UNEC Məlumat Mərkəzi
5.95K subscribers
1.86K photos
79 videos
17 files
1.61K links
Azərbaycan Dövlət İqtisad Universiteti

📌Sual, təklif və iradlarınızı müzakirə qrupuna keçid edərək bildirə bilərsiniz⤵️
https://t.me/muracietveteklifler
Download Telegram
UNEC SABAH-ın möhtəşəm VII Vyana balı keçirilib

Aprelin 23-də UNEC SABAH-ın təşkilatçılığı ilə ənənəvi VII Vyana balı keçirilib.

Tələbələrin müasir mədəni dünyagörüşünün artırılması, onların musiqi və rəqs zövqünün inkişaf etdirilməsi və multikultural dəyərlərin təşviqi məqsədilə keçirilən Vyana balında Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin üzvləri və UNEC-in struktur rəhbərləri, UNEC SABAH-ın müəllim və tələbələri iştirak edib.

Vyana balında SABAH məzunları “Tango” rəqsi ifa ediblər, tələbələr daha çox klassik rəqslərə üstünlük veriblər. Vyana balında bəstəkar Tofiq Quliyevin “Dostum” musiqisinin sədaları altında tələbələrin müəllimləri rəqsə dəvət etmələri iştirakçıların xüsusi marağına səbəb olub.

https://t.me/unecmelumatmerkezi
UNEC-də "Fond bazarı və strukturu" adlı seminar keçirilib

UNEC Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Fond bazarı və strukturu" adlı seminar keçirilib.

Seminarda Vüsal Məmmədov UNEC tələbələrinə maarifləndirici məlumatlar vermişdir. Kriptovalyutalar, səhmlərin rolu, səhmdarların davranışları, qiymətli kağızların növləri, kağızların investisiya edilməsi, maliyyə alətlərinin izahı, fond bazarının tarixi və iqtisadi inkişafda fond bazarının rolu mövzularına diqqət yetirilib.

Seminarın sonunda Vüsal Məmmədov tələbələri maraqlandıran sualları cavablandırıb. Xatirə şəkilləri çəkilib.

https://t.me/unecmelumatmerkezi
📢 UNEC Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "İnandırma Psixilogiyası və Manipulasiya" adlı seminar keçiriləcək.

📈 Sizə gələcək karyeranızda insanlarla ünsiyyəti, karyera prosesində inandırmanın rolunu, manipulasiyanın tətbiqini öyrənmək üçün gözəl bir təklif.

👤 Təlimçi:
Orxan Şahbaz

🔎 Seminar hansı mövzu ətrafında olacaq?
🔸 İnandırmaq psixologiyası necə işləyir?
🔸 Karyera prosesində inandırmanın rolu
🔸 İnsan necə inanır və fəaliyyət göstərir
🔸 Manipulasiya harda tətbiq olunur?

🗓️ Tarix və saat: 29 aprel, 11:00

📍 Məkan: UNEC IV tədris binası, Böyük Akt zalı

🔗Qeydiyyat linki: https://forms.gle/qz1DUw2xs9hN5U4i7
TƏQAÜDLƏR ÖDƏNDİ

Əziz UNEC tələbələri,
Aprel ayının təqaüdləri ödənilib.
Xeyirli olsun!
📣UNEC tələbələrinə 3 aylıq Financial Accounting (F3) təlimi sadəcə 1️⃣2️⃣0️⃣ AZN!

Əziz UNEC Tələbələri!
Sizlərin karyera planlarını, keyfiyyətli təhsilini və büdcənizi düşünərək, Flag Academy olaraq təklif edirik!
Professional təlim komandasına qoşularaq maliyyə sahəsində peşəkar olun və özünüzü digərlərindən fərqləndirin! Gələcək karyeranızın bünövrəsini bu gün qoya bilərsiniz!

Təlim Akademiyamızın təcrübəli tədrisçi Elçin Cəfərov tərəfindən tədris ediləcək.

🎓 Akademiyamız imtahanda uğurlu nəticəyə tam zəmanət verir.
📚 Dərs kitabları Akademiyamız tərəfindən hədiyyədir!

📆 Təlimin başlanma tarixi: 09 may

Təlimin qrafiki:
Bazar ertəsi - 19:00
Şənbə- 14:00

Təlimin müddəti: 2saat
Təlim əyani və online təşkil edilir.

☎️ Əlaqə nömrəsi : +994 (51) 613 17 29 (WhatsApp aktivdir)
🌐İnstagram: @flagacademy.az
📍 Ünvan: Əhməd Rəcəbli 2/6, FLAG Academy
🌐Rəqəmsal iqtisadiyyata həsr edilən II beynəlxalq konfrans başa çatdı.

Aprelin 28-də başlayan “Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar” adlı II Beynəlxalq konfrans plenar məruzələrlə davam edib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyevin moderatorluğu ilə keçirilən plenar iclaslarda aktual mövzularla çıxış ediblər.

https://t.me/unecmelumatmerkezi
Əziz tələbələr,
Müqəddəs Ramazan Bayramınız Mübarək!


https://t.me/unecmelumatmerkezi
UNEC-də Məntiq Olimpiadası keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş YAP Səbail rayon təşkilatı ərazisində yerləşən ali təhsil müəssisələri arasında keçirilən məntiq olimpiadası UNEC tələbələri üçün keçirilmişdir.

Tələbələrimiz yüksək nəticələr göstərmiş, 56 nəfər tələbəmiz II mərhələ üçün iştirak hüququ qazanmışdır. Hər bir tələbəmizə uğurlar arzu edirik!

https://t.me/unecmelumatmerkezi
📢 Əziz UNEC Tələbələri!
Sizlərin karyera planlarını, keyfiyyətli təhsilini və büdcənizi düşünərək, Flag Academy olaraq təklif edirik!

UNEC tələbələrinə 3 aylıq Financial Accounting (F3) təlimi sadəcə 1️⃣2️⃣0️⃣ AZN!

Professional təlim komandasına qoşularaq maliyyə sahəsində peşəkar olun və özünüzü digərlərindən fərqləndirin! Gələcək karyeranızın bünövrəsini bu gün qoya bilərsiniz!

Təlim Akademiyamızın təcrübəli tədrisçi Elçin Cəfərov tərəfindən tədris ediləcək.

🎓 Akademiyamız imtahanda uğurlu nəticəyə tam zəmanət verir.

📚 Dərs kitabları Akademiyamız tərəfindən hədiyyədir!

📆 Təlimin başlanma tarixi: 16 may

Təlimin müddəti: 2saat
Təlim əyani və online təşkil edilir.

🔸 Təlimdən iştirak keçməklə, maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq standartlarla tanış olacaq, sahəniz üzrə peşəkar biliklərə yiyələnəcəksiniz.

☎️ Əlaqə nömrəsi : +994 (51) 613 17 29 (WhatsApp aktivdir)

🌐İnstagram: @flagacademy.az

📍 Ünvan: Əhməd Rəcəbli 2/6, FLAG Academy
UNEC-in 12 tələbəsi 🇫🇷Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramından məzun oldu!

👩🏻‍🎓🧑🏻‍🎓3-cü kursu Montpellier Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqdan sonra UNEC-lə yanaşı, Montpellier universitetinin diplomunu da əldə edəcəklər.

2022/2023-cü tədris ilindən 20 nəfər UNEC tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub

https://t.me/unecmelumatmerkezi
📢SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi Proqramı : https://careers.socar.az/internshiplist

https://t.me/unecmelumatmerkezi
📢SABAH qruplarına tələbə qəbulunun imtahan mərhələsinin vaxtı elan olunur!
Hörmətli tələbələr,
2022/2023-cü tədris ili üzrə SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulunun birinci mərhələsi başa çatmışdır.
SABAH qruplarına tələbə qəbulunun ikinci mərhələsi (test imtahanı) Dövlət İmtahan Mərkəzi tərəfindən 15 may 2022-ci il tarixində keçiriləcək.

Tələbələr “İmtahana buraxılış vərəqəsi”ni aşağıdakı linkdən çap edə bilərlər:
https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=128

Tələbələr imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

https://t.me/unecmelumatmerkezi
Tələbələrarası voleybol turniri başa çatdı.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC könüllləri təşkilatının birgə təşkilatçılığı ilə keçirilən Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tələbələrarası Voleybol çempionatı yekunlaşmışdır.

Yarışda oğlanlar arasında:
🥇I yerə “Uğur”;
🥈II yerə “Epic”;
🥉III yerə “Tufan” komandası layiq görülüb.

Qızlar arasında isə:
🥇 I yerə “Poliqon”;
🥈 II yerə “Gryffindor” komandası layiq görülüb.

Qalib komandaları təbrik edirik!

https://t.me/unecmelumatmerkezi
UNEC-də “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 99-cü ildönümünə həsr olunmuş tələbələrarasl "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilmişdir.

Yarışda:
🥇I yerə Maliyyə və mühasibat fakültəsindən "Qəzəlxan";

🥈II yerə SABAH mərkəzi;

🥉III yerə Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE) fakültəsi komandaları layiq görülüb.

Qalib komandaların üzvlərinə Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri İlkan Əliyev və Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev tərəfindən medal və diplom mükafatları təqdim olunmuşdur.

Qalib komandaları təbrik edirik!

https://t.me/unecmelumatmerkezi