ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi)
700 subscribers
213 photos
30 videos
1.57K links
Azerbaijan Caspian Shipping Company (ASCO) is the largest and oldest shipping company on the Caspian sea.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) Xəzərdə fəaliyyət göstərən ən qədim və ən böyük gəmiçilik şirkətidir.
Download Telegram
#1İyunBeynəlxalqUşaqlarıMüdafiəGünü münasibətilə #dənizçilər adından bütün uşaqları təbrik edirik.

Uşaqlar gülərsə, dünya gülər.😍
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) matros vəzifəsi üzrə vakansiya elan edib.

Namizədlər işə qəbul müsabiqəsində müsbət rəy aldıqda Ehtiyat Kadr Bazasına daxil ediləcəklər. Gələcəkdə yaranacaq işçi ehtiyacı məhz Ehtiyat Kadr Bazası hesabına qarşılanacaq.

Namizədlər vakansiyalara elektron qaydada 3 iyul 2023-cü il tarixinədək müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.

İşə qəbul zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin məzunlarına üstünlük veriləcək.

Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

Matros: https://www.asco.az/az/pages/6/65/vacancy/12527

#ASCO #dənizçilər #matros #vakansiya