Azərbaycan Universitetləri
31.9K subscribers
3.69K photos
745 videos
3 files
230 links
Ölkənin İLK, ƏN BÖYÜK və ƏSAS təhsil səhifəsi!
Müəllif hüquqları qorunur! ©
#eduaz #azerbaycanuniversitetleri
Kanalda reklam: 055 814 10 81 (wp)
Download Telegram
⚒️ Bakı Slavyan Universitetində 1,5 milyon manatlıq təmir işlərinə başlanılır.
CV-lərinizi yəhərləyin, AzTU-da hashtag#İŞVAR!
Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan olunur

Tələblər:

Ali təhsil;
İngilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik ixtisaslarında magistr dərəcəsi;
Qüvvədə olan İELTS 7.0 yaxud ekvivalent TOEFL sertifikatı;
İngilis dili tədrisi üzrə təcrübə;
İngilis dilində motivasiya məktubu;
İngilis dili biliyi yaxud tədrisi ilə bağlı digər sertifikatların olması üstünlükdür;
İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
Tədqiqatçılıq bacarığı;
Davamlı peşəkar inkişafa maraq.

CV-lərinizi cv@aztu.edu.az elektron ünvanına göndərə bilərsiniz.
Magistraturaya qəbul imtahanı (II cəhd) 28 aprel 2024-cü il tarixində keçiriləcək. İştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

hara düşmüsüz?
23 Aprel - Ümumdünya İngilis Dili Günüdür

Bu gün ingilis dili “dünya dili” hesab olunur, bu dildə dünyanın onlarla ölkəsində bir milyarddan çox insan danışır.
İngilis dili müəllimlərini təbrik edir, onlara tələbələrindən(şagirdlərindən) "th" səsini çıxartmağa səbr diləyirik🤣
🇦🇿🔥 Gözümüzün qarşısında növbəti tarixi anlar yaşanır. Uzun illərdən sonra Azərbaycan bayrağı Qazax rayonun Əskipara kəndi üzərində ucaldıldı.
"Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir. Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi prezident proqramı var."

- Prezident İlham Əliyev
💥Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın 71 yaşı tamam olur.

Təbrik edirik!
📣Uzun zamandır MacBook əldə etmək arzusunda olan tələbələr üçün şad xərəbimiz var.
Bu fürsəti əldən verməyin

M2 çipli MacBook üçün əla təklif‼️
📌Yalnız 28 aprel tarixinədək rəsmi satış tərəfdaşlarından məhsulu 200 Azn-dək qənaətlə əldə edə bilərsiniz.✌🏻

Almaga tələsin :https://bit.ly/4b5EEsZ
Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının məsləhətçi professoru, tibb elmləri doktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti Nəsib Quliyev özünə q*sd edərək həyatına son qoyub.

🥀Mərhum professora Allahdan rəhmət diləyirik!
⚡️Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” yaradıldı.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇮🇱Bu gün tankçı Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür.

O, 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

Qürur hissi ilə 🥀
Forwarded from Qafqazinfo
Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlərə sağlamlıq arayışları elektron formada veriləcək.
Forwarded from Tələbə tv
AzTU aprel ayının təqaüdünü ödədi.
Xeyirli olsun
🔴Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr:
📍 Sumqayıt şəhəri (orta bal 163.22),
📍 Naxçıvan MR (orta bal 157.52)
📍 Qubadlı rayonu (orta bal 157.25)
🔥#QARŞILAYIN! Sumqayıt Dövlət Universitetinin yeni rektor müşaviri Günay Kazımzadə!

📣 İnformasiya Texnologiyaları sahəsində çox az sayda uğur qazanan xanımlardan biri #Günay #Kazımzadə SDU-ya gəldi!

🇩🇪2019-cu ildə Almaniyada süni zəka üzrə “İlin gənc tədqiqatçısı” seçilib;

”Mercedes-Benz Consulting” şirkətinin Süni intellekt üzrə baş məsləhətçisi,

🌐"Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi olub;

🏆 Prezident mükafatçısı;

🔴TED-də Süni Zəka üzrə çıxış edən ilk azərbaycanlı xanım.

👩‍🏫33 yaşlı Günay xanım Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Tətbiqi riyaziyyat, Bonn Universitetində Kompüter elmləri üzrə təhsil alıb.

🇩🇪Hazırda Berlin Texniki Universitetində Komputer Elmləri-Süni İntellekt ixtisası üzrə doktorantura təhsili alır.

🔴Bir daha deyirik: #SDUyaSivilizasiyaGəlir
🧮 Türkiyədə məktəblərdə inteqral mövzusu tədrisdən çıxarıldı.

Tipik İqtisadçı-Ekspert
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
19716 nəfər bakalavr bu gün magistraturaya qəbul imtahanlarında iştirak edəcək.

💥Hər birinə uğurlar diləyirik!
😱Magistraturaya qəbul imtahanlarından çıxan bakalavrlar sualların çox çətin olduğunu bildiriblər.
Azərbaycan İlahiyyat İnstitutunun yüksək əxlaqi dəyərlərə sahib, nümunəvi, təhsil göstəricilərinə görə fərqlənən məzunu Günel Aslanova uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

🥀Ruhu şad olsun!
📌 Qürur duyulası tarixi günlərdən biri də məhz bu gündür. Təsəvvür edirsiniz ki, 350 Cümhuriyyət əsgəri Yalama stansiyasında təpədən dırnağa kimi silahlanan 70 minlik rus ordusunun qarşısına çıxıb onlarla döyüşür. Hamısı da şəhid olur. Məqsəd Cümhuriyyətin ömrünü bir neçə saat uzatmaq olub.

🇦🇿 Əslində Yalama stansiyasının keşiyini çəkən Cümhuriyyət əsgərlərinin seçimi var: Düşmənə təslim olmaq. Nə ordunun sayı, nə texnika, nə də başqa hərbi təchizat baxımından saylar bərabər deyil. Amma Cümhuriyyət əsgərləri nəinki geri çəkilmir, sonuncu dəfə Cümhuriyyətin şərəfi uğrunda döyüşə girir. Döyüş cəmi 2 saat çəkir. 350 Cümhuriyyət əsgəri döyüşdə şəhid olmaqla 2 saatlıq da olsa Cümhuriyyətin ömrünü uzadırlar.

Allah rəhmət eləsin. 🇦🇿
Forwarded from Şəbəkə
🇦🇿 Rəsmi ! Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib.