Virtual «Əl-Məhdi (əc)» Məscidi
923 subscribers
988 photos
89 videos
3 files
331 links
Virtual «Əl-Məhdi (əc)» Məscidi «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmişdir.
Download Telegram
HƏZRƏT İMAM CAVAD(Ə.S)DAN GÖZƏL BİR HƏDİS

Bağışlayan və mehriban Allahın adı ilə

Mömin insanın malik olması gərəkən üç xüsusiyyət

İmam Cavad (ə) buyurur: Mömin üç xüsusiyyətə malik olmalıdır:
1. Allah-Təalaya təvəkkül etməli
2.Daxilində olan ağıl və vicdan agahlığına önəm verməli
3. Ona nəsihət verənin xeyirli məsləhətini qəbul etməlidir.

قال امام جواد علیه السلام: اَلمُؤمِنُ یَحتاجُ إلی ثَلاثِ خِصالٍ: تَوفیقٍ مِنَ اللهِ، وَ واعِظٍ مِن نَفسِهِ وَ قَبُولٍ مِمَّن یَنصَحُه.تحف العقول، ص 457

"Allah-təalanın tofiqini qazanmaq"
"Tofiq" məqsədə yetişmək üçün, bütün səbəblər, amillər və istəkləri təmin etmək bir-birinə uyğunlaşdırb əlaqələndirildikdə əldə edilir. Tofiqin bünövrəsi yalnız Allah-Təala tərəfindən qoyulur.
İlahi peyğəmbər (s)-lər Allah-Təala tərəfindən onlara verilən missianı, yəni bəşəri hidayətə qovuşdurmaları üçün onları seçməsi, İlahi tofiqə nail olmalarını vurğulamışlar. Bu səbəbdən dolayı, insan İlahi tofiqə və səbəblərin hazır olmasında yalnız Allah-Təalaya pənah aparmalı və ona təvəkkül edib, etimad bəsləməlidir, çünki bütün amillər onun iradəsiylə gerçəkləşir.
"Daxildə olan ağıl və vicdan agahlığı"
Ağıl və vicdan, insana yol göstərən batini bir çıraq olduğundan dolayı, yaxşılıqları və doğruluğu ona nişan verir və əgər xoşagəlməz işlər görsə onu məzəmmət edər. Rəvayətlərdə buyurulur: Batini vəkil və agahlığı olmayan şəxs, başqalarının nəsihətinə çox fikir verməz. Batini agahlığın oyanması və vicdanın aktivləşməsi insanın islah olmasında və onun günah etməsinin qarşısını almasında böyük rol oynayır.
"Xeyirli məsləhəti qəbul etmək"
Məsləhət bu hədisdəki üçüncü tələbdir. Təvazökarlıq budur ki, bir kəs sizi xeyirxahlıq üzündən nəsihət edib qınayarsa, onun xeyirli məsləhətlərini qəbul edəsiniz. Məlumatlandırıcı məsləhətlərə və şəfqətli xəbərdarlıqları qəbul etmək, müdrikliyin və düşüncəli insanların əlamətidir. İşlərində müvəffəq olmağı bacaran kəslər, vicdan işığını batinində nurlu saxlayan, başqalarının xeyirli məsləhətlərinə qulaq asıb və qəbul edən kəslərdir.


İmam Cavad (ə)-ın şəhadəti münasibəti ilə həzrət İmam Zamana (əc) və bütün müsəlmanlara başsağlığı veririk.

Mənbə: "Biharul-Ənvar", Cild.75, Səh.358
Rizvan.az saytına istinadən
1 ZİLHİCCƏ HƏZRƏT ƏLİ (ə) VƏ XANIM ZƏHRANIN (sə) İZDİVAC GÜNÜDÜR. BU MÜNASİBƏTLƏ HƏR BİRİNİZİ TƏBRİK EDİRİK
🌹🌹🌹🌹🌹
almahdi.az - rizvan.az
TƏQVİM
2024 - İYUN - İYUL
1445 - ZİLHİCCƏ

almahdi.az
rizvan.az
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum
16 iyun 2024-cü il, ərəfə gününə təsadüf edir. Bu gün İmam Hüseyn əleyhissəlamın ərəfə duasını oxumaq bizlərə sifariş olunur. Allah ibadət və dualarınızı qəbul eləsin. Hər birinizə iltimasi dua deyir və "ƏlMəhdi (əc)" İslam Maarif Mərkəzinin daha yüksək səviyyədə xidmət göstərə bilməsi üçün dualarınızı əsirgəməmənizi rica edirik.
Əziz möminlər və dəyərli həmvətənlər, Qurbanlarınız qəbul və bayramınız mübarək olsun!
___
www.almahdi.az - www.rizvan.az
Allahummə inna nəsəlukə bihəqqi hazəl eyd, əccil fi fərəci məvlanə Sahibi əsri və zəman, və cə-əlna min ə'vanihi və ənsarihi vəl mustəşhədinə bəynə yədəyhi.
Aminə ya Rabbəl aləmin
🌹🌹🌹🌹
QURBAN BAYRAMINIZ MÜBARƏK
___
almahdi.az - rizvan.az
Forwarded from Dar-ul-Quran
QƏDİR XUM

Əziz İslam Peyğəmbərimiz (s) son həcc mərasimində olarkən Cəbrayıl (ə) O həzrətə (s) nazil oldu və həzrət İmam Əlini (ə) öz canişinliyinə təyin etməsi barədə Allah-taalanın əmrini Ona çatdırdı.

Allah-taala Qurani-Kərimdə İslam peyğəmbərinə (s) xitab edərək buyurur:

یا ایها الرسول بلغ ما انزل الیک من ربک وان لم تفعل فما بلغت رسالته والله یعصمک من الناس ان الله لا یهدی القوم الکافرین.

"Ey peyğəmbər! Rəbbinin tərəfindən sənə nazil olanı camaata çatdır. Əgər bu işi yerinə yetirməsən, onun risalətini yerinə yetirməmisən. Allah səni camaatın (şərrindən) qoruyub saxlayar. Və Allah heç vaxt (inadkar) kafir qövmü hidayət etməz."
(Maidə,67)


Həmçinin, buyurur:

الیوم یءس الذین کفروا من دینکم فلا تخشوهم واخشونی الیوم اکملت لکم دینکم واتممت علیکم نعمتی ورضیت لکم الاسلام دینا.

"Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim". (Maidə, 3.)


Lakin İslam peyğəmbəri (s) bu məsələnin onun bir qurup səhabəsi tərəfindən qəbul edilməsinin ağır olduğunu bilib, bu məsələni digər bir münasib vaxtda camaata elan etməsini qərara aldı.
Allah-taala "Təbliğ" (indiki "Maidə"/67) ayəsini nazil etməklə təkid etdi ki, əgər Peyğəmbər (s) bu məsələni indi camaata elan etməsə, həqiqətəndə öz ilahi peyğəmbərlik vəzifəsini yerinə yetirməmişdir.
Həmçinin, həzrət peyğəmbərə (s) ürək-dirək verərək onu qarşıya çıxa biləcək hər bir təhlükədən qoruyacağını vəd etdi.
Odur ki, İslam peyğəmbəri (s) həccdən qayıdarkən hacıların ayrılıb öz vətənlərinə tərəf üz tutduğu "Qədir-xum" adlı bir məkanda dayanıb dəstədən qabağa düşənlərin geri qayıtması, dəstədən geri qalanların isə özlərini onlara çatmasını əmr etdi. Sonra dəvələrin palanlarını toplayıb üst-üstə yığaraq minbər düzəltdilər və İslam peyğəmbəri (s) həmin minbərə çıxaraq geniş bir xütbə oxudu.

Həzrət peyğəmbər (s) "Qədir Xum" xütbəsinbə buyurdu:

وانی مخلف فیکم ما ان تمسکتم بهما لن تضلوا: کتب الله وعترتی اهل بیتی وان اللطیف الخبیر اخبیر اخبرنی انهما لن یفترقا حتی یردا علی الحوض.

"Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram. Əgər onlara itaət etsəniz, heç vaxt yolunuzu azmazsınız. (Onlar) Allahın kitabı və mənim Əhli-beytimdir."
Xəbir (xəbərdar) və lətif olan Allah mənə xəbər vermişdir ki, onlar (Kövsər) hovuzun kənarında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqlar.
Sonra buyurdu:

اللهم هل بلغت؟

"İlahi, görəsən, (öhdəmə qoyulan risaləti) çatdırdımmı?"
Daha sonar əlavə etdi:

الست اولی بکم من انفسکم؟

"(Ey camaat)! Mən sizin üçün özünüzdən daha üstün deyiləmmi?"
Onlar cavab verdilər: "Bəli."
Peyğəmbər (s) buyurdu:

من کنت مولاه فهذا علی مولاه، اللهم وال من والاه وعاد من عاداه وانصر من نصره واخذل من خذله.

"Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşməçilik edənlə düşmən ol! İlahi! Ona kömək edənə kömək ol və ona öz köməyini əsirgəyəni zəlil et!"
Sonra bu məsələni xalqa çatdırdığı barədə səhabələrdən şahidlik və etiraf alaraq buyurdu:

اللهم اشهد علیهم.

"İlahi! Sən özün olanlara şahid ol!"
("Təfsiri-Əbül-Fütuh Razi", 7/62-68)
Beləliklə də, İslam dininin əziz peyğəmbəri (s) ilahi fərmana əsasən Əli ibni Əbu-Talibi (ə) özündən sonra fasiləsiz olaraq canişin təyin etmişdir. Sonra səhabələrdən Əli ibn Əbu-Taliblə (ə) özlərinin gələcək rəhbəri kimi beyət etmələri barədə fərman vermişdir.

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi adından, qarşıda gələn Qədir-Xum bayramı münasibəti ilə, bütün müsəlman bacı və qardaşları təbrik edir, ələlxüsus "Dar-ul-Quran" kanalımızın izləyiciləri üçün Uca Allahdan xeyir bərkət diləyirik və arzu edrik ki, Allah bizləri və sizləri Qurani-Kərimdən və Əhli-Beytdən (ə) ayrı salmasın. Amin!

Mənbə: rizvan.az İslam Maarifi Jurnalı
Hazıirladı: Elçin Səfaquliyev


#Qədir_xum
#Qədirxum
Virtual «Əl-Məhdi (əc)» Məscidi
Audio
Qədir-xum xütbəsindən bir parça - (birinci hissə)
🌹🌹🌹🌹🌹
QƏDİR-XUM BAYRAMINIZ MÜBARƏK OLSUN
----
almahdi.az -- rizvan.az
Əlhəmdulillahil ləzi cə-ələna minəl mutəməssikinə bivilayəti əmiril muminin
--
Bizləri möminlərin əmiri İmam Əli əleyhissəlamın vilayəti ətrafında toplayan Allaha həmd olsun
🌹🌹🌹
25 iyun - 18 zilhiccə

QƏDİR-XUM BAYRAMINIZ MÜBARƏK OLSUN
--------
almahdi.az -- rizvan.az
Virtual «Əl-Məhdi (əc)» Məscidi
Audio
Qədir-xum xütbəsindən bir parça - (ikinci hissə)
🌹🌹🌹🌹🌹
QƏDİR-XUM BAYRAMINIZ MÜBARƏK OLSUN
----
almahdi.az -- rizvan.az
Media is too big
VIEW IN TELEGRAM
Turanə Allahverdi
Mahi Muhərrəm gəldi.
t.me/audio_maarif_2016
____
www.almahdi.az
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏRKƏZİ
Forwarded from Dar-ul-Quran
MƏHƏRRƏM AYININ BİRİNCİ GÜNÜ KƏRBƏLADA BAŞ VERMİŞ HADİSƏLƏR

Məhərrəm ayının ilk günü, Əhli-beytin (ə) qəmli günlərinin başlandığı gündür. Həmin gün bütün Peyğəmbərlər (ə), mələklər, Əhli-beyti (ə) sevənlər və ardıcılları qəmgin və əzalı olur.

Hədisdə buyurulub: Hər il Məhərrəm ayının ilk günündən aşura gününədək şəhidlər ağası imam Hüseynin (ə) parça-parça olmuş köynəyini Allahın ərşindən asırlar və bütün aləmi qəm bürüyür. (Xəsaisüs-zeynəbiyyə)

İmam Hüseyn (ə) Kərbəla torpağına Məhərrəm ayının ikisi cümə axşamı günü çatır. Əbi İshaq Əsfərayənin məqtəlində yazılıb: İmam (ə) səhabələri ilə yol gedirdilər ki, bir məntəqəyə çatdılar. Orada bir dəstə yaşayan insanlardan bu məntəqənin adını soruşdu və onlar “Şəttun Fərat” deyə cavab verdilər. O həzrət buyurdu: bu addan başqa adı da varmı?
Cavab verdilər: “Kərbəla”dır.
Sonra İmam (ə) ağlayaraq buyurdu: Allaha and olsun ki, bu torpaq “Kərb” və “Bəla” torpağıdır. Sonra belə buyurdu: bu yerin torpağından mənə bir ovuc verin. Sonra torpağı alıb qoxladı və yaxasından bir qədər torpaq çıxararaq buyurdu: bu həmin torpaqdır ki, cənab Cəbrail (ə) Allah tərəfindən cəddim Rəsulullah (s) üçün gətirərək deyib ki, bu torpaq Hüseynin (ə) torpağındandır, sonra o torpağı yığaraq buyurdu: hər iki torpağın eyni ətri var.
Seyid ibn Tavus deyib: İmam (ə) Kərbəla torpağına yetişəndə soruşdu: bu yerin adı nədir? Dedilər: “Kərbəla”.
Buyurdu miniklərinizdən enin! Bu məkan bizim qalacağımız, qanımızın töküləcəyi və qəbirlərimizin yeridir.
Sonra İmam (ə) və səhabələri orada məskunlaşaraq öz yüklərini orada endirdi. Hürr ibn Yezid Riyahi də öz qoşunu ilə İmama (ə) qarşı onun müqabilində düşərgə saldı. Amma buna baxmayaraq Aşura günü Hürr ibn Yezid Riyahi tövbə edərək imam Hüseynin (ə) tərəfinə keçir

Mənbə: rizvan.az İslam Maarifi Jurnalı

#məhərrəm_ayi
#İmam_Huseyn
#kərbəla
#aşura
Forwarded from Dar-ul-Quran
MƏHƏRRƏM AYININ İKİNCİ GÜNÜ KƏRBƏLADA BAŞ VERMİŞ HADİSƏLƏR

Tarixi mənbələrə əsasən bu gün Hürr ibn Yezid Riyahi, Ubeydullah ibn Ziyada bir məktub yazaraq onu İmamın (ə) Kərbəlaya girişindən xəbərdar etdi.

İMAM HÜSEYNİN (Ə) DUASI
İmam Hüseyn (ə) öz əhli-beytini, övlad və qardaşlarını toplayıb onlara bir nəzər salaraq ağladı və belə dedi: İlahi! Biz sənin peyğəmbərin olan Məhəmmədin (s) ailəsiyik. Bizi cəddimizin hərəmindən qovdular və Bəni Üməyyə bizə cəfa etdi. İlahi! Bizim haqqımızı zalımlardan al və bizləri ədalətsizlərə qalib et. Ümmi Gülsüm İmama (ə) dedi: bu vadidə qəribə hiss keçirir və qorxulu qüssə qəlbimə kölgə salıbdır. İmam Hüseyn (ə) bacısına təsəlli verdi.

İmam Hüseynin (ə) sözləri

İmam (ə) Kərbəla çölünə daxil olandan sonra öz səhabələrinə buyurdu: “İnsanlar dünyanın quludur və dini yalnız dillərində dadlı bir şey kimi saxlıyarlar, onun dadını dillərindən gedənə qədər saxlayar, eləki imtahan gəlir dindarlar azalır”.

Mənbə: rizvan.az İslam Maarifi Jurnalı

#məhərrəm_ayi
#İmam_Huseyn
#kərbəla
#aşura
Forwarded from Dar-ul-Quran
İMAM HÜSEYNİN (Ə) KUFƏ ƏHLİNƏ MƏKTUBU

İmam (ə) kağız və mürəkkəb istədi. Öz nəzərlərində möhkəm qaldığını sanan Kufə böyüklərindən bir neçəsinə bu məktubu yazdı.

Bismillahir-Rəhmanir-Rəhim
Hüseyn ibn Əlidən (ə) Süleyman ibn Surəd, Müsəyyib ibn Nəcbə, Rəfaət ibn Şədad, abdullah ibn Val və bir dəstə möminlərə: siz bilirsiniz ki, Allahın Rəsulu (s) həyatda olarkən buyurmuşdur: hər kim Allahın haramını halal edən, öz əhdini sındıran, mənim qanunlarımla zidd olan, Allah bəndələri ilə zülmkarlıqla rəftar edən zalım bir şahı görüb dili yaxud əməli ilə etiraz etməzsə layiqdir ki, Allah o ədalətsiz şaha hazırladığı əzabı onun üçün də hazırlasın. Həmçinin siz bilirsiniz və bu dəstə (Bəni Üməyyə) tanıyırsınız ki, Şeytana itaət etmiş və Allahın itaətindən çıxmışlar. Fəsadı aşkar, Allahın hədlərini unutmuş, qənimətləri özlərinə aid etmiş və Allahın halalını haram, haramını isə halal etmişdir. Sizin məktublarınız mənə çatdı və elçiləriniz yanıma gələrək dedilər ki, siz mənimlə beyət etmisiniz. Məni heç vaxt mübarizə meydanında tək qoymaz və məni düşmənə təslim etməzsiniz. Əgər öz əhdi-peymanınızda möhkəm durmusunuzsa hansı ki, savab yolu da elə budur, mən sizinləyəm, ailəm ailənizlədir. Mən də, sizin öndəriniz olacam. Əgər belə etməsəniz və əhdinizdə möhkəm olmasanız mənim beyətimi öz üzərinizdən götürmüsünüz. Öz canıma and olsun ki, təəccüb etmərəm necə ki, atam, qardaşım və əmim oğlu Müslüm ilə rəftarınızı görmüşəm. Sizlərə ancaq naşı insanlar aldanar. Siz mənimlə yoldaşlıq etmək fürsətini əldən vermisiniz. Kim əhd-peymanını sındırsa ziyanını görəcək və Allah məni tezliklə sizdən ehtiyacsız edəcək. Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə.


İmam Hüseyn (ə) məktubu bağlayıb möhürləyərək Qeys ibn Müshər Siydaviyə verdi və Kufəyə göndərdi. İmam Hüseyn (ə) Qeysin şəhadət xəbərini eşidəndə ağlayaraq göz yaşı üzünə axdı və buyurdu: İlahi! Bizim və şiələrimiz üçün öz yanında uca məqam qərar ver, bizi onlarla öz rəhmətinin yanında qərar ver ki, Sən hər bir işi görməyə qadirsən.
Sonra İmam (ə) Allaha həmd və səna edib Məhəmməd və Məhəmməd ailəsinə salam göndərdi və xütbə oxudu.
Forwarded from Dar-ul-Quran
İMAM HÜSEYNİN (Ə) SƏHABƏLƏRİNİN SÖZLƏRİ

İmam Hüseynin (ə) xütbəsindən sonra, Züheyr ayağa qalxıb dedi: Ey Peyğəmbərin (s) oğlu! Sənin sözlərini eşitdik, əgər bizim dünyamız həmişəlik və biz də, o dünyada əbədi olsaydıq səninlə qiyam etməyi və sənin yanında şəhid olmağı dünyada qalmaqdan üstün tutar və müqəddəm edərdik.
Sonra Bureyr ibn Xüzeyr ayağa qalxaraq dedi: Ey Allah rəsulunun oğlu! Allah sənin vasitənlə bizə minnət qoyub ki, biz sənin yanında cihad edək və bədənlərimiz tikə-tikə olsun ki, böyük cəddin Allahın Rəsulu (s) bizə Qiyamət günü şəfaət etsin. sonra bir-bir başqa səhabələr ayağa qalxaraq öz sadiqliyini imam Hüseynə (ə) sözləri ilə bildirirdilər.

ÜBEYDULLAHIN İMAM HÜSEYNƏ (Ə) MƏKTUBU
Məhərrəm ayının ikisində baş verən mühüm hadisələrdən biri də, Übeydullahın imam Hüseynə (ə) yazdığı məktubudur.O, imam Hüseynin (ə) Kərbəlaya girişindən xəbərdar olandan sonra həzrətə bir məktub yazdı ki, o məktubda İmamı (ə) Yezidə beyət etməyə çağırmış əks təqdirdə həzrəti şəhid edəcəyini bildirmişdi. Məktub imam Hüseynə (ə) çatanda həzrət məktubu oxuyub yerə ataraq buyurdu: məxluqun razılığını Xaliqin qəzəbi müqabilində satın alan dəstə nicat tapmaz.
Übeydullahın göndərdiyi elçi həzrətdən məktubun cavabını soruşduqda İmam (ə) cavab verir: bu məktubun cavabı yoxdur. Çünki, Übeydullaha Allahın əzabı lazım və sabitdir.
Qasid, Hüseynin (ə) cavabını Übeydullaha çatdırdı. O qəzəbli halda Ömər ibn Sədə baxaraq onu imam Hüseynlə (ə) döyüşməyə əmr etdi. Ömər Səd Rey şəhərinin valisi olması üçün dəridən-qabıqdan çıxmasına baxmayaraq imam Hüseynlə (ə) döyüşməkdən imtina etmək istədi. Lakin Übeydullah ona döyüşmədiyi təqdirdə Rey şəhərini görməyəcəyini bildirdi.
Ömər Sə`d Übeydullahdan düşünmək üçün bir gecə möhlət istədi.
Sonra bir neçə nəfərlə məsləhətləşdi. Hamı onu Hüseyn ibn Əli (ə) ilə vuruşmaqdan çəkinməyi məsləhət gördü. O da, inşallah döyüşməyəcəyini bildirdi. Lakin Übeydullahın təkidlərindən sonra imam Hüseyn (ə) ilə döyüşməyi üstün tutdu.