Virtual «Əl-Məhdi (əc)» Məscidi
923 subscribers
988 photos
89 videos
3 files
331 links
Virtual «Əl-Məhdi (əc)» Məscidi «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmişdir.
Download Telegram
MÜBARƏK RAMAZAN AYININ 17-Cİ GÜNÜNÜN DUASI
Mübarək Ramazan ayının 19-cu günü yetimlər atası Həzrət Əli əleyhissəlamın zərbə aldığı gündür.

Bu münasibətlə bütün möminlərə başsağlığı veririk.
🥀🥀🥀🥀🥀
almahdi.az -- rizvan.az
MÜBARƏK RAMAZAN AYININ 18-Cİ GÜNÜNÜN DUASI
Mərhəmətli və Rəhman Allahın adı ilə
قال رسول الله (ص): مَن أَحیَی لَیلَةَ القَدرِ حُوِّلَ عَنهُ العَذابُ إلَی السَّنَةِ القابِلَةِ
Allah Rəsulu (s): Hər kəs qədr gecəsini əhya saxlayarsa gələn ilə qədər əzabdan amanda olacaq. (İqbalul-Əmal, C1, s345)

Allahın salamı həzrət Muhəmməd Peyğəmbərə (s) və Əhli-Beytinə olsun.
Hörmətli tələbələr və dəyərli Allah bəndələri, salam.
Mübarək Qədr gecələrini yaşadığımız üçün və bu il də Allah bu əhya saxlamaq nemətini bizə lütf etdiyinə görə Ona sonsuz həmd səna olsun deyir və bu nemətin şükrünü yerinə yetirməyimiz üçün Uca Allahdan imdad diləyirik.
Bunu nəzərə alaraq “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzi öz dəyərli tələbələri ilə birlikdə Əhya saxlamağı nəzərdə tutmuş və yalnız xanım tələbələr üçün Qədr gecəsində əhya saxlamağı qərara almışdır.
Tədbir saat 23:00-da başlayacaq və gecə saat 03:00-a qədər davam edəcək.
İlk olaraq Quran oxunuşu ilə başlayan tədbirin gedişatında moizə və sonra Cövşəni Kəbir duasının bir hissəsi qiraət olunacaq. Daha sonra Qədr gecəsinin əməlləri başlayacaq. Qeyd edək ki, tədbirin ortasında fasilə də olacaq.


Tədbir virtual olacaq və “Əl-Məhdi (əc)” İMM-nin Qədr gecəsi qrupunda keçiriləcək. Həmin qrupa BURADAN və ya aşağıdakı linkdən daxil ola bilərsiniz.
⤵️⤵️⤵️
https://t.me/+p5WFLt0vjq0yNzM0

Qeyd edək ki, tədbir “Əl-Məhdi (əc)” İMM Quran müəlliməsi hörmətli Aynurə Ağayevanın müdiriyyəti ilə icra olunacaq və mərkəzin ustadlarından biri moizə edəcək.

Allahdan bu mənəvi gecədə hər birinizə iltimasi dua deyir və İmam Zamanın (əc) zühuru və məzlumların nicatı üçün dua etməyinizi rica edirik.
MÜBARƏK RAMAZAN AYININ 19-CU GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 20-Cİ GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 21-Cİ GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 22-Cİ GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 23-CÜ GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 24-CÜ GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 25-Cİ GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 26-CI GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 27-Cİ GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 28-Cİ GÜNÜNÜN DUASI
MÜBARƏK RAMAZAN AYININ 29-CU GÜNÜNÜN DUASI
Forwarded from Dar-ul-Quran
AYƏTUL-KURSİ NEÇƏ AYƏDƏN İBARƏTDİR?

Şiə təfsirçilərinin nəzərinə əsasən Ayətul-Kursi yalnız Bəqərə surəsinin 255-ci ayəsidir¹

Təfsirul Mizan kitabının müəllifi, Seyid Muhəmməd Hüseyn Tehrani, Əllamə Təbətəbai də Ayətul-Kursi-ni Bəqərə surəsinin 255-ci ayəsindən hesab edərək əliyyul əzim kəlməsində bu ayənin bitdiyini buyurur.

Şiənin görkəmli müasir alimlərindən olan Ayətullah Məkarim Şirazi
Ayətul-Kursinin bir ayə olduğuna dair altı arqument gətirir:
1. Bu ayənin fəzilətindən danışan bütün hədislər yalnız bu ayəni Ayətul-Kursi adlandırıb.
2. Kursi kəlməsi yalnız bu ayədə qeyd olunub.
3. Bəzi hədislərdə gəlib ki, Ayətul-Kursi 50 kəlmədən ibarətdir və Bəqərə surəsinin 255-ci ayəsində olan kəlmələrin də sayı 50-dir.
3. Baxmayaraq bəzi hədislərdə Ayətul-Kursi-dən sonra ondan sonrakı iki ayəni oxumaq tövsiyyə olunsa da həmin iki ayə Ayətul-Kursi ünvanı ilə qeyd olunmayıb.
4. Bu hədislər şiələr arasında məşhur olduğundan həmin iki ayəni bir çoxu Ayətul-Kursi-dən hesab etmişlər.
5. Bəqərə surəsinin 256-257-ci ayələrini Ayətul-Kursi-dən hesab edənlərin dəlilləri budur ki, sonrakı iki ayə Ayətul-Kursi ayəsi ilə məzmun baxımdan çox yaxındırlar.
6. Seyid Muhəmməd Kazim Təbətəbai Yəzdi, Ürvətul-Vusqa kitabında “vəhşət namazı” namazı üçün 257-ayəyə qədər oxumağı ehtiyata uyğun hesab etmişdir.²


Beləliklə nəticə alırıq ki, Ayətul-Kursi, bir ayədir və Bəqərə surəsinin 255-ci ayəsidir. Çünki heç yerdə 256 və 257 – ci ayələr Ayətul-Kursi olaraq qeyd olunmamışdır və əgər sözü gedən ayələri oxumaq tövsiyə olunsa da Ayətul-Kursi adı verilməmişdir.

Bundan əlavə bütün hədislərdə Ayaatul-Kursi (kursi ayələri cəmdə) yox, Ayətul-Kursi (kursi ayəsi təkdə) gəlmişdir. Lakin müstəhəb namazlarda və məxsusən də vəhşət namazında 255, 256 və 257-ci ayəni savab qəsdi ilə oxumağın da eybi yoxdur.

Mənbə: rizvan.az İslam Maarifi Jurnalı
Hazırladı: Rəsul Mahmudzadə

__
1. Tusi, əl-Əmali, c2, s278
2. Nümunə təfsiri, Ayətul-Kursi ayəsinin təfsiri

#ayətul_kursi
#kursi_ayəsi
Media is too big
VIEW IN TELEGRAM
25 Şəvval, İmam Sadiq Əleyhissalamın şəhadət gününün ildönümüdür.
Başda İmam Zaman əc olmaqla hər birinizə başsağlığı verir, Allahdan hər birinizə axirətdə o həzrətin şəfaətini diləyirik.
----
almahdi.az -- rizvan.az