam.

🚸 Mövzunu daha dərin araşdırarkən anlamışam ki, təhlükəsiz və müasir şəhərlərin arxasında ilk növbədə ədalətli və insan yönümlü mühit prinsipləri dayanır. 2017-ci ildə "Transport for Baku" səhifəsinin yaradıcısı Hüseyn ilə tanış oldum və bu prinsiplərin mütləq Azərbaycanda tətbiq olunmasında əmin oldum. 2019-cu ildən “city4people.az” bloqunu yaratdıq və bu mövzuda bir sıra məqalələr hazırladıq, xarici mənbələri Azərbaycan dilinə tərcümə etdik, soydaşlarımız da maariflənsin.

Urbanistika sahəsində ali təhsilim yoxdur, bu gün sizinlə paylaşdığım bütün məlumatlar oxuduğum kitablardan, baxdığım kurslardan və digər ölkələrin təcrübəsindən öyrənmişəm (kitablar haqqında hələ ayrıca danışarıq).

🏛️ Dövlət qurumlarında və müxtəlif dərəcəli məmurlarla bir sıra görüşüb öz fikir və baxışlarımı çatdırmışam.

📊 Bu gün "İnsan yönümlü şəhərlər" layihəsinin müxtəlif sosial mediada platformalarda ümumi izləyicilərin sayı 40 mini keçib. Son 5 ildə ətrafımızda müasir düşüncəli, insan yönümlü şəhərləri istəyən vətəndaşların sayı getdikcə artır. Əminəm ki, burada layihənin və bu işdə mənə kömək edən həmkarlarımın əməyi də var.

🌍 İmkan daxilində çalışıram səyahət edim, çünki düşünürəm bir insanın dünya baxışı onun həyat baxışlarına birbaşa olaraq təsir edir, dəyərləri formalaşdırır. Sənin müqayisə etmək imkanın olanda, irəliləyişə doğru gedən yolun daha asan olacaq. Son illər səyahətlərim bir çoxu birbaşa urbanistik vloqlara bağlıdır. Bilirəm və təəssüf edirəm ki, vətəndaşlarımız bir çoxu uzaq ölkələrə səyahət etmək imkanına hələ ki malik deyil. Və əminəm ki, xarici təcrübəni heç olmasa foto/video vasitəsilə təbliğ etməyin öz tövhəsi var.

🔸 Bəs siz "İnsan yönümlü şəhərlər" və yaxud YouTube-vloqum haqqında harada eşitmisiniz, nə vaxtdan izləyirsiniz? Nəyi bəyənib, nəyi bəyənmirsiniz?
🚗 Sənin avtomobilin - sənin məsuliyyətin və sənin problemlərindir.

Gəlin sizə avtomobilə sahib olmağın ilkin baxışdan üzdə olmayan problemindən danışım.

🚨 QƏZALAR.

Heç kəs qəzaya düşmək istəmir. Və düşməməlidir. Şəhər mühiti təhlükəsiz olmalıdır, risklər minimuma endirilməlidir. Əsas kanalda bu mövzunu durmadan qabardıram.

Lakin hətta illərdir təcrübəsi olan sürücülər ən azı xırda qəzalarla tanışdır. Kimsə sizi tıxacda cüzi əzdi, aşağı sürətdə toqquşdu, arxadan vurdu və s.

Təki qəzalarda, necə deyərlər, əzilən elə dəmir olsun, amma ardınca bir sürü problem gəlir.

Əgər sizi vuran sürücü birmənalı olaraq günahı öz üzərinə və dəymiş zərəri ödəməyə hazırdır, bu ən yüngül variantdır. Sizə qalır bircə maşını servisi aparıb düzəltdirmək, sadəcə vaxt itirmiş olacaqsınız.

Digər hallarda isə bu sərgüzəştlər gözləyir:

🔸 Polisi çağırıb günahkarı müəyyən etmək;
🔸 Sığorta şirkətinin prosedurlarından keçmək (şükürlər olsun sığorta indi məcburi olub);
🔸 Polis bölməsinə gedib ərizə yazmaq (axşam vaxtı olubsa növbəti günə qalacaq);
🔸 Servisə maşını təhvil vermək/almaq;
🔸 Vaxt və bəzi hallarda ardınca gələn pul itkisi;
🔸 Stress, əsəb.

Və bunların hamısı siz hətta yolda maksimum diqqətli olsanız başınıza gələ bilər. Oturub fikirləşirsən ki, mənə lazım idi? Elə avtobus ya taksiyə minərdim, bu qədər başım ağrımazdı.

📸 Fotoda olan isə öz avtomobilimdir. Bax belə, diqqətsiz bir taksi STOP-u gözləmədən ziyan vurdu maşına. Ona görə imkan daxilində ictimai nəqliyyata üz tuturam.

⚠️ Yollarda ehtiyatlı olun.
Keşbek dövrünün sonu gəlir?

Ötən həftə Rabitəbank keşbekləri xeyli aşağı saldı, indi isə Azercell’in “Akart” məhsulu (Paşa Bank ilə co-brand) deyir ki 5%-dik keşbeklər düşəcək 2%-ə.

Deyəsən banklar artıq kifayət qədər müştəri bazasını yığıb, insanları kart ödənişlərinə vərdiş idib, indi isə “xalyava” bitir. Bir azdan “ƏDV geri al” kampaniyası da bitsə təəccüblənmərəm.

Onsuzda günü-gündən hər şeyin qiyməti artır. 5-10 manat qabağa düşürdük, onu da əlimizdən aldılar :)
🏛️ Seçkili mer sistemi istəyiriksə, ilk növbədə özümüzdə seçkiyə getmək mədəniyyətini formalaşdırmalıyıq.

Dünən bir neçə kanal sorğu keçirmişdi, təəssüflə baxıram ki, insanların 40-50% deyirlər ki, seçkiyə getməyəcəklər.

Seçki sizə qanunla verilən hüquqdur ki, öz siyasi mövqeyinizi anonim şəkildə bildirəsiniz. Kimə istəyirsiniz səs verin, öz işinizdir, ən pisi evdə oturub biganə qalmaqdır.

İstənilən cəmiyyətin inkişafı onun ən baza siyasi iştirakından başlayır. Siyasi cəhətdən aktiv olan cəmiyyətə dövlət daha diqqətlə qulaq asır. “Mən siyasətə qarışmıram” tipli bəhanələrlə ciddi islahatlara nail ola bilməyəcəyik.

📊 Seçkiyə gedin, vətəndaşlıq borcunuzu yerinə yetirin.
“Tramvay fetişizmi”. 🫠

⬆️ Belə bir ifadəyə rast gəldim bu gün səhifənin şərhlərində.

Bəli, uzun zamandır “İnsan yönümlü şərhlər” səhifəsində və vloqlarda bu mövzunu qabardıram. Bu gün səhifədə çıxan bütün postlar tramvaylara həsr olunmuşdur. Çünki bu gün Bakı tramvayının 100 ili ola bilərdi, amma olmadı. 80 yaşında onun kökünü kəsdilər.

🔹 Bu gün mən və bu mövzuda azsaylı yazan digər kanallar insanlara tramvayın şəhər mobilliyi üçün üstünlüklərindən çox danışırıq. Çünki ortada qeyri-peşəkar fikir yayanlar var, güya tramvaylar keçmişdə qaldı, Bakıya yerləşmir, avtobuslar olan yerdə lazım deyil və s.

🔸 Lakin istənilən nəqliyyat mütəxəssisini siz Bakıya gətirin, birinci soruşacaq ki, nə əcəb sizdə tramvay yoxdur. Çox rahat, əlçatan, nisbətdə daha ucuz və dayanıqlı bir ictimai nəqliyyat növüdür.

🚉 Baş planda tramvay var. Həmin sənəd 1 aydan çoxdur təsdiq olunub, lakin heç bir dövlət qurumu hələ də ortaya çıxmır və tramvayın salınma planlarından danışmır, açıqlamalar vermir.

🏛️ Bakı şəhərində 4-5 cavabdeh qurum var, hər kəs biri birinin üstünə atır. Məncə əsl “fetişizm” budur, tramvayın təbliğatı deyil.
🔹 Ciddi düşünürəm ki, əgər AzParkinq-ə belə pressinq davam etsə, nəticədə qiymətlər ya aşağı salınacaq, ya da "işçilər abunə" kimi absurd həllər ortaya çıxacaq.

Bunu vaxtilə BNA-nın nümunəsində gördük. Bu qurum yaxşı həllər tətbiq edirdi, amma onların PR cəhəti, yumşaq desək, zəif idi. Nəticədə, Bəsti Bağırova küçəsi kimi urbanistik transformasiyaların davamı gəlmədi, dayanma-durma nəzarətini BNA-nın əlindən aldılar.

AYNA-nı belə taleh gözləyirmi? Bilmirəm. Bəlkə də, Nəqliyyat Nazirliyin tabeliyində olması bu qurumun məsuliyyətini bir qədər azaldır. Lakin əsas məsələ bu deyil. İctimaiyyətlə işləmək lazımdır. Biz görürük ki, bizdə avtomobil sürən insanlar özü üçün hər zaman şərait istəyir, xoşlarına nə isə gəlməyəndə, dərhal bu haqda "qışqırırlar" (piyadalardan fərqli olaraq).

🔸 Urbanistik islahatlar ağrılır. Biz vaxtında onların faydasını ictimaiyyətə başa bilməsək, populist çağırışlar qısa zamanda onların köklərini kəsəcək.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“MİDA Yasamal” evlərinin bu qədər bərbad olmasını bilmirdim. 🤯

Bu xanım kimdir bilmirəm, Instagramda qabağıma çıxdı, amma göstərdiyi hamısı həqiqətən elədirsə, məncə hətta ucuz qiymətə buradab ev almağa dəyməz.

Biz keçən il “MİDA Hövsan”dan vloq çəkəndə bu qədər nüanslarla üzləşməmişik.
EDAM! ÖLÜM! DİRİ-DİRİ YANDIRMA!

💬 Dillərdən düşməyən baş vermiş dəhşətli hadisədən sonra sosial mediada yenə də Azərbaycana ölüm cəzasının qaytarılması təklif olunur.

Təbii ki, 5 günahsız insanı (biri uşaq olmaqla) qətlə yetirən bir şəxsə qarşı maksimal nifrətin olması anlaşılandır. Lakin belə qərarlar və qanunlar emosional qəbul olunmamalıdır.

Ümumiyyətlə cinayətlərin azaldılması üçün ölüm hökmünün tətbiqi mübahisəlidir.

Əsas 3 səbəb bunlardır:

🔹 Məhkəmə sistemi ideal deyil. Hətta inkişaf etmiş ölkələrdə məhkəmələr səhv qərarlar çıxara bilər. Məsələn, ABŞ-da elə hallar olub ki, insanlar ölümə məhkum ediliblər, lakin sonradan onların günahsız olduğu üzə çıxıb. Belə səhvləri düzəltmək mümkün deyil.

🔹 Effektivliyin sübutunun olmaması. Ağır cəzaların, o cümlədən ölüm cəzasının cinayətin qarşısının alınmasında təsirli olduğuna dair heç bir sübut yoxdur. Elə sözügedən ABŞ-ın bir çox ştatlarında ölüm cəzası var, amma elə həmin ştatlar ağır cinayətlər üzrə liderlərdir.

🔹 Psixoloji təsirin olmaması. Əksər ağır cinayətlər ya psixi pozğunluqların təsiri altında törədilir, ya narkotik, ya da digər affekt hallarda. Əgər bir adam digər 5 nəfəri asanlıqla baltaya bilirsə, bu adamı heç bir edamla qorxuza bilməzsən, bu insan sadəcə adekvat deyil.

⬆️ Bütövlükdə, bu arqumentlər göstərir ki, ölüm cəzası nəinki cinayətlərin azaldılmasına zəmanət vermir, həm də ciddi çatışmazlıqlar, o cümlədən hüquqi səhvlər, effektivliyin olmaması və vəzifə səlahiyyətlərindən sui-istifadə risklərini gətirir.

❗️Azərbaycanda ölüm cəzası 1998-ci ildə qanunvericilikdən çıxarılıb. Avropa Şurasına üzv olan ölkələrdə bu cəza tətbiq edilə bilməz.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🎙 Bu gün 18:00-da "AvtoStop" verilişinin qonağı olacam.

DJ. Tural ilə aktuallığını itirməyən piyada mövzusundan danışacağıq.

📻 Radio: 90.0 FM
🔗 On-line: https://itv.az/live-radio
🚋 Tramvay sanki sehrli bir ictimai nəqliyyat növüdür.

Həm tramvayda gedəndə şəhərə baxıb zövq alırsan, həm də sadəcə küçədə bir skamyada oturub keçən və səni tarixə aparan vaqonlara baxmaqdan yorulmursan.

Bu cəhətdən şəhərdə küçə mebelin (skamyaların ən azı) çox olması çox önəmlidir.

Avropanın tarixi şəhərlərin küçələri heç bir aqressiya hissi yaratmır, saatlarla gəzişə bilərsən, yorulmayacaqsan.

📍🇦🇹 Vyana.
👆 Vyanada küçədə pulsuz paylanılan qəzeti sadəcə maraq üçün götürdüm və yerli mobil operatorunun belə reklamı qarşıma çıxdı.

50 GB internet + 1000 dəqiqə + 1000 SMS - ayda €9,90 (18 AZN).

Azercell-də buna oxşar aylıq paket 75 AZN-dir!

🔸 Hələ nəzərə alın ki, Avstriyada orta aylıq maaş 4000 avrodur.

Azərbaycanda mobil rabitə və xüsusilə internetin qiyməti olduqca bahadır.
🇺🇦 Ukraynada müharibənin başlamasından iki il ötür.

Yüz minlərlə can aparan bu müharibə artıq dünya xəbərlərində ikinci plana keçib.

Lakin bir şəxsi müşahidəm var ki, iki ilin ötməsinə baxmayaraq, bu gün istənilən 🇪🇺Avropa Birliyinin şəhərlərində siz küçələrdə dəstək əlaməti olaraq Ukrayna bayraqlarına rast gələcəksiniz.

Hətta hazırda Rusiyayönümlü höküməti olan 🇭🇺Macarıstanda keçən il işğala həsr olunmuş sərgi təşkil olunmuşdur (bu vloqda göstərmişdim).

⬆️ Foto:
🇨🇿 Praqa iki gün öncə. Arxa planda Milli Muzeyin binasında Ukrayna bayrağı.
🇸🇰 Bratislavada gözəl qürublar.

🇦🇿 Şəhərin mərkəzində isə doğma bayrağa rast gəlmək ayrı bir qürur hissi bəxş edir.
Hə, dostlar, görünür buz tərpənib və şəhərdə piyadanın vacibliyi açıq aşkar məmurların dillərinə gətirilir.

🇦🇿 İllərdir Azərbaycanda kiçik urbanistik icmasının təklif etdiyi həllər nəhayət reallaşır. Əvvəl Molokan bağının ətrafını bağladılar, sabahdan isə Dəmiryol vağzalının qarşısını.

💬 Bu gün ən çox rastıma gələn rəylər - "COP29-a görə edilir". Bunu yazan izləyiciləri anlamaq olar. Uzun illərdir Bakıda heç bir islahat aparılımır, görülən işlər də adətən hansısa tədbirlərə həsr olunur ("Avropa oyunları", "Avroviziya" və s.).

🔹 İnanmaq istəyirəm ki, bunun arxasında daha dərin səbəblər durur. Misal üçün, keçən ilin sonunda "Nəqliyyatın əlaqələndirmə şurası" yaradıldı, bu da bir çox bürokratik addımlara son qoydu. Velosiped yolları təşkil olunur (təəssüf ki, səhvlərlə), avtobuslarda yenilikləri vəd edirlər, indi isə küçələrin piyadalaşdırmasından danışırlar. Nə deyim, təki bunların hamısı tədbir qabağı "pokazuxa" olmasın.

🔹 Yenə də, görüləsi iş çoxdur. Ən azı, Bakıda rahat gəzmək üçün səkiləri bərpa etmək lazımdır, piyada keçidləri rahat və əlçatan etmək lazımdır, yoxsa hazırdakı tək-tük yeni layihələr Bakını xilas etməyəcək. Pis xəbər odur ki, səkilər nə Nəqliyyat Nazirliyinin, nə də Nəqliyyat Şurasının tabeliyində deyil. Rayon İcra Hakimiyyətləri birbaşa olaraq səkilərə cavabdehdir, lakin bu icralar heç bir insan yönümlü təşəbbüs irəli sürmür.

🔹 Hələ ki gözləyək, baxaq-görık "İyirmi səkkizi" nə vəziyyətə gətirirlər. Çünki hələ ki heç bir qurum ictimaiyyətə "bura necə olacaq" eskizlərini ya da planları açıqlamır. Sadəcə müqayisə edin bayaq səhifədə paylaşdığım Lvivdə vağzal meydanının yenidən qurmasını necə gözəl təqdim ediblər.
Sizə tramvay hədiyyə etmək istəyirəm. 🙂

🇨🇿 Praqa vloquna sona qədər baxan yəgin bu fraqmenti də izləyib. Bu şəhərin simvollarından biri sayılan belə bir suvenir tramvay aldım Praqadan.

İndi isə izləyicilərin birinə hədiyyə etmək istəyirəm. Bu həftənin sonuna qədər kanalın inkişafına ən böyük ianə göndərən izləyiciyə bu eksklüziv hədiyyəni göndərəcəm.

☑️ Birdəfəlik dəstək göstərmək üçün:
kofe.al/city4people

💳 Kartdan karta:
☑️ ABB: 5522-0993-6003-6123
☑️ Leobank: 4098-5844-6806-8406
☑️ Kapital Bank: 4169-7385-1582-2504

Patreon-da bizə qoşulanların dəstəyi də sayılır.

✍️ Daha sonra mənimlə əlaqə saxlayın:
🔹 Telegram: @City4People_az_Bot
📩 E-mail: anar@city4people.az

🔸 P.S. Hazırda ən böyük ianə 17 AZN.