Azərbaycan Universitetləri
30.5K subscribers
4.05K photos
793 videos
5 files
270 links
Ölkənin İLK, ƏN BÖYÜK və ƏSAS təhsil səhifəsi!
Müəllif hüquqları qorunur! ©
#eduaz #azerbaycanuniversitetleri
Kanalda reklam: 055 814 10 81 (wp)
Download Telegram
☠️ Aşağıdakı heyvanlardan hansının bu günə qədər insanı öldürməsi qeydə alınmayıb?
Anonymous Quiz
30%
🐜Qarışqalar
10%
🐟Pirana
44%
🐼Panda
16%
🐋Qatil balina
🗓️Martda 16 gün iş olmayacaq.

📆8 Mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı günləridir.

📅Beşgünlük iş həftəsində 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.

🥳Beləliklə şənbə və bazar günləri də daxil olmaqla martda 16 gün iş olmayacaq.
11 fevral 2024-cü il tarixində Magistraturaya qəbul imtahanında (I cəhd) iştirak edəcək şəxslər buraxılış vərəqəsini çap edə bilərlər.

Hara düşmüsünüz?
🇦🇿 Ölkədə növbədənkənar prezident seçkiləri başlayıb.

🎓Tələbələr seçicilərin təxminən 3,5%-ni təşkil edir. #azvote #azvote2024
🎓Bu gün Naxçıvan Universitetinin rektoru Anar Kazımovun 45 yaşı tamam olur.

💥Təbrik edirik!
📈 Elm və təhsil naziri Emin Əmrullayev də səsvermədə iştirak edib.
😪Bu gün Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahim İbrahimzadə, Ramazan İsayev və Kamal Permadov dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.

😪Məktəblilərdən 2-si elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahim İbrahimzadə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

🥀Ölən şagirdlərə Allahdan rəhmət, yaralıya isə şəfa diləyirik!
🔥 Qarabağ Universitetində təhsil yalnız dövlət hesabına, yəni ödənişsiz olacaq.
🏛Xankəndində yerləşən Qarabağ Universitetinin nizamnamə fondu 10.000.000 manatdır.

🏬Burada təkcə universitet olmayacaq, həm də orta ixtisas təhsili müəssisəsi (kollec) də olacaq.
🔥🔥🔥 Qarabağ Universiteti haqda son #rəsmi məlumatlar:
Ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə qəbul aparılacaq.
Tədqiqatyönümlü universitet olacaq.
Orta ixtisas (kollec) və əlavə təhsil proqramlarını həyata keçirəcək.
Növbəti tədris ilində 1000 tələbənin qəbulu aparılacaq.
Universitetdə SABAH qrupları fəaliyyət göstərəcək.
Digər universitetlərlə mübadilə və mobillik proqramları həyata keçiriləcək.
‼️ 6 fakültə və 20 ixtisas ilə fəaliyyətə başlayır.
Pedaqoji fakültəsi / İqtisadiyyat fakültəsi / Humanitar və sosial elmlər fakültəsi / Mühəndislik fakültəsi / İncəsənət fakültəsi / Turizm fakültəsi.
‼️Növbəti 5 ildə tələbələrin sayı 10.000-ə çatacaq.
‼️ Universitetin öz yataqxanası olacaq.
‼️ Birinci tədris ilində professor-müəllim heyəti və tədqiqatçılar həm daimi əsaslarla, həm də dövri (həftəlik, aylıq, semestrlik və s.) fəaliyyət göstərə bilər. Bütün heyətin Universitet üçün nəzərdə tutulmuş ərazidə yerləşdirilməsi (mənzil-yataqxana təminatı) və digər xərclər qarşılanacaq.
‼️ Tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq və təqaüdlərlə təmin olunacaq.
📌Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib. Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.

📣İttihama əsasən, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə və söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.

‼️Barəsində Xətai RPİ-nin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.
Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 6 il ötür.

Paylaşımlarını məsxərə obyektinə çevirməklə verdiyi təhsilə kölgə salmaq istəyənlər olsa da, bizim üçün Aİİ lazımlı və vacib ali təhsil ocağıdır!
Cahillikdən tərəqqiyə! #6il
📣 Diqqət Sorğu 🔍

İmtahanlarda apelyasiyaya müraciət etdisiz?

Universitetlərdə apellyasiya ərizələrinə necə reaksiya verdilər?
🔥ADAU öz brendi ilə toxum istehsalına və satışına başlayıb

🧑‍🔬Azərbaycan Dövlət Aqrar Universitetinin Bitki klinikasında müxtəlif növ göbələklərinin toxumları tam keyfiyyətli formada istehsal edilərək satılır.
Dəm qazı can almaqda davam edir.

UNEC 2016-2020 ci il Sabah qrupunun Biznes menecment ixtisasının məzunu Günel Əmirli dəm qazından dünyasını dəyişib.

🥀Allah rəhmət eləsin
🔥🔥🔥Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasından 100 il ötür.

📣3 universitet;
📌3 kollec;
🎓209 məktəb;
✍️15.000 tələbə ilə Naxçıvan ölkə təhsilində ən üst pillələrdən birini tutur.

💥 Bütün naxçıvanlıları əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik!
💻UNEC-in Zaqatala filialında yeni kompüter laboratoriyası istifadəyə verilib.