Vüsət Əzizov
11.8K subscribers
13.3K photos
71 videos
170 files
5.31K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994707645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
Dekabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2022-ci il üçün sonuncu iclası keçirilib.
İclasda giriş nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov universitetdə il ərzində görülən işlər və qarşıdakı hədəflər haqqında danışaraq qeyd edib ki, yola saldığımız il ADPU-da inkişaf ili kimi səciyyələndirilə bilər.
Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə Pedaqoji Universitetin alimlərinin də iştirakının tarixi əhəmiyyətinə diqqət çəkərək Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasında ADPU alimlərinin tədqiqatlarından danışıb, bu istiqamətdə fəaliyyətlərin bütün elmi-pedaqoji kollektiv qarşısında vacib vəzifə oluğunu bildirib.
Prof.
Sonra tədris işləri üzrə prorektor dosent Eldar Aslanov “ADPU-nun 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” məruzə ilə çıxış edərək bildirib ki, gələn ilin yanvar ayının 5-dən etibarən tələbələrin qış imtahan sessiyasına start veriləcək. Prorektor qeyd edib ki, imtahanların təşkili üçün bütün zəruri hazırlıq işləri görülür, imtahanlarda şəffaflığın və operativliyin təmin edilməsi üçün Apellyasiya Komissiyası və İmtahan Qərargahı fəaliyyət göstərəcək, İctimai Şuranın üzvləri və tələbə təşkilatlarının nümayəndələri imtahan prosesini izləyəcək, habelə sessiya ərzində onlayn tələbə anketi aktiv olacaq.
Daha sonra cari məsələlərin müzakirəsinə keçilib. Rektorun müşaviri Ümid Mehdiyev ADPU-da “Bəxtiyar Vahabzadə” və “Xəlil Rza Ulutürk” adlı təqaüdlərinin təsis edilməsi, Vətən müharibəsi qazilərinin təhsil haqqı borcundan azad edilməsi və universitetdə əməkhaqqının artırılması haqqında məruzə ilə çıxış edib. Qeyd olunub ki, növbəti təqvim ilindən etibarən ADPU-da əməkdaşların əməkhaqqılarının diferensial yanaşma ilə minimum 10 faizdən başlayaraq artırılması nəzərdə tutulur. Vurğulanıb ki, Pedaqoji Universitetdə əməkdaşların sosial təminatının gücləndirilməsi prioritet məsələdir və son 6 il ərzində orta hesabla maaşların 53,5 faiz artırılması ilə yanaşı əməkhaqqının büdcədə xüsusi payı 90 faizdən 82 faizə qədər azaldılıb.
🇦🇿 Azərbaycanın milli qüruru Polad paşanın bu gün doğum günüdür. Ruhun şad olsun, Milli Qəhrəman!
Bakı Dövlət Universiteti aşağıdakı fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR


Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 nömrəli Qərarı ilə təsdiqlənmiş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na əsasən 1 ay müddətində, 7 avqust 1996-cı il tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” əsasnaməyə uyğun 30 gün müddətində qəbul edilir.

Ünvan-AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.
№ 285 (30113) 28 dekabr 2022-ci il, çərşənbə

Bakı Dövlət Universiteti

#bdu #bduaz #işvar
Admissions to bachelor's, master's and doctoral programs are open until 15 February 2023. Hurry up and apply via SIACAS at portal.edu.az!
V ixtisas qrupunda idman istiqaməti üzrə qabiliyyət imtahanına hazırlaşan abituriyentlərin nəzərinə!
Dövlət İmtahan Mərkəzi və ICDL Europe təşkilatının birgə keçirdiyi ICDL imtahanları barədə məlumat sessiyasına qeydiyyat davam edir.

Qeydiyyatdan keçmiş iştirakçılara sessiyanın "Zoom" linki 8 yanvara kimi e-mail vasitəsilə göndəriləcək.

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLScLbGp5VM7jG3GJMs68drEfcY5OEisHP-hZ9KMjh4mvQ_Ebyw/viewform?fbclid=IwAR3tIFZ57PA_SIF_jDZVMEPLFignig046Qp7-OYHsdWECMfHFIu17elNf4A

Link 8 yanvar tarixinədək aktiv olacaq.
Təhsil ilə bağlı suallarınızı ünvanlaya bilırsiniz:
https://t.me/+8nsEPv7OUOM1MzNi
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi (I, II, III və IV qrup) üzrə sınaq imtahanına qeydiyyat elan edilib.
Sınaq imtahanına qeydiyyat 29 yanvar saat 23:59-dək aparılacaq.

I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə imtahanda iştirak etmək istədiklərini qeyd edənlər isə fevralın 12-də imtahan (I qrup – riyaziyyat, fizika, kimya, III qrup – Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə) verdikdən sonra fevralın 19-da altqruplara müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2023-cü il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

İmtahanın müddəti 3 saatdır (informatika və coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saat).

İmtahan fevralın 12-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 19-da keçiriləcək informatika və coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı şəhərində keçiriləcək.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə müvafiq olaraq informatika və coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.
"2022-2026 Dövlət Proqramı" çərçivəsində İsveç Krallığının "Uppsala University" ali təhsil müəssisəsində "Wind Power Project Management" ixtisası üzrə magistratura təhsili alan Fəqan Abdurəhmanov "Əməkdar energetik" fəxri adına layiq görülmüşdür. Qeyd edək ki, Fəqan Abdurəhmanov Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində ərazilərin inkişafı şöbəsinin müdiri vəzifəsində çalışır və bərpa olunan enerji sahəsində 10 ilə yaxın iş təcrübəsi var.

#dpiq #ElmVəTəhsilNazirliyi #DovletProqrami #magistratura
Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!

Ətraflı: https://bit.ly/3VRY1Od

#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #KapitalBank #Olimpiada #RFO
Tələbə aksiyada bir gün iştirak edib qayıda bilər. Elə olur ki, insanlar öz işinə-gücünə görə aksiyada bir-iki gün iştirak edib, geri dönürlər. Buna normal yanaşıram. Tələbələrin iştirakını şübhə altına almaq, buna yaxşı baxmamaq, mübahisələndirmək doğru deyil. Tələbə də Azərbaycan vətəndaşıdır, o da QHT sədri, üzvü, ictimai fəal ola bilər. Onların aksiyada iştirakına pis baxmıram. Tələbə aksiyaya şənbə-bazar, yaxud bayram günü də gedə bilər. Bunu imtahanlarla, qayıb yazmamaqla əlaqələndirmək heç də doğru yanaşma deyil, qəbul etmirəm. Düşünmürəm ki, bu, belədir.

Razi Nurullayev

Mənbə: pravda.az

#MilliMəclis #RaziNurullayev #deputat #Azərbaycan #məclisinfo
Sual: Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb, lakin mən şəxsi kabinetə daxil olduqda nəticəm göstərilmir. “İmtahana çağrıldı” yazılır. Nə üçün belədir?

Cavab:
Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.
Bəzi şagirdlərin nəticələri də yaxın zamanda şəxsi kabinetdə əks olunacaq.
 

 
SABAH qruplarına müəllim seçimi

Elm və Təhsil Nazirliyinin SABAH qruplarında 2022-2023–cü tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur.
 

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
 

Qeyd edilən tələblərə cavab verən namizədlər 11 yanvar 00:00-dək müraciət formasını doldurmalıdırlar.
 

Müsabiqə barədə ətraflı məlumatı linkə (http://sabah.edu.az/.../azerbaycan-respublikasi-tehsil...) "Tədbirlər və elanlar" bölməsindən daxil olaraq əldə edə bilərsiniz.
ADA Universitetində pulsuz magistratura təhsili imkanlarından xəbərdarsınız?
Bu imkanlar barədə məlumat əldə etmək və onlardan faydalanmaq üçün 10 yanvar tarixində baş tutacaq məlumat sessiyamızda iştirak edin, sizi maraqlandıran suallara cavab tapın.
Lerikli gənc təhsilini Cənubi Koreyada davam etdirəcək

Lerik rayonundan olan Sevinc Nuriyeva Cənubi Koreyanın Kyung Hee Universitetinin Qlobal Təqaüd Proqramının qalibi seçilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, universitetin biotibbi mühəndislik ixtisasına qəbul olunaraq, bakalavr təhsilini tam təqaüdlə Cənubi Koreyada davam etdirəcək.

https://azertag.az/xeber/2435687
2023-cü ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərin nəzərinə!

06.01.23 16:30
Ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərlərinin və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz.
1. C. Məmmədquluzadə “Anamın kitabı”
2. C. Cabbarlı “Oqtay Eloğlu”
3. İ. Əfəndiyev “Xurşudbanu Natəvan”
4. S. Vurğun “Vaqif”
5. “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolu
2023-cü ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.