UNEC Məlumat Mərkəzi
5.96K subscribers
1.85K photos
77 videos
17 files
1.61K links
Azərbaycan Dövlət İqtisad Universiteti

📌Sual, təklif və iradlarınızı müzakirə qrupuna keçid edərək bildirə bilərsiniz⤵️
https://t.me/muracietveteklifler
Download Telegram
Əziz UNEC ailəsi, Həmrəylik Gününüz və Yeni İliniz mübarək!

https://t.me/unecmelumatmerkezi
UNEC-də THİK-in təşkilatçılığı ilə keçirilən “İLİN DEKANI 2023” səsverməsi yekunlaşıb.

13 fakültənin təmsil olunduğu səsvermədə “Maliyyə və mühasibat” fakültəsinin dekanı, i.e.n Hafis Hacıyev 865 səslə 1-ci yerin sahibi olub.

Səsvermənin nəticələrinə görə, 2-ci yerin sahibi 690 səslə “Rəqəmsal iqtisadiyyat” fakültəsinin dekanı, tex.f.d. Elman Cəfərov, 3-cü yerin sahibi isə 596 səslə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, i.f.d Elçin Eyvazov olub.

Dekanlarımızın hər birini təbrik edirik, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

https://t.me/unecmelumatmerkezi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:

"Bu gün imzaladığım əmrlə 2024-cü ili universitetimiz üçün "Yaşıl UNEC" (Green UNEC) ili elan etdim.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!"

https://t.me/unecmelumatmerkezi
📢 UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin İctimaiyyətlə Əlaqələr departamentinin İdarə Heyətinə yeni üzvlərin qəbuluna başlanılır.

Departament daxilində 4 şöbəni birləşdirir:

• İT şöbəsi
• Rəqəmsal media şöbəsi
• Dizayn şöbəsi
• Məlumat Mərkəzi

▫️İdarə heyəti üzvləri aşağıdakı hüquqlara malikdir:
- Komitənin rəhbər orqanlarına seçmək və seçilmək;
- Tələbə Həmkarlar İttifaqı tərəfindən təşkil edilən tədbirlərin təşkilində iştirak;
- Komitənin fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək;

📌 İdarə Heyətinə üzv olmaqla müvafiq sahə üzrə təcrübə qazanıb, THİK-in fəaliyyətində aktiv iştirakınıza görə müxtəlif mükafatlarla təltif edilə bilərsiniz.

🔗 Bizə qoşulmaq üçün qeydiyyat linki: https://unecthik.az/?page_id=23045

📞 Əlavə suallar üçün: 099-399-27-96
📢 Əziz UNEC tələbələri!
Tələbə Elmi Cəmiyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin online radiosu - UNEC Radionun "TEC Time" verilişində aparıcı vakansiyasını açıq elan edir!

🎙️Aparıcı olmaq üçün tələblərimiz:
🔹️Ünsiyyət bacarığı, fikrini aydın şəkildə ifadə etmək.
🔹Yenilikçi fikirlər təklif etmək
🔹Araşdırma bacarığı.
🔹Şərh və dinləmə bacarığı.

✅️Radio UNEC tələbələrin asudə vaxtının daha səmərəli keçirməsi, aparıcılıq dövründə onların yaradıcılıq potensialının üzə çıxması, həmçinin onlarda natiqlik bacarığının formalaşmasını təmin edir .

✅️Bundan əlavə, Radio UNEC'də aparıcılıq edərək müxtəlif sahələrdə yeni və faydalı biliklər əldə edə bilərsiniz.

📌Siz də Radio UNEC-in "TEC Time" verlişində aparıcı olaraq fəaliyyət göstərmək istəyirsinizsə link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

https://forms.gle/5wAQPoaoDmfkVgMZ7
UNEC-in 14 tələbəsi hazırda ikili diplom proqramı ilə Fransanın Montpellier Universitetində təhsillərini davam etdirir.

Onlar III kursu Montpellier Universitetində, IV kursu isə UNEC-də oxuduqdan sonra hər iki universitetin diplomunu əldə edəcəklər.

Qeyd edək ki, Montpellier Universiteti ilə ikili diplom proqramından indiyədək 78 UNEC tələbəsi məzun olub.
UNEC-də hər il olduğu kimi, bu il də imtahan sessiyası dövründə həftənin şənbə günləri rektor prof. Ədalət Muradovun “Açıq qapı” günləri keçiriləcək.

🗓️İlk “Açıq qapı” 13 yanvar, saat 10:00-da UNEC-in əsas tədris binasında təşkil olunacaq. İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər.

“Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür.📝
UNEC məzunlarının məşğulluqla bağlı növbəti qurum üzrə statistik məlumatlarını təqdim edirik:

Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan UNEC məzunlarının ümumi sayı 120 nəfərdir. Məzunlardan 16 nəfəri Nazirliyin Aparatında, 28 nəfəri isə nazirlikdə müxtəlif rəhbər vəzifələrdə çalışır.

Qeyd edək ki, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də UNEC məzunudur. O, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Xarici iqtisadi əlaqələr" ixtisasını bitirib.

https://t.me/unecmelumatmerkezi
UNEC-də “Müəllim assistenti vəzifələrinin tutulması üçün müsabiqə elan olunur!

“Müəllim assistenti” vəzifələrini tutmaq üçün müsabiqə aşağıda adları qeyd olunan kafedralar üzrə aparılır:
-İqtisadiyyat kafedrası;
-Tətbiqi iqtisadiyyat kafedrası;
-Mühəndislik və tətbiqi elmlər kafedrası;
-Maliyyə və audit kafedrası;
-Biznes və logistika kafedrası.
Qeyd olunan vəzifələrin tutulması “Azərbaycan Dövlət İqtisad Universitetində müəllim assistenti vəzifəsi və onun tutulması haqqında" Qaydalara uyğun olaraq aparılacaq.

🗓️Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu tarixi: 8 yanvar-8 fevral 2024-cü il.

📧Tələb olunan sənədlər İnsan resursları şöbəsinə və ya insanresurs@unec.edu.az e-ünvana təqdim olunmalıdır.

📍Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 202, II mərtəbə, UNEC.
📞Əlaqə: 492 87 64.
⚠️Qaydalar: https://news.unec.edu.az/images/2024/MAV_qaydalar_090124_compressed.pdf
UNEC-də təhsil almaq istəyən əcnəbilərin sənəd qəbuluna start verilib!

🗓️Sənəd qəbulu üçün son tarix: 31 yanvar 2024-cü il.
🗓️Dərslərin başlama tarixi: 16 fevral 2024-cü il.

Əcnəbilər ixtisaslardan asılı olaraq, azərbaycan, ingilis, türk və ya rus dillərindən birində təhsil ala bilərlər.🇦🇿🇺🇸🇹🇷🇷🇺

Sənəd qəbulu elektron formada həyata keçirilir.

⚠️Namizədlər https://portal.edu.az/ internet səhifələri vasitəsilə müraciət etməlidirlər.

🔗Ətraflı: https://unec.edu.az/events/unec-de-2023-2024-cu-tedris-ilinin-yaz-semestrinden-ecnebilerin-sened-qebuluna-start-verilib/
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi Azərbaycan”ın (MÜSİAD Azərbaycan) İdarə Heyətinin sədri Rəşad Cabirlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

Rektor Ədalət Muradov məzunların işlə təmin olunmasının universitetlərin əsas göstəricilərindən biri olduğuna diqqət çəkərək, UNEC2B platformasından, eləcə də bu istiqamətdə həyata keçirilən digər yeniliklərdən danışıb. Həmçinin dövlət və özəl sektorların sifarişləri ilə UNEC-in həyata keçirdiyi mini MBA proqramları, əməkdaşlar üçün təşkil olunan təlimlər, startap layihələri və s. barədə iştirakçılara məlumat verib.

Görüşdə mümkün əməkdaşlıq istiqamətlərində müzakirələr aparıldan sonra UNEC ilə MÜSİAD arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda birgə təlimlərin təşkili, tələbələrin təcrübə keçməsi üçün şəraitin yaradılması, startap layihələrinə dəstək göstərilməsi və s. nəzərdə tutulub.

https://t.me/unecmelumatmerkezi
UNEC-də hər il olduğu kimi, bu il də imtahan sessiyası dövründə rektor, professor Ədalət Muradovun “Açıq qapı” günü keçirilib.

2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının ilk “Açıq qapı” günündə rektor, prof.Ədalət Muradovla birlikdə UNEC İctimai Nəzarət Şurasının üzvləri millət vəkili Etibar Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və müvafiq struktur rəhbərləri iştirak ediblər.

Qəbula yazılan tələbələrin və onların valideynlərinin müraciətləri təhsil haqqı, imtahanlarda intizam qaydalarının pozulması ilə bağlı olub. İmtahanlarda qaydaların pozulması ilə bağlı müraciət edən tələbələrin diqqətinə çatdırılıb ki, bu məsələdə intizam qaydalarının tələblərinə riayət etmək vacibdir. Təhsil haqqı barədə müraciət edən tələbə və onun valideyninə isə mümkün dəstəyin göstərilməsi üçün imkanların araşdırılacağı bildirlib.

Sonra şura üzvlərinə imtahan prosesi və imtahan qaydalarındakı dəyişiklik barədə məlumat verilib. Bildirilib ki, cari tədris ilindən UNEC-də intizam pozuntusu ilə bağlı tətbiq edilən yeni yanaşmadan sonra imtahan zamanı köçürmə və əlavə vasitələrdən istifadə kimi neqativ halların sayı kəskin azalıb. Belə ki, ötən tədris ilinin payız semestrinin imtahan sessiyasında 806 intizam pozuntusu olduğu halda, cari sessiyanın ilk 8 imtahan günü ərzində cəmi 67 belə fakt aşkarlanıb.

https://t.me/unecmelumatmerkezi
📢 Hörmətli tələbələr!

Sosial mediadan istifadə ilə bağlı ümumi statistikanı öyrənmək üçün form tərtib etmişik.

Aşağıdakı formu dolduraraq fikirlərinizi bildirə bilərsiniz:

🔗 https://forms.gle/N92h5YUgpSRx7bHLA
UNEC rektoru professor Ədalət Muradovun növbəti “Açıq qapı” günü yanvarın 19-da keçiriləcək.

İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər.

“Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür.📝

“Açıq qapı” saat 11:00-da UNEC-in əsas tədris binasında təşkil olunacaq.

https://t.me/unecmelumatmerkezi
20 Yanvar faciəsi müstəqillik uğrunda canını qurban verməyə hazır olan xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tarixə həkk olunub.

Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik!

https://t.me/unecmelumatmerkezi
Hörmətli tələbələr, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar 20 yanvar tarixində UNEC KİM-in 24/7 kitabxanası işləməyəcək.

Kitabxana fəaliyyətini 21 yanvardan etibarən bərpa edəcəkdir.

https://t.me/unecmelumatmerkezi
📢25 ildir ki, Azərbaycanda və xarici bazarlarda IT, elektrik məhsulları və laboratoriya avadanlıqlarının satışı və montajı sahəsində fəaliyət göstərən Estet şirkəti 1C üzrə mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:
•Bank əməliyyatlarının daxil edilməsi;
•Satınalma və satış sənədlərinin işlənilməsi;
•İdxal və ixrac əməliyyatlarının daxil olunması;
•Anbar hesabatlarında mal qalıqlarına nəzarət;
•Təchizat və satış sifarişlərinin sənədlərinə nəzarət;

Xüsusi keyfiyyətlər:
•Analitik qabiliyyətə malik olmaq; araşdırma qabiliyyəti,
•Peşəsinə yüksək motivasiya ilə yanaşma;
•Özünü inkişaf etdirməyə meyillilik;
•Fərdi və komanda da işləmə bacarığı; 

Digər məlumatlar:
•5 günlük iş rejimi, 9.00-18.00
•Şirkət tərəfinnən yemək  və 200 azn pul
•2 ayın tamamında sertifikat veriləcək

Vakansiya ilə maraqlanan şəxslər CV -lərini hr@estet.az elektron ünvanına göndərə və ya 055 278-91-77 nömrəsi ilə əlaqə saxlaya bilər.
20 Yanvar faciəsinin 34-cü ildönümündə UNEC kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, əziz xatirələri dərin ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

https://t.me/unecmelumatmerkezi
UNEC ilə Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

UNEC rektoru professor Ədalət Muradov və ARPA İctimai Birliyinin İdarə Heyətinin sədri Günay Şahbazova arasında mümkün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Sığorta, bank, mühasibatlıq sahəsinə və sertifikasiya imtahanlarına marağın artırılması, bu sahədə təbliğat işlərinin təşkili, eləcə də tələbələrin peşəkar mütəxəssis kimi yetişmələri üçün qarşılıqlı əməkdaşlığın təmin olunmasının vacibliyi vurğulanıb. Həmçinin Mühasiblərin Peşəkar Sertifikasiyasının keçirilməsi istiqamətində ACCA akkreditasiyasına malik olan UNEC ilə "Peşəkar mühasib təşkilatı" kimi akkreditasiyadan keçmiş ARPA-nın birgə əməkdaşlığının əsas hədəflərdən olduğu qeyd edilib.

İmzalanmış memorandumda ARPA əməkdaşlarının UNEC-in təklif etdiyi ixtisasartırma, sertifikat və mini ixtisas proqramlarına cəlb olunması, ARPA-nın təcrübə proqramlarında tələbələrin iştirakı və s. nəzərdə tutulub.

https://t.me/unecmelumatmerkezi