Azərbaycan Universitetləri
30.6K subscribers
4.06K photos
793 videos
5 files
270 links
Ölkənin İLK, ƏN BÖYÜK və ƏSAS təhsil səhifəsi!
Müəllif hüquqları qorunur! ©
#eduaz #azerbaycanuniversitetleri
Kanalda reklam: 055 814 10 81 (wp)
Download Telegram
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Natiq Abdullayev yol qəzasında dünyasını dəyişib.

Allah rəhmət eləsin!
📣Təhsil tələbə kreditinin (TTK)
1️⃣sosial ,
2️⃣standart növləri mövcuddur.

⬇️ təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:

- Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- 3-cü dərəcə əlilliyi olanlar;

Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:

- 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
- İşsiz kimi qeydiyyatda olanlar;
- Yaşa görə əmək pensiyası alanlar;
- Yaşa görə sosial müavinət alanlar.

Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər:

- Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar;
- Digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
- İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.

📌Təhsil krediti hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir. 📌TTK üçün girov və zaminlik tələb olunmur.

Kreditlər təhsil müəssisələrinə köçürüləcək.

Təhsil tələbə kreditləri sığortalanır.

TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var.

TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:
- yuxarı təhsil səviyyəsində əyani təhsil;
- həqiqi hərbi xidmət;
- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
- işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.

TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.
YOLUXMA kəskin artdı
SON DƏQİQƏ❗️
😷750 yeni yoluxma,
💉134 nəfər sağalıb,
⚰️3 nəfər vəfat edib
Bu ilin ilk 6 ayında 500-ə yaxın şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri Təhsil Nazirliyi tərəfindən işlə təmin olunub.
📝 Dünyanı dəyişən 11 tənlik
@imuellim
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub. Nəticələrlə tanış olmaq üçün iş nömrənizi 7727-ə göndərə bilərsiniz.
Nəticələr elan olunar olunmaz Salyan şəhər, Yusif Qasımov adına 4 nömrəli tam orta məktəbin şagirdi, 3 qat respublika fənn olimpiyadasının qalibi, qızıl nişanlı Əflan Bədəlov buraxılış imtahanında 291 balla rayon birincisi olmuşdur.
Az əvvəl elan olunan nəticələrə əsasən blok imtahanında 400 bal toplayaraq ümumilikdə 691 bal nəticə göstərib.

Təbrik edirik!
III qrup üzrə ölkə lideri - Fuad Quliyev - 680 bal

Sumqayıt şəhər, 21 saylı orta məktəbin məzunu!

Təbriklər!
Təhsil Nazirliyi: "MİQ imtahanlarında ümumilikdə 5 sualda uyğunsuzluq aşkarlanıb. Bu səbəbdən 6000 namizədə ballar əlavə olunub".
📌Onun yaşadığı evə hələdə qaz xətti çəkilməyib.
Odun sobasında qızınaraq 579.4 bal toplayan Lerik rayonu Bülüdül kəndi Nazim Ağayev adına 17 nömrəli məktəbin şagirdi,
Riyaziyyat fənnindən bölgə ikincisi Sahib Xosrovov!

Belə gənclərlə fəxr edirik!
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Azərbaycan Milli Konservatoriyası (AMK) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu il UFAZ-dan məzun olan Aysu Məcidli Fransa, Belçika, Almaniya, Portuqaliya, İrlandiya, İtaliya və Yunanıstanın ümumilikdə 11 universitetinin magistratura proqramına qəbul alıb.

Təbriklər!
680 balla Bakı Dövlət Universitetinin Psixologiya fakultəsini seçərək nümunəvi məzun kimi bitirən, Xəzər Universitetinin magistr tələbəsi olan, ən böyük arzusu 35 yaşında professor kimi BDU-da müəllim işləmək olan Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri Ataməli Musaoğlu..

Onu daha çox 2 yaşlı qızı ilə Emin Sabitoğlunun "Aman ayrılıq" mahnısını rəqs edərkən tanıdıq.

Ruhu şad olsun!
BDU @bdu_eduaz iyul təqaüdünü ödədi! Xeyirli olsun!

Təqaüd xəbərləri @telebe_tv səhifəsində!
59 illik fərq
Polis əməkdaşını döydüyünə görə, Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqda Baş prokuror Kamran Əliyevin Milli Məclisə verdiyi təqdimata əsasən parlamentin iclası çağırılıb.

Bildirək ki, Eldəniz Səlimov ali təhsilini 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində alıb və aldığı diplom Azərbaycanda TANINMIR.
ııı qrup üzrə yüksək nəticə göstərən Şəki şəhər 10 saylı tam orta məktəbin məzunu Şahid Məhərrəmli ! 668,1 bal
Şahid Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika olimpiadasının gümüş medalın sahibidir
"Təhsildə xüsusi nailiyyətlərə görə" Qızıl döş nişanı ilə və "Xüsüsi nümunəli Attestat" ilə təltif olunmuşdur.

Təbrik edirik!
BDU-nun Hüquq fakultəsini bitirən Nurlana Dünyamalıyeva dünyanın ən yaxşı universitetlərindən biri olan Kembric Universitetinin Hüquq üzrə magistr proqramına qəbul olub. Həm də bütün xərclərini qarşılayacaq Chevening təqaüdü ilə.

Möhtəşəm! Təbriklər!
Yüksəliş müsabiqəsində qalib gələnləri tanıyaq.

30 yaşlı Məlikova Ülkər

Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, magistratura və doktorantura təhsili alıb.

"Competo" MMC şirkətində Hüquq məsələləri üzrə menecer,

“KOBİA”da Korporativ hüquq üzrə ekspert,

BDU, "SABAH" Mərkəzi və UNEC-də müəllim vəzifəsində çalışır.

Təbriklər!