Yeni Nəsil
2.01K subscribers
134 photos
32 videos
1 file
186 links
Download Telegram
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar.

Allahım! Teleskopla baxsam, Səni görə bilərəm?

Bəzi ulduzlar siz insanlardan çox-çox uzaqdadır. Onları asanlıqla görmək olmur. Bu ulduzları görmək üçün güclü teleskoplardan istifadə etmək lazımdır. Ancaq Mən səndən uzaqda deyiləm. Mən həmişə səninləyəm və yanındayam. Amma sən Məni görmürsən, çünki Məni gözlə görmək olmaz. Peyğəmbərlərim də Mənimlə Məni görmədən danışırdılar. Ən güclü teleskoplarla belə Məni görmək olmaz. Amma Mən səni həmişə və hər yerdə görə bilirəm!

https://t.me/yeni_nesil
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar.

Allahım! Sənin də saç-saqqalın və qaşların var?

Dağların saçı varmı? Çayların qaşları varmı? Bəs göy üzündə nur saçan Ayın saç-saqqalı, qaşları varmı? Bunların heç birinin saç-saqqalı və qaşları yoxdur. Əgər insanların saçları və qaşları varsa, hər şeyin saçının və qaşının olduğunu düşünmək olmaz. Mənim də saçım, saqqalım və qaşlarım yoxdur. Mən sizə oxşamıram. Yaratdıqlarımın heç birinə bənzəmirəm. Bütün yaratdıqlarımdan fərqliyəm. Mən Allaham! Görünən biri olmadığım kimi saçım, saqqalım və qaşlarım da yoxdur. Amma Mən səni çox sevirəm!

https://t.me/yeni_nesil
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar.

Allahım! Mən haradan bilim ki, Sən, doğrudan da, varsan?

Qarlı günlərin birində evdən çölə çıxıb gəzərkən hər tərəfi süd kimi dümağ olan yolun kənarında ayaq izləri gördükdə oradan kiminsə keçdiyini başa düşürsən. İndi yaratdığım bu qədər varlığı görüb Mənim, doğrudan da, var olduğumu düşünmürsən?! Bütün bu ulduzları, ağacları, heyvanları, dağları, düzənlikləri, dənizləri görmürsənmi? Bunları kimin yaratdığı barədə düşünmürsənmi? Hər tərəfi qar olan yol kənarında ayaq izini görüb bunu oradan kiminsə keçdiyinin əlaməti olduğunu bilirsən. Beləliklə, dünyada gördüyün bütün yaradılışların hamısı Mənim varlığımın əlamətləridir. Yəni bunları görməklə Mənim var olduğumu başa düşürsən.

https://t.me/yeni_nesil
Allahın adı ilə

Allahım! Sənin rəsmini çəkmək istəsəm, bu mümkündür?

Bir şeyin rəsmini çəkmək üçün onu görmüş olmalısan. Dağı gördüyün üçün onun rəsmini rahatlıqla çəkə bilərsən. Həmçinin axan çaya, səmadakı Günəşə, yerdəki ağaclara, göydəki ulduzlara və dənizdə şahə qalxan dalğalara baxaraq onların rəsmini çəkə bilərsən. Bütün bunları görə bildiyin üçün rəsmlərini çəkmək mümkündür. Ancaq görə bilmədiyin bir şeyin rəsmini necə çəkə bilərsən? Əlbəttə, bu mümkün deyil. Mələk rəsmi çəkə bilərsənmi? Ruhunun rəsmini çəkə bilərsənmi? Bunların heç birini görmədiyin üçün rəsmlərini də çəkə bilməzsən. Məni də görə bilmədiyin üçün rəsmimi çəkmək mümkün deyildir. Məni gözlə görə bilməzsən. Kimsə Məni görmədiyi üçün rəsmimi də çəkə bilməz. Amma Mənim rəsmim əvəzinə yaratdıqlarımın rəsmini çəkib boyaya bilərsən. Rəsmi çəkiləsi bir-birindən gözəl, rəngarəng o qədər yaratdığım varlıqlar var ki! Elə isə karandaşlarını, fırçanı götür və onların rəsmlərini çəkməyə başla.

https://t.me/yeni_nesil
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar.

Allahım! Sən cənnətdə yaşayırsan?

Xeyr, Mən hər yerdəyəm. Mümkün deyil ki, Mən bir ölkədə olam, digərlərində olmayam, bir şəhərdə olam, amma digərlərində olmayam, bir evdə olam, başqa evlərdə olmayam. Bütün əzəmətinə, gözəlliyinə baxmayaraq, cənnət də Mənim yaşayış yerim deyil. Mən yalnız cənnətdə deyil, hər yerdəyəm. Mən bütün kainatdayam. Bir sözlə, Mən hər yerdəyəm. Mən hər zaman yaratdıqlarımın yanında olan Allaham!

https://t.me/yeni_nesil
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Zamanı (ə.f) xatırlamaq 😊🙏

İmam Zamanı (ə.f) xatırlamaq, dünyaya hakim olmuş zülmət dolu gecənin sonunda ədalət və həqiqət günəşinin ☀️ doğacağını yenidən bizə xatırladır. İnsanlar zülməti və zülmləri gördükləri zaman ruhdan düşür və ümidsizliyə qapılırlar. İmam Zamanı (ə.f) xatırlamaq isə yeni bir günün doğacağını insana təlqin edir. Dünyada zülmət yaradanlar və zalımlar mövcud olsalar da, bu gecənin sonu mütləq günəşli bir gün ilə sonlanacaq. Bütün bunları bizə öyrədən İmam Zamana (ə.f) olan inancımızdır.

┈••✾• T.me/yeni_nesil •✾••┈

Youtube linki:
👉 https://youtu.be/h8RmiX_6vwc
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar.

Allahım! Sən də məktəbə gedib dərs oxuyursan?

Siz insanlar dünyaya gələndə oxumağı və yazmağı bilmirsiniz. Oxumağı və yazmağı öyrənmək üçün məktəbə getmək lazımdır. Savadlı olmaq üçün şagird olmalısan. Amma Mən sizin kimi deyiləm. Mən hər şeyi bilirəm. Məktəbə getməyim üçün heç bir səbəb yoxdur. Mən nəyi bilmirəm ki onu öyrənmək istəyim?! Riyaziyyatı bilmirəm? Azərbaycan, ingilis, ərəb və sair dilləri bilmirəm? Yaratdığım ulduzlar, dağlar və dənizlər haqqında məlumatım yoxdur? Yaratdığım bədənlərdən xəbərsizəm? Əlbəttə ki, Mən hər şeyi bilirəm. Nəyisə öyrənməyə ehtiyacım yoxdur!

┈••✾• T.me/yeni_nesil •✾••┈
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar.

Allahım! Tətil günlərində Sənin işini kim görür?

Hər gün işləmək siz insanlar üçün çox çətindir. Əgər istirahət etmədən hər gün işləsəniz, tez bir zamanda yorulub işlərinizi yarımçıq saxlayarsınız. Bunun üçün də bəzi günlər istirahət etməyə məcbursunuz. Ancaq Mən gördüyüm işlərdən heç vaxt yorulmuram, çünki Mən çox güclü və qüdrətliyəm. Mənim üçün tətil günləri ilə digər günlər arasında fərq yoxdur. Həmişə məşğulam və bundan əsla yorulmuram. Siz özünüz də Mənim işimin heç zaman dayanmadığını görə bilərsiniz. Bayramlarda, tətil günlərində bəndələrimin dualarına qulaq asmırammı, onlara ruzi vermirəmmi, yağış yağdırmırammı, zəmilərdə buğda yetişdirmirəmmi, yeni uşaqlar yaratmırammı? Tətil günlərində heç kim Mənim əvəzimə işləmir. Mənim üçün tətil yoxdur!

┈••✾• T.me/yeni_nesil •✾••┈
İmam Kazim (ə)

Oğlan uşağının uşaqlıqda dəcəlliyi bəyəniləndir, çünki böyüyəndə dözümlü olacağından xəbər verir.

┈••✾• T.me/yeni_nesil •✾••┈
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar.

Allahım! Yumurtanın içində olan cücələri görə bilirsən?

Əgər sənin qarşında bir divar varsa, onun arxasını, yaxud qalın pərdənin o biri tərəfini görə bilməzsən. Həmçinin torpağın altında gizlədilmiş bir əşyanı görməyin də mümkün deyil. Sən bir şeyi o zaman görə bilərsən ki, başqa şeylər onu görməyinə mane olmasın. Yaxud görmək istədiyin əşya başqa bir maneə vasitəsilə gizlədilməsin. Amma Mən sizin kimi deyiləm. Bir əşyanı görməyimə heç nə mane ola bilməz. Heç nə Mənim gözümdən gizlənə bilməz. Buna görə də yumurtanın içində olan cücəni rahatlıqla görə bilirəm. Yumurtanın qabığı görməyimə mane olmur!

┈••✾• T.me/yeni_nesil •✾••┈
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar:

Allahım! Bir-birimizin qulağına pıçıldadığımız zaman Sən bizi eşidirsən?

Bəli, bəndələrimin bütün danışığını eşidirəm. Mənim üçün yüksək və alçaq səslər arasında heç bir fərq yoxdur. Sən birisi ilə çox yavaş danışsan belə, eşidə bilirəm. Ağzını başqa birinin qulağına yaxınlaşdırıb pıçıldasan belə, Mən səni eşidirəm. Əllərinizlə, gözlərinizlə və başınızla işarə edərək nəsə izah eləməyə çalışdıqda belə Mən onu başa düşürəm. Buna görə də həmişə diqqətli olun, yalan danışmayın, qeybət etməyin və pis sözlər danışmayın, çünki Mən sizin ağzınızdan çıxan hər sözü eşidirəm. Hətta telefonla nə danışdığınızı belə eşidirəm!

┈••✾• T.me/yeni_nesil •✾••┈
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar:

Allahım! Alimlərin elmi daha çoxdur, yoxsa Sənin?

Sizcə, dəniz daha böyükdür, yoxsa damla? Dağ daha böyükdür, yoxsa çınqıl? Meşə daha böyükdür, yoxsa bağ? Aydındır ki, dəniz damladan, dağ çınqıldan, meşə bağdan dəfələrlə böyükdür. Sevimli bəndəm! Alimlərin biliyi ilə Mənim biliyimi müqayisə etmək damcını dənizlə, çınqılı dağla, bağı meşə ilə müqayisə etməyə bənzəyər. Həm də ki həmin biliyi onlara Mən vermişəm. Onlara düşüncə, beyin, göz, qulaq və zəka verməsəydim, heç vaxt bir şey öyrənib alim ola bilməzdilər!

┈••✾• T.me/yeni_nesil •✾••┈
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar:

Allahım! Sən də bir gün başqaları kimi bu dünyadan köçəcəksən?

Xeyr, Mən heç vaxt getməyəcəyəm. İnsanların bəzisi aclıq, bəzisi xəstəlik, bəzisi qocalıq, bəzisi də qəzalar üzündən bu dünyadan köçür. Ancaq Mən acmıram, xəstələnmirəm, qocalmıram və yaralanmıram. Dünyadan köçməyə səbəb olan şeylərdən daha qüvvətliyəm. Ölüm Məni məğlub edə bilməz! Dünya durduqca Mən burada olacağam. Ölümün əli heç vaxt Mənə çata bilməz. Mən varam, həmişə də olacağam!

┈••✾• T.me/yeni_nesil •✾••┈
Media is too big
VIEW IN TELEGRAM
YUSİF PEYĞƏMBƏR (S) ÇİZGİ FİLMİ - (1 - Cİ BÖLÜM)

Əziz uşaqlar sizlərə Kənan elinin quyularından Misirin ən məqamlı şəxsinə çevrilən Yusif Peyğəmbərin çox seriyalı animasiya cizgi filmi

https://www.youtube.com/channel/UCHvnUvGNTudSMDCZgT_xTAw

┈••✾• T.me/yeni_nesil •✾••┈
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar:

Allahım! Nəyə görə Sənin hamıdan mehriban olduğunu deyirlər?

Ey gözəl bəndəm! Sənə dünyanı seyr etmək üçün gözü kim verib? Başqaları ilə danışmaq üçün dili kim verib? Qaçmağın, gəzməyin üçün ayaqları kim verib? Rahat yeməyin üçün dişləri sənə kim verib? Yer üzünə nur saçmaq üçün Günəşi kim yaradıb? Göy üzünü bəzəyib işıqlandırmaq üçün ulduzları kim yaradıb? Sizlərə doğru yolu göstərmək üçün kim peyğəmbərlər göndərib? Bu qədər ləzzətli yeməkləri sizin üçün kim yaradıb? Sizə ağılı verən kimdir? Günah edənləri bağışlayan kimdir? Kim hər edilən günahı bir, savabı isə on misli bərabərində hesablayar? Bu sualların cavabı aydındır. Bütün bu yaxşılıqları sizə mehriban olduğum üçün edirəm. Həmişə də edəcəyəm. Buna görə də Mənim hamıdan mehriban olduğumu deyirlər!

┈••✾• T.me/yeni_nesil •✾••┈
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar:

Allahım! Sən qaranlıqda da görə bilirsən?

Siz insanları elə yaratdım ki, qaranlıqda heç nə görməyəsiz. Qaranlıqda çox o yana-bu yana hərəkət edə bilmirsiz. Əgər qaranlıqda hərəkət etmək istəsəniz, ayağınızın altını görməyib yıxılarsız. Ancaq bəzi canlıları sizdən fərqli yaratmışam. Mən onlara qaranlıqda görmək qabiliyyəti vermişəm. Ona görə ov etmək üçün qaranlıq düşdükdə yuvalarından çıxarlar. Mənə de görüm, heç bayquş görmüsənmi? Bayquş da həmin dediyim canlılardan biridir. O, qaranlıqda da əla görür. Siz insanlar qaranlıqda bir şey görmürsünüzsə, başqa canlıların qaranlıqda görə bilməyəcəyini düşünməyin. Bəzi yaratdıqlarım qaranlıqda da görürlər. Mən Öz yaratdıqlarımdan daha güclü və daha qabiliyyətliyəm. Qaranlıqda hər şeyi aydınlıqda olduğu kimi yaxşı görürəm. Qaranlığın və işığın Mənim görməyimə heç bir təsiri yoxdur!

┈••✾• T.me/yeni_nesil •✾••┈
Forwarded from Post Bot
İmam Əli (ə) neçə yaşında şəhadətə çatdı?

@toplu_admini
Allahın adı ilə

Birinin evinə gedərkən başqa şeylərə baxmayın


Abdullah ibn Əbu Huzeyl demişdir: “Bir dəfə Abdullah ibn Məsud bir dəstə adamla birgə xəstəyə baş çəkdi. Gəldikləri ev­də qadın da var idi. Gələn adamlardan biri o qadına baxmağa baş­ladı. Bu vaxt Ab­dullah ona dedi:
“Gözün çıxarılsaydı, sənin üçün daha xeyirli olardı.”


Səhabənin bu sözündən aydın olur ki, insanın gözü Allaha qulluq etmək üçün yara­dılmışdır. Və əgər adam bu gözü haram işlərə sərf edərsə, o anda onun olmaması, ol­masından daha xeyirli olar. Uca Allah buyurur: «Mömin kişilərə de ki, ha­rama baxma­yıb gözlərini aşağı dik­sin­lər və cin­siy­yət üzv­lə­ri­ni zi­nadan qorusunlar. Bu on­lar üçün da­ha təmiz olar.» (ən-Nur, 30)

https://t.me/yeni_nesil
Forwarded from Post Bot
Quranda neçə vacibi səcdə ayəsi var?

@toplu_admini
Gözəl düşünülüb

┈••✾• T.me/yeni_nesil •✾••┈