Virtual «Əl-Məhdi (əc)» Məscidi
923 subscribers
988 photos
89 videos
3 files
331 links
Virtual «Əl-Məhdi (əc)» Məscidi «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmişdir.
Download Telegram
Forwarded from Dar-ul-Quran
MƏHƏRRƏM AYININ BİRİNCİ GÜNÜ KƏRBƏLADA BAŞ VERMİŞ HADİSƏLƏR

Məhərrəm ayının ilk günü, Əhli-beytin (ə) qəmli günlərinin başlandığı gündür. Həmin gün bütün Peyğəmbərlər (ə), mələklər, Əhli-beyti (ə) sevənlər və ardıcılları qəmgin və əzalı olur.

Hədisdə buyurulub: Hər il Məhərrəm ayının ilk günündən aşura gününədək şəhidlər ağası imam Hüseynin (ə) parça-parça olmuş köynəyini Allahın ərşindən asırlar və bütün aləmi qəm bürüyür. (Xəsaisüs-zeynəbiyyə)

İmam Hüseyn (ə) Kərbəla torpağına Məhərrəm ayının ikisi cümə axşamı günü çatır. Əbi İshaq Əsfərayənin məqtəlində yazılıb: İmam (ə) səhabələri ilə yol gedirdilər ki, bir məntəqəyə çatdılar. Orada bir dəstə yaşayan insanlardan bu məntəqənin adını soruşdu və onlar “Şəttun Fərat” deyə cavab verdilər. O həzrət buyurdu: bu addan başqa adı da varmı?
Cavab verdilər: “Kərbəla”dır.
Sonra İmam (ə) ağlayaraq buyurdu: Allaha and olsun ki, bu torpaq “Kərb” və “Bəla” torpağıdır. Sonra belə buyurdu: bu yerin torpağından mənə bir ovuc verin. Sonra torpağı alıb qoxladı və yaxasından bir qədər torpaq çıxararaq buyurdu: bu həmin torpaqdır ki, cənab Cəbrail (ə) Allah tərəfindən cəddim Rəsulullah (s) üçün gətirərək deyib ki, bu torpaq Hüseynin (ə) torpağındandır, sonra o torpağı yığaraq buyurdu: hər iki torpağın eyni ətri var.
Seyid ibn Tavus deyib: İmam (ə) Kərbəla torpağına yetişəndə soruşdu: bu yerin adı nədir? Dedilər: “Kərbəla”.
Buyurdu miniklərinizdən enin! Bu məkan bizim qalacağımız, qanımızın töküləcəyi və qəbirlərimizin yeridir.
Sonra İmam (ə) və səhabələri orada məskunlaşaraq öz yüklərini orada endirdi. Hürr ibn Yezid Riyahi də öz qoşunu ilə İmama (ə) qarşı onun müqabilində düşərgə saldı. Amma buna baxmayaraq Aşura günü Hürr ibn Yezid Riyahi tövbə edərək imam Hüseynin (ə) tərəfinə keçir

Mənbə: rizvan.az İslam Maarifi Jurnalı

#məhərrəm_ayi
#İmam_Huseyn
#kərbəla
#aşura
Forwarded from Dar-ul-Quran
MƏHƏRRƏM AYININ İKİNCİ GÜNÜ KƏRBƏLADA BAŞ VERMİŞ HADİSƏLƏR

Tarixi mənbələrə əsasən bu gün Hürr ibn Yezid Riyahi, Ubeydullah ibn Ziyada bir məktub yazaraq onu İmamın (ə) Kərbəlaya girişindən xəbərdar etdi.

İMAM HÜSEYNİN (Ə) DUASI
İmam Hüseyn (ə) öz əhli-beytini, övlad və qardaşlarını toplayıb onlara bir nəzər salaraq ağladı və belə dedi: İlahi! Biz sənin peyğəmbərin olan Məhəmmədin (s) ailəsiyik. Bizi cəddimizin hərəmindən qovdular və Bəni Üməyyə bizə cəfa etdi. İlahi! Bizim haqqımızı zalımlardan al və bizləri ədalətsizlərə qalib et. Ümmi Gülsüm İmama (ə) dedi: bu vadidə qəribə hiss keçirir və qorxulu qüssə qəlbimə kölgə salıbdır. İmam Hüseyn (ə) bacısına təsəlli verdi.

İmam Hüseynin (ə) sözləri

İmam (ə) Kərbəla çölünə daxil olandan sonra öz səhabələrinə buyurdu: “İnsanlar dünyanın quludur və dini yalnız dillərində dadlı bir şey kimi saxlıyarlar, onun dadını dillərindən gedənə qədər saxlayar, eləki imtahan gəlir dindarlar azalır”.

Mənbə: rizvan.az İslam Maarifi Jurnalı

#məhərrəm_ayi
#İmam_Huseyn
#kərbəla
#aşura
Forwarded from Dar-ul-Quran
İMAM HÜSEYNİN (Ə) KUFƏ ƏHLİNƏ MƏKTUBU

İmam (ə) kağız və mürəkkəb istədi. Öz nəzərlərində möhkəm qaldığını sanan Kufə böyüklərindən bir neçəsinə bu məktubu yazdı.

Bismillahir-Rəhmanir-Rəhim
Hüseyn ibn Əlidən (ə) Süleyman ibn Surəd, Müsəyyib ibn Nəcbə, Rəfaət ibn Şədad, abdullah ibn Val və bir dəstə möminlərə: siz bilirsiniz ki, Allahın Rəsulu (s) həyatda olarkən buyurmuşdur: hər kim Allahın haramını halal edən, öz əhdini sındıran, mənim qanunlarımla zidd olan, Allah bəndələri ilə zülmkarlıqla rəftar edən zalım bir şahı görüb dili yaxud əməli ilə etiraz etməzsə layiqdir ki, Allah o ədalətsiz şaha hazırladığı əzabı onun üçün də hazırlasın. Həmçinin siz bilirsiniz və bu dəstə (Bəni Üməyyə) tanıyırsınız ki, Şeytana itaət etmiş və Allahın itaətindən çıxmışlar. Fəsadı aşkar, Allahın hədlərini unutmuş, qənimətləri özlərinə aid etmiş və Allahın halalını haram, haramını isə halal etmişdir. Sizin məktublarınız mənə çatdı və elçiləriniz yanıma gələrək dedilər ki, siz mənimlə beyət etmisiniz. Məni heç vaxt mübarizə meydanında tək qoymaz və məni düşmənə təslim etməzsiniz. Əgər öz əhdi-peymanınızda möhkəm durmusunuzsa hansı ki, savab yolu da elə budur, mən sizinləyəm, ailəm ailənizlədir. Mən də, sizin öndəriniz olacam. Əgər belə etməsəniz və əhdinizdə möhkəm olmasanız mənim beyətimi öz üzərinizdən götürmüsünüz. Öz canıma and olsun ki, təəccüb etmərəm necə ki, atam, qardaşım və əmim oğlu Müslüm ilə rəftarınızı görmüşəm. Sizlərə ancaq naşı insanlar aldanar. Siz mənimlə yoldaşlıq etmək fürsətini əldən vermisiniz. Kim əhd-peymanını sındırsa ziyanını görəcək və Allah məni tezliklə sizdən ehtiyacsız edəcək. Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə.


İmam Hüseyn (ə) məktubu bağlayıb möhürləyərək Qeys ibn Müshər Siydaviyə verdi və Kufəyə göndərdi. İmam Hüseyn (ə) Qeysin şəhadət xəbərini eşidəndə ağlayaraq göz yaşı üzünə axdı və buyurdu: İlahi! Bizim və şiələrimiz üçün öz yanında uca məqam qərar ver, bizi onlarla öz rəhmətinin yanında qərar ver ki, Sən hər bir işi görməyə qadirsən.
Sonra İmam (ə) Allaha həmd və səna edib Məhəmməd və Məhəmməd ailəsinə salam göndərdi və xütbə oxudu.
Forwarded from Dar-ul-Quran
İMAM HÜSEYNİN (Ə) SƏHABƏLƏRİNİN SÖZLƏRİ

İmam Hüseynin (ə) xütbəsindən sonra, Züheyr ayağa qalxıb dedi: Ey Peyğəmbərin (s) oğlu! Sənin sözlərini eşitdik, əgər bizim dünyamız həmişəlik və biz də, o dünyada əbədi olsaydıq səninlə qiyam etməyi və sənin yanında şəhid olmağı dünyada qalmaqdan üstün tutar və müqəddəm edərdik.
Sonra Bureyr ibn Xüzeyr ayağa qalxaraq dedi: Ey Allah rəsulunun oğlu! Allah sənin vasitənlə bizə minnət qoyub ki, biz sənin yanında cihad edək və bədənlərimiz tikə-tikə olsun ki, böyük cəddin Allahın Rəsulu (s) bizə Qiyamət günü şəfaət etsin. sonra bir-bir başqa səhabələr ayağa qalxaraq öz sadiqliyini imam Hüseynə (ə) sözləri ilə bildirirdilər.

ÜBEYDULLAHIN İMAM HÜSEYNƏ (Ə) MƏKTUBU
Məhərrəm ayının ikisində baş verən mühüm hadisələrdən biri də, Übeydullahın imam Hüseynə (ə) yazdığı məktubudur.O, imam Hüseynin (ə) Kərbəlaya girişindən xəbərdar olandan sonra həzrətə bir məktub yazdı ki, o məktubda İmamı (ə) Yezidə beyət etməyə çağırmış əks təqdirdə həzrəti şəhid edəcəyini bildirmişdi. Məktub imam Hüseynə (ə) çatanda həzrət məktubu oxuyub yerə ataraq buyurdu: məxluqun razılığını Xaliqin qəzəbi müqabilində satın alan dəstə nicat tapmaz.
Übeydullahın göndərdiyi elçi həzrətdən məktubun cavabını soruşduqda İmam (ə) cavab verir: bu məktubun cavabı yoxdur. Çünki, Übeydullaha Allahın əzabı lazım və sabitdir.
Qasid, Hüseynin (ə) cavabını Übeydullaha çatdırdı. O qəzəbli halda Ömər ibn Sədə baxaraq onu imam Hüseynlə (ə) döyüşməyə əmr etdi. Ömər Səd Rey şəhərinin valisi olması üçün dəridən-qabıqdan çıxmasına baxmayaraq imam Hüseynlə (ə) döyüşməkdən imtina etmək istədi. Lakin Übeydullah ona döyüşmədiyi təqdirdə Rey şəhərini görməyəcəyini bildirdi.
Ömər Sə`d Übeydullahdan düşünmək üçün bir gecə möhlət istədi.
Sonra bir neçə nəfərlə məsləhətləşdi. Hamı onu Hüseyn ibn Əli (ə) ilə vuruşmaqdan çəkinməyi məsləhət gördü. O da, inşallah döyüşməyəcəyini bildirdi. Lakin Übeydullahın təkidlərindən sonra imam Hüseyn (ə) ilə döyüşməyi üstün tutdu.
Forwarded from Dar-ul-Quran
MƏHƏRRƏM AYININ 3-CÜ GÜNÜ

ÖMƏR SƏD KƏRBƏLAYA QOŞUN YERİDİR

Ömər Səd İmam Hüseynin (ə) Kərbəlaya girişindən bir gün sonra yəni məhərrəm ayının üçü küfəlilərdən ibarət dörd min nəfərlik qoşunla Kərbəlaya daxil oldu.
Bəziləri deyir ki, Ömər Sədin qəbiləsi olan Bəni Zöhrə qəbiləsi onun yanına gələrək dedilər: Səni Allaha and veririk bu işdən keç və Hüseyn (ə) ilə döyüşmə. Çünki bu bizimlə Bəni Haşimin arasında düşmənçilik yaradacaq.
Bundan sonra Ömər Səd Übeydullahın yanına gedərək istefa verməsinə baxmayaraq Übeydullah onun istefasını qəbul etmədi və o təslim olaraq İmam  Hüseyn (ə) ilə döyüşməyə razılaşdı.

İMAM HÜSEYN (Ə) KƏRBƏLA ƏRAZİSİNİ ALIR

Məhərrəm ayının üçüncü günündə baş verən mühüm hadisələrdən biri də, İmam  Hüseyn (ə), hal-hazırda müqəddəs məzarı olan ərazi daxil olmaqla Kərbəla torpağının bir hissəsini Neynəva və Qaziriyyə əhalisindən altmış min dirhəmə satın alaraq onlarla şərt kəsir ki, camaatı onun qəbrini ziyarət etmək üçün yol göstərib zəvvarlarını üç gün evində qonaq etsin.

İMAM HÜSEYNİN (Ə) SƏHABƏLƏRİNİN AYIQLIĞI

Ömər Səd kərbəlaya daxil olan kimi Üzrəh ibn Qeys Əhməsini İmam  Hüseynin (ə) yanına göndərdi ki, ondan bura nə üçün gəldiyini soruşsun. Üzrəh ibn Qeys İmama məktub yazıb onu Küfəyə dəvət edənlərdən olduğu üçün həzrətin yanına getməyə xəcalət çəkirdi. Sonra Ömər Səd İmam  Hüseynə (ə) məktub yazan Küfə böyüklərinin hamısından həzrətin yanına getməsini istəsə də, hamı bu işdən imtina etdi. Lakin Kəsir ibn Abdullah Şə'bi adlı həyasız bir nəfər qalxaraq dedi: mən Hüseynin (ə) yanına gedəcəm və əgər istəsən önu öldürəcəm. Ömər Səd dedi: bu haqda hələlik qərar tutmamışam ama onun yanına get və deki, nə məqsədə bu məmləkətə gəlib?! O, İmam  Hüseynə (ə) tərəf gələndə İmamın səhabələrindən olan Əbu Səmamə Sa-idi onun qabağını kəsərək dedi: qılıncını aç sonra İmamın yanına get. O cavabında and içərək sadəcə elçi olduğunu və qılıncını açmayacağını əgər yol verməzsə qayıdacağını bildirdi. Əbu Səmamə dedi ki, onda mən əlimi sənin qılıncının üzərinə qoyum sən öz xəbərini çatdır. Kəsir yenə razı olmadı. Əbu Səmamə növbəti dəfə dedi: gətirdiyin xəbəri mənə de mən onu İmama (ə) çatdırım çünki sən əxlaqsız insansan və mən razı olmaram İmamın yanına gedəsən. Yenə Razı olmayan Kəsir, İmam Hüseynlə (ə) görüşmədən Ömər Sədin yanına qayıdır.. Hadisəni Ömər Sədə danışır, Ömər Səd Qurət ibn Qeys Hənzəli adında başqa birisini İmam Hüseynin (ə) yanına göndərdi ki, həzrətin bura gəlməsinin səbəbini soruşsun.
Qurət ibn Qeys, İmama tərəf hərəkət etdi. İmam Hüseyn (ə) səhabələrindən soruşdu: bu kişini tanıyırsınızmı?
Həbib ibn Məzahir ərz etdi: bəli! Mən onu yaxşı fikirlə tanıyıram və onu bu mövqedə olmasını güman etmirdim. Sonra Qürrət ibn Qeys gəlib İmama salam verib öz xəbərini çatdırdı. İmam Hüseyn (ə) buyurdu: sizin şəhərin əhalisi məktub yazaraq məni dəvət edib, əgər mənim gəlişimdən sevinmədinizsə qayıdacam.
Qürrət ibn Qeys qayıtmaq istəyəndə Həbib ibn Məzahir buyurdu: Ey Qürrət! Vay olsun sənə! Nə üçün zalımların yanına qayıdırsan?! Bu kişiyə köməkçi ol ki, onun atalarının vasitəsi ilə doğru yola hidayət olmusan.
Qürrət ibn Qeys cavab verdi: mən xəbərin cavabını Ömər Səsə çatdırım bu haqda düşünəcəm. Sonra Ömər Sədin yanına qayıdıb onu işin gedişatından xəbərdar etdi. Ömər Səd dedi: ümidvaram ki, Allah məni Hüseyn (ə) ilə döyüşməkdən azad etsin.
 
Mənbə: rizvan.az İslam Maarifi Jurnalı
İMAM HÜSEYN (ƏLEYHİSSALAM) HAQQINDA QISA MƏLUMAT

Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis.

Künyəsi: Əbu Əbdillah

Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).

Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).

Doğulduğu gün: 3 Şəban.

Doğulduğu yer: Mədineyi-Münəvvərə.

Doğulduğu il: Hicrətdən 3 il sonra.

Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü.

Şəhid olduğu il: 61-ci hicri ili.

Ömrü: 58 il.

Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.

Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.

Övladlarının sayı: 6 (4 oğlan, 2 qız)

Oğlanları:

1. Əli Əkbər

2. Əliyyi Övsət (İmam Zeynül-Abidin əleyhissalam)

3. Cəfər

4. Əbdüllah

Qızları:

1. Səkinə

2. Fatimə

İmamın nəsli oğlu Zeynəl-Abidindən (əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş və o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.

Rizvan.az İslam Maarifi Jurnalı

#imam_Huseyn
Forwarded from Dar-ul-Quran
MƏHƏRRƏM AYININ 9-CU GÜNÜ

MƏHƏRRƏM AYININ DOQQUZUNCU GÜNÜ BAŞ VERMİŞ HADİSƏLƏR

Tasua adlandırdığımız həmin gün cümə axşamı gününə təsadüf edirdi. Şimr, Übeydullahdan məktubu alıb Məhərrəm ayının doqquzuncu günü özünü Kərbəlaya yetirib, Ömər Sə`d üçün oxudu.

Ömər Sə`d dedi:
Vay olsun sənə! Allah evini yıxsın, necə də pis xəbər gətirdin mənim üçün! Allaha and olsun ki, onu razı olmağa sən mane olmusan. İşi xarabladın, mən ümidvar idim ki, bu iş sülh ilə bitəcək, Allaha and olsun Hüseyn təslim olmayacaq çünki atasının ruhu onun cismindədir.
Şimr dedi:
De görüm nə edəcəksən?! Əmirin sözünə itaət edib düşməni ilə döyüşəcəksən yoxsa mən qoşunun məsuliyyətini öhdəmə götürüm?
Ömər Sə`d dedi:
Qoşunun əmirliyini sənin öhdənə buraxmayacağam, sən buna layiq deyilsən, özüm işi sona yetirəcəm, sən piyadalara başçılıq et.
İmam Sadiq (ə) buyurur: "Tasua" günü həmin gündür ki, Küfə və Şam qoşunu İmam Hüseyni (ə) və səhabələrini mühasirə saldı. Mərcanənin oğlu və Ömər ibn Sə`d ordunun çoxluğuna görə sevinir şadyanalıq edirdi. Bu gündə İmam Hüseyni (ə) qərib və tənha gördülər və bildilər ki, daha İraq camaatından kimsə ona yardıma gəlməyəcək.

ÜMMÜL-BƏNİN ÖVLADLARINA AMANNAMƏ

Şimr ibn Zil-Cövşən elə ki, Übeydullahdan məktubu aldı, "Ümmul Bənin"in qardaşı oğlu Abdullah ibn Əbil Məhəl ilə birlikdə Übeydullaha dedi:
Ey əmir! Bizim bacımızın övladları da, Hüseyn ilə bir yerdədir. Əgər məsləhət bilirsinizsə onlara bir amannamə yazın! Übeydullah onların məsləhətini qəbul edib öz katibinə əmr etdi ki, onlar üçün bir amannamə yazsın.

AMANNAMƏNİN CAVABI

Abdullah ibn Əbil Məhəl amannaməni qulamının vasitəsilə Kərbəlaya göndərdi. O, Kərbəlaya çatandan sonra məktubun mətnini Ümmul Bəninin övladları üçün oxuyaraq dedi:
Bu məktubu sizin qohumlarınızdan biri Abdullah ibn Əbil Məhəl göndərib. Onlar qulamın cavabında dedilər ki, bizim salamımızı ona çatdır və de: “Bizim sizin amannamənizə ehtiyacımız yoxdur, Allahın amanı Süməyyə oğlu Übeydullahın amanından daha yaxşıdır”.
Şimr bununla kifayətlənməyib İmam Hüseynin (ə) xeymələrinə tərəf gəlib Həzrət Əlinin (ə) Ümmul Bənindən olan övladları Abbası, Abdullahı, Cəfər və Osmanı (Allahın salamı onlara olsun) çağırıb dedi: “Sizin üçün Übeydullahdan amannamə almışam”. Onlar isə cavabında yekdilliklə dedilər: “Allah sənə və sənin amanına lənət etsin. Biz amanda olaq lakin Peyğəmbər qızının (s) oğlu amanda olmasınmı?!”

PEYĞƏMBƏR(S)İN NƏVƏSİ İLƏ DÖYÜŞ ELAN EDİLİR

Ammannamənin cavabı veriləndən sonra Ömər Sə`d bağıraraq dedi: “Ey Allahın qoşunu! Atlarınızı minin və sevinin ki, Cənnətə gedirsiniz! Əsr namazından sonra süvarilər döyüş üçün hərəkət etdilər.
Bu an İmam Hüseyn (ə) xeymənin qabağında oturub qılıncına dayanmış və mübarək başını dizinə qoymuşdu. Bu halda Həzrət Zeynəb (əs) ağlağan halda qardaşının yanına gəlib dedi: “Ay qardaş! Getdikcə yaxınlaşan hay-küyü eşitmirsən?!”
İmam Hüseyn (ə) başını qaldıraraq buyurdu: “Bacım! Allahın Peyğəmbər(s)ini indicə yuxuda gördüm, mənə buyurdu: “Sən yanımıza gəlirsən”.”
Bu sözü eşidən Həzrət Zeynəbin (s) ixtiyarsız naləsi ucaldı.
İmam (ə) buyurdu: “Ey bacı! Şivən qoparmağın yeri deyil, aram ol. Allah səni Öz rəhmətinə şamil etsin”. Bu əsnada Həzrət Abbas (ə) İmam Hüseynin (ə) yanına gəlib buyurdu: “Bu düşmən qoşunudur ki, xeymələrin yaxınlığına qədər gəliblər!”
İmam (ə) yerindən qalxıb buyurdu: “Ey Abbas! Canım sənə fəda olsun! Atını minib onlara tərəf yollan, soruş gör nə baş verib, bura niyə gəliblər?
Həzrət Əbülfəzl (ə) iyirmi nəfər atlı ilə birlikdə yaxınlaşmış düşmən qoşununa tərəf gəlib soruşdu: “Nə baş verib, sizə nə lazımdır?”
Dedilər: “Əmirin fərmanıdır ki, sizə elan edək ya onun hökmünü qəbul edəsiniz, ya da döyüşə hazır olun!”
Hz. Abbas (ə) dedi: “Burada gözləyin, yerinizdən də tərpənməyin. Sizin peyğamınızı İmam Hüseynə (ə) çatdırım”.
Onlar razılaşdılar. Həzrət Abbas (ə) İmam Hüseynin (ə) hüzuruna gedib macəranı Həzrətə danışdı.
İmam Hüseyn (ə) Həzrət Abbasdan (ə) imkan olarsa qarşı tərəfdən bu gecəni Pərvərdigarla razü - niyaz etmək üçün möhlət almasını istədi.

AŞURA GECƏSİNDƏ MÖVLA ƏBA ƏBDİLLAH(Ə)IN XÜTBƏSİ
Forwarded from Dar-ul-Quran
İmam Hüseyn (ə) qürub çağı səhabələrini yanına çağırdı.
İmam Səccad (ə) buyurur: Mən də xəstə halda atamın sözlərini eşitdiyim üçün onun hüzuruna getdim, atam səhabələrinə buyururdu:
“Allaha həmd səna edirəm ən gözəl həmd səna və Ona çətinliklərdə və rahatlıqda "Həmd" deyirəm. İlahi! Bizi nübuvvətlə (peyğəmbərliklə) kəramətli etdiyin üçün sənə şükür edirəm. Allahım, Quran elmini və dini anlamağı bizə kəramət buyurdun. Bizə eşidən qulaq, görən göz və agah qəlb əta etdin. Bizləri şükür edənlərdən qərar ver. Mən öz köməkçilərimdən və səhabələrimdən ən yaxşı və ən vəfalısını tanımıram. Öz ailəmdən daha itaətcil və daha qohumlarla əlaqəsi olan başqa bir ailə tanımıram. Allah, mənə köməy etdiyinizə görə sizə xeyir mükafat versin! Mən bilirəm ki, sabah bizim işimiz bunlarla döyüşlə bitəcək. Mən sizə icazə verir və bey'ətimi üzərinizdən götürürəm, yolu keçmək və təhlükəli məntəqədən uzaqlaşmaq üçün gecənin qaranlığından istifadə edin. Sizlərdən hər biriniz mənim ailəmdən birinin əlini tutub kənd və şəhərlərə parakəndə olun. Allah sizinlə Öz qəza və qədərini təyin etsin. Bu camaata mən lazımam və mənə əlləri çatdıqda sizinlə işləri olmayacaq”.
Bu xütbədən sonra İmam Hüseynin (ə) səhabələri hərəsi qalxıb özünə məxsus tərzdə İmam Hüseynə (ə) öz sədaqətini bildirdi.
İmam Səccad (ə) buyurur: Atam səhabələrinə buyurdu bey'ətimi sizdən götürdüm siz azadsınız, səhabələr fədakarlıqlarını və vəfadarlığını şəhadətin sərhəddinə qədər İmamın (ə) yanında möhkəm saxladılar. İmam (ə) onların haqqında dua edib buyurdu: “Başlarınızı qaldırın və məqamınızı görün! Səhabələr baxıb Cənnətdəki öz məqamlarını müşahidə etdilər və İmam (ə) onların uca məqamlarının hər birini onlara bir-bir göstərdi.

İMAM HÜSEYN (Ə) VƏ SƏHABƏLƏRİN MÜDAFİƏ TAKTİKASI

İmam (ə) əmr etdi ki, əshab ətrafda, ayaq altda olan tikanları, çör-çöp, çubuq və qamışları toplayıb xeymələrin kənarında qazılmış çalalara töksünlər. Düşmənin gecə xeymələrə arxadan hücum edə bilməsini nəzərə alan İmam (ə) xeymələrin müdafiəsi üçün əmr etdi ki, düşmən hücuma keçdiyi təqdirdə dərhal toplanmış çubuqlar və qamışlar yandırılsın.

DÜŞMƏN TƏRƏFDƏN OTUZ NƏFƏRLİK DƏSTƏ İMAM HÜSEYNƏ (Ə) QOŞULUR
Ömər Sə`din qoşunundan otuz nəfər Kufəli, Ömər Sə`də dedi: Nə üçün Peyğəmbər(s)in nəvəsi üç təklif irəli sürdü, lakin siz, heç birini qəbul etmədiniz?! Bu etirazdan sonra məntiqli cavab almayan Kufəlilər, Ömər Sə`din qoşunundan ayrılıb İmam Hüseynə (ə) qoşuldular.

Mənbə:
rizvan.az İslam Maarifi Jurnalı

#məhərrəm_ayi
#İmam_Huseyn
#kərbəla
#aşura
ƏRBƏİN ZİYARƏTNAMƏSİoxunuşu və tərcüməsi

Əssəlamu əla vəliyyil­lahi və həbibih, əssəlamu əla xəlilillahi və nəci­bih, əssəlamu əla səfiy­yil­lahi vəbni səfiyyih, əssə­lamu ələl Husəynil məzlu­miş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əş­hədu ənnəhu vəliyyukə vəb­nu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəra­mətik, əkrəmtəhu biş şə­ha­dəti və həbəvtəhu bis səa­dəh, vəc­tə­bəytəhu bitiybil viladəh, və cəəltəhu səyyi­dən minəs sadəti və qaidən minəl qadəti və zai­dən mi­nəz zadəh, və ətəytəhu məva­risəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə əzərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəs­tən­qi­zə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrət­hud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axi­rətəhu bis səmənil əvkəs, və təğətrəsə və tərədda fi həvah, və əsxə­təkə və əsxətə nəbiyyək, və ətaə min iba­di­kə əhləş şiqaqi vən ni­faq, və həmələtəl əvzaril mus­təvcibinən nar (lin nar), fəcahədəhum fikə sa­bi­rən muh­təsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əlla­hummə fələn­hum lənən vəbila, və əzzib­hum əzaən əlima, əssəlamu ələykə yəb­nə rəsulillah, əssə­lamu ələy­kə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminul­lahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə mun­ci­zun ma vəədəkə və muh­li­kun mən xə­zələkə və muəz­zi­bun mən qətə­lək, və əşhədu ənnəkə vəfəytə bi əhdil­la­hi və cahədtə fi səbi­lihi hətta ətakəl yəqin, fə ləə­nəl­lahu mən qətələk, və ləə­nəl­lahu mən zələməkə və ləənəl­lahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsu­lillah, əşhədu ənnəkə kun­tə nurən fil əslabiş şa­mi­xəti vəl ərhamil mutəh­hərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliy­yə­tu bi əncasiha, və ləm tul­biskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnə­kəl ima­mul bərrut təqiyyur rəziy­yuz zəkiyyul hadil məh­diyy, və əşhədu ənnəl əim­mətə min vuldikə kəli­mə­tut təqva və əlamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum mumi­nun və bi iyabikum muqinun bi şərayii dini və xəva­timi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi, və nusrəti ləkum muəddətun hət­ta yəzənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələy­kum və əla ərvahikum və əcsa­dikum (və əcsa­mi­kum) və şahi­dikum və ğaibikum, və zahiri­kum və batinikum aminə rəb­bəl aləmin.

#ərbəin
#imam_Huseyn
Virtual «Əl-Məhdi (əc)» Məscidi
ƏRBƏİN ZİYARƏTNAMƏSİ – oxunuşu və tərcüməsi Əssəlamu əla vəliyyil­lahi və həbibih, əssəlamu əla xəlilillahi və nəci­bih, əssəlamu əla səfiy­yil­lahi vəbni səfiyyih, əssə­lamu ələl Husəynil məzlu­miş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə…
TƏRCÜMƏSİ

Salam olsun Allahın nümayəndəsi və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq xüsusu səadət məqamına çatdırdın və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öndərlərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam. Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et! Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən! (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, səh. 1070)

#ərbəin_ziyarətnaməsi
#ərbəin
Allahın salamı olsun Həzrət Peyğəmbərə (s) və onun pak Əhli-Beytinə (ə).
Allahın salamı olsun siz dəyərli Əhli-beyt (ə) əzadarlarına.

Allahın lütfü və İmam Zamanın (əc) inayəti ilə avqustun 10-u
saat 17:00-da "Əl-Məhdi (əc)" İslam Maarif Mərkəzinin virtual məscidində onlayn olaraq, İmam Hüseyn əleyhissəlamın əziz qızı Xanım Rüqəyyənin (əs) şəhadəti münasibətilə əza məclisi keçiriləcək.

Məclis, yalnız xanımlara məxsusdur.
Qeyd olunan zamanda, virtual məsciddə canlı yayım açılacaq və siz dəyərli izləyicilər teleqram tətbiqi vasitəsilə canlı yayıma qoşula bilərsiz.

Hər birinizə bərəkətli ömür arzu edirik.

Virtual Məscidə aşağıdakı linkdən qoşula bilərsiz:
⤵️⤵️⤵️
https://t.me/virtual_mosque
CANLI YAYIMDA - ƏRBƏİN MƏCLİSİ
----
Instagram və telegramda

Instagram.com/almahdi_vm

T.me/virtual_mosque
Live stream finished (53 minutes)