Vüsət Əzizov
11.8K subscribers
13.5K photos
71 videos
170 files
5.39K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994707645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
Mart ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı müəyyənləşib

Ardıcıl 9 gün iş olmayacaq.

Bunu ASAN Radioya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib.
Salam. Hər vaxtınız xeyir. Mənə ünvanlanan çox saylı müraciətləri nəzərə alaraq DİN Polis Akademiyasına qəbul üçün idman üzrə normativlərə aid video çəkəcəm. Eyni zamanda hansı sənədləri toplamaq lazım olduğunu və digər prosedurların hər birini izah edəcəm.
Sabah səhər saatlarında tələbələrimlə bərabər video çəkiliş edəcəm.
Hər bir abituriyentə uğurlar arzu edirəm.
Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib. Kitabları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #jurnal #rezidentura
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.

Azərbaycan Dövlət Aqrar Universitetində dekan işləyən Famil Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, Famil Nəsibova həmin Məcəllənin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən "Yeniyetmənin imtahan həyəcanı" mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinarda yeniyetmə yaşın xüsusiyyətləri, nəsillər fərqi, imtahanda emosional vəziyyətə təsir edə biləcək faktorlar, imtahan öncəsi və sonrası valideyn tərəfindən düzgün dəstək formaları haqqında danışılacaq. Bu görüş valideynlər üçün nəzərdə tutulub.

Vebinar Zoom platforması vasitəsilə ödənişsiz keçiriləcək.

Qeydiyyat linki: https://e-psixoloq.az/#banner
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
1-ci dərəcəli “Rəşadət” ordeni ilə
Tağıyev Vasif Natiq oğlu
“Vətən uğrunda” medalı ilə
Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)
İmanov Mahir Kamil oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2023-cü il

https://president.az/az/articles/view/58815
Azərbaycanın #STEAM komandası yenə birincidir! 🥇😍

Qazaxıstanda rəqəmsallaşma üzrə "Digital Almatı: rəqəmsal tərəfdaşlıq yeni reallıqda" beynəlxalq forumu keçirilib.

Forum çərçivəsində keçirilən STEAM üzrə yarışmada ölkəmizi təmsil edən “VEX IQ (Robototexnika)” komandası 191 balla birinci yeri tutub.

Komandamızı təbrik edir və davamlı uğurlar arzulayırıq! 👏🏻🥳

#ElmVəTəhsilNazirliyi #EduAz
Bakalavrların nəzərinə!

2023/2024-cü tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd vermək istəyən bakalavrlar üçün elektron ərizə qəbulunun başa çatmasına 6 gün vaxt qalır.

Hazırda olan statistika isə belədir:
8840 nəfər elektron ərizə təsdiq edib. Onlardan 8034 nəfər Azərbaycan, 806 nəfər isə rus bölməsinə aiddir.
Elektron ərizə qəbulu 09.02.2023-cü il saat 23:59-da başa çatacaq. I cəhd üzrə qəbul imtahanı isə 19.02.2023-cü il tarixində keçiriləcək.
Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında DİM tərəfindən buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı

2022/2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji  komissiyaların rəyi əsasında tam (XI sinif) orta təhsil səviyyəsi  üzrə 99 nəfər, ümumi (IX sinif) orta təhsil səviyyəsi  üzrə 584 nəfər şagird Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilmişdir.

Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə buradan tanış olmaq mümkündür:

https://eservices.dim.gov.az/sagird/azad.aspx
Qeyd: Şəkildəki bölgü 2022-ci illə aiddir. Yaxın zamanlarda Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü ildəki XI sinif şagirdləri üçün buraxılış imtahanlarının zonalara görə bölgüsü elan olunacaq.
2022-ci ilə aid bölgü kimi olması gözlənilir.
Sual: Buraxılış imtahanı üçün
şəhər və rayonlar I və II zona
olaraq bölünüb. Bəs bu
zonalara hansı rayon və
şəhərlər daxildir?

Cavab: XI siniflər üçün 2023-cü ildə təşkil olunacaq buraxılış imtahanın tarixi və zonalara daxil olan şəhər və rayonlara görə bölgüsü barədə yaxın zamanlarda Dövlət İmtahan Mərkəzi tərəfindən məlumat veriləcək.
Dövlət İmtahan Mərkəzi
Ümumtəhsil müəssisələrinin rəhbərlərinin nəzərinə!
2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların həmin təhsil müəssisələri tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və ilkin təsdiq edilməsi prosesi yekunlaşmaq üzrədir.

Ümumtəhsil məktəbləri tərəfindən tam orta təhsil səviyyəsi (XI sinif) üzrə sayı təqdim edilmiş 98777 nəfərdən 98603 (99.82%) nəfər şagird, ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə sayı təqdim edilmiş 145061 nəfərdən 144585 (99.67%) nəfər şagird, peşə təhsili müəssisələri tərəfindən tam orta təhsil səviyyəsi üzrə sayı təqdim edilmiş 2834 nəfərdən 2802 (99.87%) nəfər şagird barədə məlumatlar “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmişdir.

Buraxılış imtahanlarının keçirilməsinə az müddət qaldığını nəzərə alaraq məlumatları sistemə daxil edilməmiş şagirdlərin təhsil aldığı ümumtəhsil müəssisələri rəhbərlərinin və əlaqələndiricilərinin nəzərinə çatdırırıq ki, buraxılış sinif şagirdlərinin məlumatları sistemə vaxtında, düzgün və tam şəkildə daxil edilməlidir. Həmçinin həmin şagirdlərin valideynlərindən xahiş olunur ki, övladları üçün şəxsiyyəti təsdiq edən sənədi vaxtında əldə edərək məktəbə təqdim etsinlər.
#4fevral dahi azərbaycanlı, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniyanın Berkli Universitetinin professoru, dünyaşöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) doğum günüdür.
Dünya şöhrətli alimimiz vəsiyyəti əsasında Bakıda I Fəxri Xiyabanda dəfn edilib.
Allah rəhmət etsin.

#GününTarixi #LütfiZadə
Forwarded from otk.az
otk.az portalında axtarış hissəsi vasitəsilə lazımi imtahanları daha tez tapa bilərsiniz
Məktəblilər “Gənclər günü”nü Polis Akademiyasında kursantlarla birgə qeyd ediblər. Tədbirdə iştirak bir neçə orta məktəbin IX-XI sinif şagirdləri 100 illik tarixə malik xüsusi təyinatlı ali təhsil müəssisəmizin maddi-texniki təminatları və tədris imkanları ilə yaxından tanış olublar. Şagirdlərə Polis Akademiyası haqqında ətraflı məlumat verilib, akademiyaya qəbul qaydaları izah edilib, akademiyanın 100 illiyinə həsr edilən sənədli film göstərilib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Elşad Hacıyev

#polisol #polisakademiyasi #polistehsili
Polis Akademiyasının əməkdaşları yuxarı sinif şagirdləri ilə görüş keçirilib.

- - - -
Polis Akademiyasının əməkdaşları Şəki rayon məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüb.

Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olub.

Görüşdə Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandırılıb, akademiyada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.

Sonda Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
Şəki-Zaqatala Regional Təhsil İdarəsi

#EduAz #ŞəkiZaqatalaRTİ #Şagird
İki gün əvvəl təyin olunan direktor işdən çıxarıldı

Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.
 
Ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb.
 
Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikadakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçirilib.
 
Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu nazirlik tərəfindən bildirilib
APA
Vüsət Əzizov
https://youtu.be/Qs3stJq2wx0
Təhsil Tələbə Kredit Fondu "İxtisasın Sənin Gələcəyindir" rubrikasını təqdim edir. İzləyicilərin istəklərinə uyğun ən çox tələb olunan ixtisasları sizin üçün təqdim edəcək.
İlk videoda sizlər üçün müəllim peşəsi haqqında bilməli olduğunuz ən vacib məlumatları toplamağa çalışdıq. Bu rubrikanın davam etməsi üçün videonu bəyənərək və paylaşaraq dəstək ola bilərsiniz.

İxtisasın sənin gələcəyindir rubrikasının növbəti mövzusu hansı ixtisas olsun?

☎️ 146-5
📞 077 317 88 52
✉️ info@ttkf.edu.az
🌐 www.e-ttkf.edu.az

Təhsil Tələbə Kredit Fondu

Bu təşəbbüs üçün Təhsil Tələbə Kredit Fondunun əməkdaşlarına, xüsusilə Emin bəyə təşəkkür edirəm.
İxtisaslar haqqında videoları mütəmadi şəkildə paylaşacam.

#ElmvəTəhsilNazirliyi #müəllim #ixtisas #peşə #TTK #TəhsilTələbəKreditiFondu #tələbə