01.07.2024-cü il tarixində V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin “Bədən tərbiyəsi və idman istiqaməti”nə aid
61-ci (Məşqçilik (idman növləri üzrə) komissiyası üzrə “Ümumi fiziki hazırlıq” (I mərhələ) imtahanı üzrə imtahan nəticəsi elan olunub.
Nəticəyə baxmaq üçün link:
https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login
Qeyd 1: 61-ci komissiya üzrə I mərhələdən “Qeyri məqbul” alan şəxslər “ixtisas” imtahanına buraxılmır və “ixtisas seçimi” zamanı həmin ixtisası seçə bilməz.
Qeyd 2: 61-ci komissiya üzrə I mərhələdə “Məqbul” alan şəxslər “İxtisas” imtahanına (II mərhələ) buraxılır və “İxtisas imtahan”ı yeri tezliklə elan olunacaq və tövsiyə edirəm tez-tez səhifəyə (https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login) daxil olaraq yoxlayın.
Hər birinizə uğurlar!

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.
Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.
Allah xalqımızı qorusun!
Yeni doğulmuş körpələr və gələcək nəsillərimiz artıq silah səsi duymayacaq, sülh və əmin-amanlıq içində yaşayacaq.

İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentində Çağrı mərkəzində mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilib
Struktur bölmə: İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamenti, Vətəndaş müraciətlərinə baxılması və kargüzarlıq sektoru
Vəzifənin adı: mütəxəssis - çağrı mərkəzi
Əmək haqqı: 1000 (min) manat
Əmək müqaviləsinin müddəti: 2 (iki) il
Qulluq funksiyaları:
• Çağrı mərkəzinə daxil olan sualların (sorğuların) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması
• Çağrı mərkəzinə daxil olan müraciətlərin qeydə alınması və icra üçün yönləndirilməsi.
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələb: tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.
Xarici dil biliklərinə dair tələblər: Rus dili
Bilik və bacarıqlar:
• Azərbaycan dilində səlis, mədəni danışmaq, oxumaq və yazmaq bacarığı;
• Gərgin rejimdə işləmək bacarığı;
• Operativlik;
• Yeniliklərə uyğunlaşmaq;
• Stresədavamlılıq;
• Yazılı və şifahi ünsiyyətqurma bacarığı.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər ”Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində "mütəxəssis - çağrı mərkəzi " qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 12 iyul 2024-cü il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 7-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Həmin gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İştirakçılar iyunun 30-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 195 imtahan binası, 3559 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 195 ümumi imtahan rəhbəri, 587 imtahan rəhbəri, 4454 nəzarətçi, 639 buraxılış rejimi əməkdaşı, 195 bina nümayəndəsi cəlb olunub.
İmtahanda II ixtisas qrupu üzrə 17431 ,III ixtisas qrupu üzrə 21193, I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahanda isə 8896 nəfər olmaqla, ümumilikdə 47520 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 85 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 6-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
İmtahanların gedişini işıqlandırmaq üçün 30 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

02.07.2024-cü il tarixində Tofiq Bəhramov adına Respublika stadionunda (Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi, 10) V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin “Bədən tərbiyəsi və idman istiqaməti” üzrə 62-ci (Ümumi fiziki hazırlıq, Kütləvi sağlamlaşdırıcı idman, Adaptiv bədən tərbiyəsi) komissiyası üzrə imtahan verən abituriyentlərin imtahan nəticələri elan olunub.
Nəticəyə baxmaq üçün link:
https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login?ReturnUrl=%2fQabiliyyet%2fQeydiyyat%3fusr%3diMdWysgLQiY%253D&usr=iMdWysgLQiY%3D
Qeyd 1: “Qeyri məqbul” alan şəxslər “ixtisas seçimi” zamanı həmin ixtisası seçə bilməz.

2023-2024-cü tədris ilində 43 ixtisas üzrə 1324 tələbə SABAH tələbəsi adını qazanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2023-2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olur.
Hazırda Elm və Təhsil Nazirliyi SABAH qrupları 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası, 2846 tələbəni və bu ilin məzunları da daxil olmaqla ümumilikdə 2014-2024-cü illər ərzində 6842 məzunu (bakalavr və magistr pilləsi üzrə) əhatə edir.
Ümumilikdə SABAH qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 9688 nəfəri əhatə edir.
SABAH qrupları layihəsi əmək bazarının artan tələblərinə müvafiq olaraq intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etmək məqsədilə fəaliyyətə başlayıb.

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.
2024-cü ilin iyun ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 83.8%-i “bəli, dəstəkləyirəm”, 13.5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.7%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir. Sosial Tədqiqatlar Mərkəzinin bu mövzuda keçirdiyi əvvəlki sorğuların nəticələri də cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına münasibətdə müsbət tendensiyanın olduğunu deməyə əsas verir.
Sorğular 2024-cü ilin 10 iyun – 22 iyun tarixlərində, yaşı 18 və yuxarı olan 1152 respondent arasında kompüter dəstəkli şəxsi (üz-üzə) müsahibə üsulundan istifadə olunmaqla keçirilib. Nümunənin seçilməsində ehtimallı seçmənin çoxpilləli stratifikasiya üsulundan istifadə olunub. Seçmə çərçivəsi respondentlərin gender balansı, təhsil səviyyəsi və yaş bölgüsü rəsmi statistik məlumatlara uyğun olaraq müəyyən edilib. Sorğular ölkənin 12 iqtisadi rayonunu (Şərqi Zəngəzur və Naxçıvan istisna olmaqla) əhatə edib.
Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü əsasda aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar verilib. Əhatə olunan respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinə müdir təyin olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Mübariz Qafarşah oğlu Hacıbəyov Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
M.Hacıbəyov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2005-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
Qeyd edək ki, M.Hacıbəyov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Riyaziyyat və Mexanika İnstitutunda çalışıb və Milli Aviasiya Akademiyasında Ali riyaziyyat kafedrasının professoru vəzifəsini icra edib.
#EATDA

Milli komandanın üzvü, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdi Mehdi Abbaszadə Rusiyanın Yakutsk şəhərində 26 iyun - 05 iyul tarixlərində keçirilən “Asiya uşaqları” Vlll Beynəlxalq İdman Oyunlarında 200 məsafəyə qaçış növü üzrə 23.48 m nəticəylə 3 yerə 🥉layiq görülmüşdür.
İdmançımızı və məşqçisini təbrik edirik!
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası
#Gənclərİdman #AzeSport #birkimibirlikdə

İyulun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” mərasimi keçirilib.
Bu il SABAH qruplarından 1066 nəfər məzun olur. Onlar arasında "Azərbaycan müəllimi" qəzetinin əməkdaşı Vaqif Fətullayev də var. Bütün məzunları təbrik edir, onlara karyeralarında daim yüksəliş arzu edirik!
Ətraflı: muallim.edu.az/news.php?id=31047
#AzərbaycanMüəllimi #SABAH #Məzun