Elm və təhsil naziri Emin Əmrullayev 17 mart tarixində Şabran şəhərində vətəndaşları qəbul edəcək.
#ElmVəTəhsilNazirliyi #EduAz #VətəndaşQəbulu
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21906-1

BMU-İNHA İDP-yə TKTA-nın akkreditasiya şəhadətnaməsi verilib
🔹Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində icra olunan ikili diplom proqramlarının akkreditasiyası başa çatıb.
🔹Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) bu akkreditasiyadan uğurla keçib. 2023-cü il tarixində BMU-İNHA İDP-də aparılan akkreditasiyanın nəticələrinə əsasən İDP-nin 4 ixtisası “əsasən uyğundur” kimi qiymətləndirilib və növbəti 5 il üçün akkreditasiya olunub.
🔹Akkreditasiya şəhadətnamələrinin təqdim olunması mərasimində BMU-nun tədris işləri üzrə prorektoru, İDP-nin Rəhbər Komitəsinin həmsədri Həmzağa Orucov, proqramın direktoru Humay Cəfərli və layihə rəhbəri Hyunjin Yang iştirak ediblər.
🔹Tədbirdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov və ikili diplom proqramlarının təmsilçiləri proqramların daha səmərəli fəaliyyət göstərməsi istiqamətində fikir mübadiləsi aparıblar. Eyni zamanda proqramların əhatə dairəsinə uyğun kadr hazırlığının daha da təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
🔹Tədbirin sonunda akkreditasiya şəhadətnamələri proqram rəhbərlərinə təqdim olunub.
🔹2020-ci ildən icra olunan BMU-İNHA İDP çərçivəsində “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisaslarına ümumilikdə 400 tələbə qəbul olub. 2024-cü ildə proqramı ilk dəfə bitirən 61 məzunun bir çoxu hazırda dünyanın top universitetlərində magistratura təhsili alır. Eyni zamanda məzunların bir qismi aparıcı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olur.
🔹3+1 modelinə əsaslanan proqrama uyğun olaraq hazırda İNHA Universitetində 4-cü tədris ili üzrə 83 tələbə təhsil alır.
Ətraflı məlumat: https://shorturl.at/p5FtF
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #BMU #BEU #BakıMühəndislikUniversiteti #INHAUniversity #SouthKorea #BMUİNHAİDP #BEUINHADDP #İkiliDiplomProqramı #DualDiplomaProgram #KoreyaRespublikası #CənubiKoreya

❗Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin nəzərinə
📢 Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində vətəndaşların mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 14 mart tarixinədək uzadılıb.
✔️2025-2026-cı tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində Bakı və Sumqayıt şəhərlərində yerləşən, ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edilib.
📌 Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlər prioritetin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu verə bilər, yaxud həmin müddətdə şagird sıxlığı olmayan məktəbləri seçə bilərlər.
💻Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.
Ətraflı ⤵️
https://baku.edu.gov.az/az/page/9/7617
https://sumgayit.edu.gov.az/az/page/15634/76306
#MÜTDA #EduAz #BirinciSinfəQəbul