This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

“Unikal” xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın ailəsindən saytımıza bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM