MİLLİ GÖRÜŞ-SABİQUN
103 subscribers
118 photos
4 files
170 links
İSLAM ŞƏKİL DİNİ DEYİL, ŞÜUR DİNİDİR!
Download Telegram
🟢 MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏR’İ İDARƏ:
📣 “2024-CÜ İL 10 APREL ÇƏRŞƏNBƏ GÜNÜ DÜNYANIN BÜTÜN ÖLKƏLƏRİNDƏ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

🇦🇿 Azərbaycan Milli Görüş-Sabiqun hərəkatı
🟢 Çərşənbə axşamı günü axşam (çərşənbə gününün gecəsi) ayparanı 🌙 Şimali Amerikada, Kanadada, Mərkəzi Amerikada, Cənubi Amerikanın bir çox məntəqələrində, Afrikanın şimal və mərkəzi hissələrində, Avropa və Asiyada çılpaq gözlə asanlıqla görmək mümkün olacaq.

🟢 Cənubi AmerikaAfrikanın cənubunun bir hissəsində, Asiyanın qərb hissəsində, İrak və digər ərəb ölkələrində, Türkiyəİranda (həmçinin Azərbaycanda) hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda ayparanın çılpaq gözlə görünməsi mümkün olacaq.

🟢 Həmçinin Asiyanın digər məntəqələrində, Avstraliyanın bəzi məntəqələrində, Afrikanın cənub hissələrindəCənubi Amerikanın cənubunda ayparanın teleskopdan istifadə etməklə görünməsi mümkün olacaq.

🟢 Buna görə də ramazan ayının otuz gününün keçməsi ilə yanaşı 2024-cü il aprel ayının 10-u çərşənbə günü şəvval ayının 1-ci günü, yəni Fitr bayramı günüdür. 

🌍 Bu hökm Yer kürəsinin şərq və qərb hissələrinin hər ikisinə şamil edilir.
🤲 Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!

🤲 Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!
🟢 Ayətullah Seyid Əli Sistaninin və Seyid Əli Xamənəinin müqəllidlərinin də Fitr bayramını 2024-cü il aprel ayının çərçənbə günündə (10 apreldə) qeyd edəcəkləri gözlənilir.

🟢 Hər iki dini rəhbərin fiqhi rəyinə əsasən ayın əvvəlinin sübuta yetməsi üçün hilalın mükəlləfin yaşadığı şəhərin üfüqündə, yaxud həmüfüq şəhərlərdə, yaxud yaxın üfüqlü şəhərlərdə görünməsi şərtdir. Yuxarıdakı açıqlamaya əsasən 2024-cü il 9 aprel günü axşam Günəş batarkən bütün Asiya qitəsində (yəni bizim üfüqümüzdə və bizim üfüqümüzə yaxın olan üfüqlərdə) ayparanın həm çılpaq gözlə, həm də müxtəlif yaxınlaşdırıcı vasitələrlə görünməsi mümkün olacaq. Deməli, hər iki dini rəhbərin 10 aprel çərşənbə gününün Fitr bayramı günü olduğunu elan etməsi gözlənilir.
Hicri-qəməri təqvimi ilə 1445-ci il (miladi 2024) zilqədə ayında oruc tutulması müstəhəb olan günlər:

- 9 may
- 10 may
- 16 may
- 17 may
- 22 may
- 23 may
- 24 may
- 30 may

- 31 may

- 2 iyun (Dəhvül-ərz günü)
- 6 iyun

DİQQƏT‼️

🔸Boynunda ramazan ayının qəzası olan şəxslərin müstəhəb oruc tutmaları icazəli deyildir.

🔸 Həmin şəxslər oruc tutulması müstəhəb olan günlərdə oruc tutaraq savab əldə etmək istəyirlərsə, vaxtında əda etmədikləri ramazan orucunun qəzası niyyəti ilə oruc tutmalıdırlar. 

🔸Bununla həm qəza oruclarını tutmuş olar, həm də savab qazanmış olarlar. 🤲 🌹🌹🌹