AviaTravel.az
1.29K subscribers
728 photos
92 videos
608 links
✈️🏝 Səyahət və aviasiyaya həsr olunmuş Azərbaycanda ən faydalı portal 👌
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛏 Niaqara şəlaləsinə baxan hoteldə bir səhər.

Hər kəsə xoş cümə günü arzulayırıq! ❤️
🤑 "Black Friday"-də ucuz aviabiletləri qaçırmayın!

Bakı-Əbu-Dabi: 79 AZN (yanvar)
Bakı-Budapeşt: 99 AZN (yanvar)
Bakı-Aktau: 131 AZN (yanvar)
Bakı-Həştərxan: 139 AZN (dekabr)

🔗 Klik edərək bu qiymətlərə aviabilet əldə bilərsiniz.

❗️ Təklif məhduddur.

@aviatravel_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦 Ukraynada müharibə 9 ay əvvəl belə başlamışdır.

Rus tankları Kiyevin küçələrində.

@aviatravel_az
🇯🇵 Yaponiya mədəniyyəti.

⚽️ Dünya Kubokunda Yaponiya azarkeşləri oyundan sonra stadionda qalırlar və insanların qoyduğu zibilləri təmizləyirlər. Zibili özləri ilə gətirdikləri torbalara yığırlar.

Bu "ənənə" bəhreynli bir bloqeri təəccübləndirdi və yaponlarla danışaraq bunu niyə etdiklərini soruşdu. Onlar cavab verdilər ki, olduqları yerə hörmət edirlər və çirkli qoya bilməzlər. Bu, tərbiyənin və mədəniyyətin bir hissəsidir.

Düşündürücüdür...

@aviatravel_az
🔥 Qalmaqallı çempionat davam edir. Bu dəfə o, Belçika paytaxtında iğtişaşlara səbəb olub.

🇧🇪 ⚽️ 🇲🇦 Noyabrın 27-də Mərakeş millisinin Belçika üzərində qələbəsindən sonra Brüsselin mərkəzində kütləvi iğtişaşlar baş verib.

Onlarla iğtişaşçı avtomobilləri və elektrikli skuterləri aşıraraq yandırıb və Belçika bayraqlarını yıxıb.

❗️ Şəhərdə tramvay və metronun hərəkəti dayandırılıb. Təhlükəsizlik qüvvələri iğtişaşçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, 10-dan çox adam saxlanılıb. Polisin məlumatına görə, bir nəfər üz nahiyəsindən xəsarət alıb.

@aviatravel_az
🇸🇦 2023-cü ilin sonuna qədər Səudiyyə Ərəbistanında "Red Sea International" hava limanını açmaq planlaşdırılır.

Hava limanı Səudiyyə Ərəbistanının Qırmızı dənizində turizmi inkişaf etdirmək üçün böyük layihənin bir hissəsidir. Həmçinin eyni layihə çərçivəsində 50-yə yaxın hotel və digər infrastruktur obyektləri tikiləcək.

🏝 Hava limanının xarici görünüşü səhranın təpələrindən ilhamlanıb. Terminalın daxilində mikroiqlimi təmin etmək funksiyasına malik olan əsl oazisin yaradılması nəzərdə tutulub. Bu hava limanının başqa bir üstünlüyü onun yerləşməsidir. O, elə yerləşib ki, dünya əhalisinin 80%-i ona 8 saatdan az müddətdə çata biləcək.

@aviatravel_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇭 İsveçrə - Avropanın ən gözəl ölkələrindən biri. 😍

Sabahınız xeyir!

@aviatravel_az
❗️🇷🇺 Gələn ay Moskvaya səyahət edənlərin nəzərinə.

Dekabrın 1-dən 31-dək təmir işləri ilə əlaqədar olaraq, bu hava limanına gedən yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Aeroporta maşınla gedəcəksinizsə, öncədən daha çox vaxt planlaşdırın və ya "Aeroexpress" sürət qatarından istifadə edin.

@aviatravel_az
Media is too big
VIEW IN TELEGRAM
🇨🇳 🔥 Bu cümə gününü Çin "blokbaster"i ilə açın. ✈️

Heç nə başa düşmək olmur, amma görünür film üzərində çox əziyyət çəkilib. 😁

@aviatravel_az
🇦🇪 Əbu-Dabiyə 13 avroya!

"WizzAir" fevral ayı üçün yeni kampaniya elan edib.

Bakı-Əbu-Dabi marşrutu üzrə gələn ilin fevral ayında cəmi 12.99 avroya biletlər təklif edir.

Biletlər rəsmi saytda artıq satışdadır.

@aviatravel_az
🇹🇷 İstanbuldan Ankaraya - 36 manata.

"Türk Hava Yolları" daxili uçuşlarda yeni aksiya elan edir.

Bir sıra daxili uçuşlarda aviabiletləri 399 lirəyə almaq olar. Uçuş tarixləri - 26 aprel-14 iyun 2023-cü il.

Aksiya sabaha qədər davam edəcək.

@aviatravel_az
🇺🇿 AZAL dekabrın 15-dən Özbəkistanda yeni istiqamət açır.

Bakı-Fərqanə reysləri həftədə 1 dəfə yerinə yetiriləcək.

Bir tərəfə qiymət 344 manatdır (ilk reysə olan qiymət).

@aviatravel_az
🇮🇹 WizzAir gələn ilin may ayından Bakıdan Romaya birbaşa uçuşlara başlayır.

May ayına minimal qiymət 109.99 avrodan başlayır (Discount Club üzvləri üçün €‎99.99-dan).

Oktyabr ayına hətta 50 avroya biletlər mövcuddur.

@aviatravel_az
💸 29 avrodan aviabiletlər bu gündən satışda olacaq.

"Buta Airways"-in ən aşağı tariflə aviabiletləri bu gün saat 16:00-da rəsmi sayta satışa çıxarılacaq.

Hələlik 9 istiqamət üzrə satışlara başlanılır.
🇬🇪 Tbilisi
🇹🇷 İstanbul
🇹🇷 İzmir
🇹🇷 Ankara
🇰🇿 Aktau
🇷🇺 Ufa
🇷🇺 Kazan
🇷🇺 Həştərxan
🇷🇺 Mineralnıye Vodı

Bu qiymətə cəmi 10 min aviabilet satılacaq.

@aviatravel_az