ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi)
790 subscribers
315 photos
39 videos
1.66K links
Azerbaijan Caspian Shipping Company (ASCO) is the largest and oldest shipping company on the Caspian sea.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) Xəzərdə fəaliyyət göstərən ən qədim və ən böyük gəmiçilik şirkətidir.
Download Telegram
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev, eləcə də şirkətin digər rəhbər şəxsləri Türkiyənin “Zeyport” limanında “Natəvan” quru yük gəmisinə baş çəkiblər.

Ətraflı: https://seanews.az/az/pages/35/news/14024
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun hazırlanan və ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində daha bir mühüm addım atılıb. Şirkət Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi məqsədilə sayca ikinci “Handysize” tipli quru yük gəmisinin alqı-satqı işlərini uğurla başa çatdırıb.

Ətraflı: https://seanews.az/az/pages/20/news/14025?555
🔊 Matros və motorçular üçün vakansiya var

Namizədlər vakansiyalara elektron qaydada 𝟏𝟎 𝐧𝐨𝐲𝐚𝐛𝐫 𝟐𝟎𝟐𝟒-cü ilədək aşağıdakı keçidlər vasitəsilə müraciət edə bilərlər:

Matros: https://www.asco.az/az/pages/6/65/vacancy/12561
Motorçu: https://www.asco.az/az/pages/6/65/vacancy/12560

📝 Vakansiyalara müraciət zamanı məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim olunmalıdır.
🇦🇿 Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq, dövlət başçısı seçildiyi 𝟐𝟎𝟎𝟑-cü ilin 𝟏𝟓 oktyabr tarixindən 𝟐𝟏 il ötür. Bu tarix müstəqil Azərbaycan dövlətinin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsidir.

#MyPresident #Azərbaycan #ASCO #dənizçilər
Litvanın Klaypeda dəniz limanının baş direktoru Algis Latakas, limanın əməkdaşı Kornelija Butkute, bu ölkənin Azərbaycandakı səfirinin müşaviri Viktoras Dagilis ASCO-da olublar.

Ətraflı: https://seanews.az/az/pages/35/news/14034?555
Gələcəyin xanım gəmi matrosları, mexanikləri, hətta kapitanları...🛳 Söhbət Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan zərif cinsin nümayəndələrindən gedir. İTV-nin "Sabahın xeyir, Azərbaycan" verilişinin əməkdaşları onların timsalında qadınların dənizçiliyə marağı mövzusunda sujet hazırlayıb. Həmin sujeti təqdim edirik.📺

YouTube: https://youtu.be/v95c8u7FkEY?si=mIcvQ3VIJZVaFpNu
17 Oktyabr ─ Füzuli Şəhəri Günüdür. 🇦🇿

Dörd il bundan əvvəl Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi: Bu gün tarixi bir gündür. On yeddisi oktyabr nəinki füzulililərin xatirəsində Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır."

#FüzuliŞəhəriGünü #FüzuliBizimdir #ASCO #dənizçilər
“Xocalı” gəmisinə azərbaycanlı kapitan və kapitanın böyük köməkçisi təyin olunub

Ətraflı: https://seanews.az/az/pages/20/news/14045
ASCO-nun komandası dövlət qurumları arasında keçirilən üzgüçülük yarışında uğurlu nəticə göstərib

Ətraflı: https://seanews.az/az/pages/29/news/14048?555
18 Oktyabr ─ Müstəqilliyin Bərpası Günüdür. 🇦🇿

#MüstəqilliyinBərpasıGünü #ASCO #dənizçilər
Ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində atılan addımların davamı kimi ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunun istehsalat sexlərinin birinin damında 512 kv.m ərazidə hər biri 690 Vt olmaqla,162 ədəd günəş paneli quraşdırılıb.

🔗 https://seanews.az/az/pages/35/news/14052?555
20 Oktyabr – Zəngilan Şəhəri Günüdür. 🇦🇿

Dörd il öncə Vətən müharibəsində Müzəffər ordumuzun sayəsində bu şəhərimiz də öz azadlığına qovuşdu.

#QarabağAzərbaycandır #Zəngilan #ASCO #dənizçilər
🗓️🛳️ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasından 𝟏𝟏 𝐢𝐥 ötür.

📝Şirkətimiz 𝟐𝟐 𝐨𝐤𝐭𝐲𝐚𝐛𝐫 𝟐𝟎𝟏𝟑-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkili yolu ilə yaradılıb.

📹 Bu videoda ASCO-nun fəaliyyətinə, yarandığı dövrdən indiyədək əldə etdiyi uğurlara nəzər salacağıq: https://youtu.be/MRggSg-bbLg
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasının 11 illiyi ilə əlaqədar Qeyri Hökumət Təşkilatlarının, beyin mərkəzlərinin nümayəndələri, nəqliyyat və maliyyə bazarları üzrə ekspertlər, iqtisadçılarla ASCO-da görüş keçirilib. Qonaqlarla ASCO-nun İdarə Heyətinin üzvləri arasında fikir mübadiləsi aparılıb.

Ətraflı: https://seanews.az/az/pages/35/news/14065
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar ASCO-da maarifləndirmə işləri davam etdirilir.

Ətraflı: https://seanews.az/az/pages/31/news/14069?555
ASCO-da bütün strukturların nümayəndələrinin iştirakı ilə 2024-cü ilin III rübünün yekunlarına həsr olunmuş “Təhlükəsizlik Günü” keçirilib.

📌 https://seanews.az/az/pages/35/news/14076?555
🇦🇿 25 Oktyabr – Qubadlı Şəhəri Günüdür.

💪Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı."

#QarabağAzərbaycandır #QubadlIŞəhəriGünü #ASCO
⛴️🪵38 min ton taxta yükü ilə "Handysize" tipli "Xocalı" gəmimiz

🌊➡️ Yeni Zelandiyadan Çinə doğru

🤳Foto: Kapitanın böyük köməkçisi Rahib Ağazadə

#ASCO #Khojaly #dənizçilər
🚢 Məhəmməd Nadirov “Aframax” tipli “Şuşa” tankerinin kapitanının üçüncü köməkçisidir. 👨‍🎓 O, 2019-cu ildə ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını fərqlənmə ilə bitirib.

Taleyini gəmiçiliklə bağladığı qısa vaxtda Məhəmməd Nadirovun yolu neçə dənizdən keçib, neçə ölkəyə, liman şəhərinə düşüb. "Heyətlə tanışlıq" layihəsində həmkarımızı yaxından tanıyacaq, onun dəniz və dənizçiliklə bağlı fikirləri ilə tanış olacaqsınız.

Ətraflı: 🔗 https://seanews.az/az/pages/33/news/14083
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Korrupsiyaya Qarşı Mübarizə Qaydalarına əsasən korrupsiyaya qarşı menecment sisteminin tətbiqi ilə əlaqədar ASCO əməkdaşlarının hansı vəzifələri müəyyən olunub?

Sualı ASCO-nun Hüquq departamentinin rəis müavini Cavidan Hacızadə cavablandırır.

YouTube: https://youtu.be/oRmdr3RkQQk