Vüsət Əzizov
11.8K subscribers
13.3K photos
71 videos
169 files
5.3K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994707645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu ilə bağlı namizədlərin 11 aprel saat 13:18-ə olan statistikası:

Təsdiq edilmiş ərizələrin sayı:
Azərbaycan bölməsi -13573;
rus bölməsi -421;
Cəmi -13994
Forwarded from otk.az
Sentyabrın 1-dək 1 azn ödəməklə 1 il yazıldığınız fənn üzrə hər bir mövzu üzrə sınaq imtahanından və əlavə olaraq 5 KSQ tipli sınaq imtahanından istifadə edə bilərsiniz.
Abituriyentlərin nəzərinə:
Təhsil haqqının məbləğindən asılı olmayaraq istədiyiniz təhsil müəssisəsini və arzuladığınız ixtisası seçə bilərsiniz.
TTKF-in yaratdığı imkandan istifadə edərək, təhsilinizi indi alın, təhsil haqqını hissə-hissə ödəyin.
I ixtisas qrupu üzrə “Cihaz mühəndisliyi” ixtisası haqqında paylaşım.
Dövlət İmtahan Mərkəzi tərəfindən 10 aprel 2022‑ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.
İmtahan nəticələri bu gün saat 16:06-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 2063 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 16 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3 altqrupu üzrə 56 nəfər, BA4 altqrupu üzrə 69 nəfər, BB1 altqrupu üzrə 93 nəfər, BB2 altqrupu üzrə 116 nəfər, BB3 altqrupu üzrə 175 nəfər, BB4 altqrupu üzrə 235 nəfər olmaqla, ümumilikdə 782 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün aprelin 12-dən 25-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 12-14 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299.
Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstək məqsədilə layihə həyata keçirilir
Təhsil İnstitutu Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” adlı layihə həyata keçirir. Layihənin icra müddəti 2021-ci ilin sentyabr – 2022-ci ilin may aylarını əhatə edir.
 
Layihənin həyata keçirilməsində əsas məqsəd  pandemiya nəticəsində öyrənmələrində ciddi boşluqlar yaranan şagirdlərin ehtiyaclarını yerlərdə müəyyən etmək, bu ehtiyacları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkar inkişafını təmin etməkdir. Bu məqsədlə milli qiymətləndirmə tədqiqatının nəticələrinə əsasən ən aşağı nəticə göstərmiş 6 rayonun (Gəncə şəhəri, Qobustan, Ağsu, Goranboy, Hacıqabul, Beyləqan rayonları) ümumilikdə 20 məktəbinin 842 şagirdinə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə ehtiyaclarına uyğun dəstək göstərilib. 
sual:Mən XI sinifdə oxuyuram ( və ya əvvəlki illərin məzunu ) 4-18 mart tarixində elektron ərizəni dolduranda I-IV (I,II,III,IV) ixtisas qruplarından I qrup və V qrup, eyni zamanda kollec (11 illik) secmisdim. Yaydakı blok imtahanında başqa qrup seçə bilərəm?

Cavab: Qəbul imtahanları (blok) hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər.
Məsələn yaz imtahanında II ixtisas qrupu, yay imtahanlarında isə III ixtisas qrupu üzrə imtahanda iştirak edə bilər(müsabiqə şərti ödəndikdə).
Eyni zamanda namizəd yuxarıda qeyd olunan nümunəyə əsasən ixtisas seçimi zamanı 3 ixtisas qrupuna(II,III,V) aid olan 15 ixtisası seçə bilər.
Diqqət!
Canlı yayıma qoşularaq Təhsil Tələbə Kreditinə aid bütün sual və təkliflərinizi verə bilərsiniz!

https://www.facebook.com/watch/live?ref=watch_permalink&v=472345804574623
Sual: Mən IX sinifdə oxuyuram və 17 apreldə IX siniflər üçün buraxılış imtahanında iştirak edəcəm.
İmtahana buraxlış vərəqim, sağlamlıq haqqında bəyənnamə var,lakin şəxsiyyət vəsiqəmdə şəkil yoxdu, necə edim?


Cavab: Şәxsiyyәti tәsdiq edәn sәnәdindә şәkli olmayan şәxslәr, digәr sәnәdlәrlә yanaşı, oxuduğu məktəb tәrәfindәn verilmiş fotoşәkilli (fotoşәkil son 3 ayda çәkilmiş olmalı, fotoşәklin üzәrinә tәhsil müәssisәsinin möhürü vurulmalıdır ) arayışı almalıdır.
Sual: Mən 9 illik kollec ucun elektron әrizәni Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməliyəm. 2011-ci ildə(2012-ci il və ondan əvvəl) IX sinifi bititmişəm. SQK-ya məktəbdən hansı arayışı təqdim etməliyəm?


Cavab: Ümumi orta (9 illik) tәhsil haqqında sәnәdin әslini (attestat, əvvəllər şəhadətnamə deyilirdi) və şəxsiyyəti təsdiq edən sənədi müvafiq olaraq məzun olduğunuz təhsil müəssisəsinə təqdim etməklə müәssisәsi tәrәfindәn verilәn müәyyәn olunmuş formada attestat qiymәtlәri göstәrilәn arayışı əldə edə bilərsiz.