Virtual «Əl-Məhdi (əc)» Məscidi
923 subscribers
988 photos
89 videos
3 files
331 links
Virtual «Əl-Məhdi (əc)» Məscidi «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmişdir.
Download Telegram
MÜBARƏK RAMAZAN AYININ 27-Cİ GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 28-Cİ GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 29-CU GÜNÜNÜN DUASI
Forwarded from Dar-ul-Quran
AYƏTUL-KURSİ NEÇƏ AYƏDƏN İBARƏTDİR?

Şiə təfsirçilərinin nəzərinə əsasən Ayətul-Kursi yalnız Bəqərə surəsinin 255-ci ayəsidir¹

Təfsirul Mizan kitabının müəllifi, Seyid Muhəmməd Hüseyn Tehrani, Əllamə Təbətəbai də Ayətul-Kursi-ni Bəqərə surəsinin 255-ci ayəsindən hesab edərək əliyyul əzim kəlməsində bu ayənin bitdiyini buyurur.

Şiənin görkəmli müasir alimlərindən olan Ayətullah Məkarim Şirazi
Ayətul-Kursinin bir ayə olduğuna dair altı arqument gətirir:
1. Bu ayənin fəzilətindən danışan bütün hədislər yalnız bu ayəni Ayətul-Kursi adlandırıb.
2. Kursi kəlməsi yalnız bu ayədə qeyd olunub.
3. Bəzi hədislərdə gəlib ki, Ayətul-Kursi 50 kəlmədən ibarətdir və Bəqərə surəsinin 255-ci ayəsində olan kəlmələrin də sayı 50-dir.
3. Baxmayaraq bəzi hədislərdə Ayətul-Kursi-dən sonra ondan sonrakı iki ayəni oxumaq tövsiyyə olunsa da həmin iki ayə Ayətul-Kursi ünvanı ilə qeyd olunmayıb.
4. Bu hədislər şiələr arasında məşhur olduğundan həmin iki ayəni bir çoxu Ayətul-Kursi-dən hesab etmişlər.
5. Bəqərə surəsinin 256-257-ci ayələrini Ayətul-Kursi-dən hesab edənlərin dəlilləri budur ki, sonrakı iki ayə Ayətul-Kursi ayəsi ilə məzmun baxımdan çox yaxındırlar.
6. Seyid Muhəmməd Kazim Təbətəbai Yəzdi, Ürvətul-Vusqa kitabında “vəhşət namazı” namazı üçün 257-ayəyə qədər oxumağı ehtiyata uyğun hesab etmişdir.²


Beləliklə nəticə alırıq ki, Ayətul-Kursi, bir ayədir və Bəqərə surəsinin 255-ci ayəsidir. Çünki heç yerdə 256 və 257 – ci ayələr Ayətul-Kursi olaraq qeyd olunmamışdır və əgər sözü gedən ayələri oxumaq tövsiyə olunsa da Ayətul-Kursi adı verilməmişdir.

Bundan əlavə bütün hədislərdə Ayaatul-Kursi (kursi ayələri cəmdə) yox, Ayətul-Kursi (kursi ayəsi təkdə) gəlmişdir. Lakin müstəhəb namazlarda və məxsusən də vəhşət namazında 255, 256 və 257-ci ayəni savab qəsdi ilə oxumağın da eybi yoxdur.

Mənbə: rizvan.az İslam Maarifi Jurnalı
Hazırladı: Rəsul Mahmudzadə

__
1. Tusi, əl-Əmali, c2, s278
2. Nümunə təfsiri, Ayətul-Kursi ayəsinin təfsiri

#ayətul_kursi
#kursi_ayəsi
Media is too big
VIEW IN TELEGRAM
25 Şəvval, İmam Sadiq Əleyhissalamın şəhadət gününün ildönümüdür.
Başda İmam Zaman əc olmaqla hər birinizə başsağlığı verir, Allahdan hər birinizə axirətdə o həzrətin şəfaətini diləyirik.
----
almahdi.az -- rizvan.az
TƏQVİM - 1445-Cİ HİCRİ QƏMƏRİ İLİNİN ZİLQƏDƏ AYI
--
almahdi.az

rizvan.az
Xanım Fatimeyi Məsumənin (sə) mübarək mövludu münasibətilə hamınızı təbrik edirik
🌹🌹🌹🌹🌹