𝐓𝐨𝐯𝐡𝐢𝐝.𝐢𝐧𝐟𝐨
1.21K subscribers
1.33K photos
38 videos
7 files
2.32K links
Hər birinizi www.tovhid.info saytının rəsmi telegram kanalında xoş gördük! Bu kanal tövhid və digər dini mövzularda olan qısa faydaları sizinlə paylaşmaq məqsədi daşıyır.
https://www.fb.com/tovhid.info/
https://www.instagram.com/tovhid.info/
Download Telegram
Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) belə buyurdu:

"Sizlərdən birinə mən onun övladından, valideynindən və bütün insanlardan daha sevimli olmayınca o şəxs (kamil) iman gətirmiş olmaz."

(Muslim, 44; Buxari 15)

©TOVHİD.İNFO
📚Gözəl əxlaqın fəziləti📚

Əbu Dərda (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurdu:

"Qiyamət günü möminin (əməl) tərəzisində gözəl əxlaqdan daha ağır bir şey gəlməyəcək. Həqiqətən də, çirkin sözlər danışan həyasız kimsəyə Allahın qəzəbi tutar."

📌 (Nəvəvi; Riyadus-Salihin, 6/626, bəbu husnul xuluq)

©TOVHİD.İNFO
"Öldü, canı qurtardı" demək

✍🏻Aişə (Allah ondan razı olsun) demişdir:
Peyğəmbərə (salləllahu aleyhi və səlləm) deyildi:
"Ey Allahın elçisi, filankəs (qadın) öldü, rahatlandı".
Peyğəmbər (salləllahu aleyhi və səlləm) qəzəbləndi və dedi:
"Yalnız günahları bağışlanılan kəs rahatlanır".

📚"Əs-silsilə əs-sahihə", 4/286.

📌QEYD:
İnsanlar arasında geniş yayılıb ki, xəstəlikdən, əziyyətdən sonra ölən kimsə haqqında "öldü, canı qurtardı" və s. bu kimi ifadələr işlədirlər. Lakin, əslində, əsl çətinlik öləndən sonra başlayır. Ona görə də, bir kəs barədə belə demə, çünki sən bilmirsən onun günahları bağışlanacaq ya yox.

©TOVHİD.İNFO
📚Uşaqlara şəfqətli davranmaq📚

Şeyx Süleyman ər-Ruheyli (Allah onu qorusun) "Səhihut-Tərğib vət-Tərhib" kitabının şərhində demişdir:

"Kiçiklərimizə mərhəmət göstərməyən bizdən deyildir."

1⃣ Bu hədisdə kiçiklərə rəhmət göstərməyin vacibliyi var. Beləcə, kiçiklərə rəhmət göstərməmək haram olur.

2⃣ Hər kim kiçiklərə rəhmət göstərərsə, Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) yoluna uyğun əməl etmiş olur.

3⃣ Uşaqlarla şəfqətli davranmaq qəlbin salamat olmasına dəlildir. Deməli, bu qəlb mərhəmətli bir qəlbdir. Bədəvi ərəbin hədisində də gəldiyi kimi "onun (ərəb kişinin) on uşağı olur, lakin, onlardan birini də (heç vaxt) öpmədiyini deyir. Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) isə ona: "Allah sənin qəlbindən rəhmət hissini çıxarıbsa, mən nə edə bilərəm? - deyir. Bu da dəlildir ki, uşaqlara rəhmli davranılmadıqda artıq o qəlbdən rəhmət (hissi) çıxmışdır.

4⃣ Uşaqlara rəhmli davranmaq ümumi rəhmətin nazil olmasına səbəbdir. Necə ki, hədisdə gəlib: "Yerdə olanlara rəhm edin ki, göydə Olan (Allah) da sizə rəhm etsin." "Rəhmli olanlara Rəhman (olan Allah) rəhm edər."

5⃣ Ümid edilir ki, hər kim kiçiklərə rəhmli davransa, Allah da ona rəhmli olsun. Çünki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: "Rəhm etməyənə rəhm olunmaz." Bu da dəlildir ki, Rəhm edən (Allah) rəhmli olana rəhm edir.

6⃣ Uşaqlara rəhmli davranmaq onların qəlbini yumşaldır və onları rəhmli kimsələrlə bir arada cəmləşdirir. Allahu təala buyurmuşdur: "Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli biri olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar." (Ali İmran: 159)

Bu ayə də dəlildir ki, insanları yalnız mərhəmətli davranmaq bir araya cəm edə bilər, qəlblərin sərtliyi isə insanlarda nifrət yaradır. Deməli, kiçiklərə rəhmli olmaq sənin öz uşağına da rəhmli olmağındır. Bunu etsən, onların sənə qarşı necə mülayim olduğunu və sənə necə bağlı olduğunu, səni sevdiyini və sənə itaət etdiyini görərsən.
Bunların hamısı kiçiklərə mərhəmətli davranmağın böyük fəzilətləridir."

08/03/2016 Mədinə şəhəri

©TOVHİD.İNFO
📚Dinləmək ədəbi📚

Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) hər bir gözəl əxlaqda insanlara nümunə olduğu kimi insanları gözəl şəkildə dinləyər, onlara danışmaq imkanı verər, onunla söhbət edən insana qarşı hövsələsi daralıb onun sözünü kəsməzdi.

Abdullah ibn Humeyd "Müsnəd"ində, Beyhəqi "İtiqad"ında, Əbu Yəalə "Müsnəd"ində, Bəğavi "Təfsir"ində, İbn İshaq "Sira"sında Utbə İbn Rabia'nın Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) ilə hekayəsini rəvayət etmişlər: Bu rəvayətin məzmunu belədir:

"O zaman ki, Utbə ibn Rabia Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) yanına gəldi, o söhbətini qurtarana kimi (axıra qədər) Peyğəmbər ona qulaq asdı. Sonra isə ona belə dedi:
"(Söhbətin) bitdimi ey Əbu Vəlid?!"
- Dedi: Bəli!
- Peyğəmbər dedi: Elə isə indi məni dinlə!
- Dedi: Danış!
- Sonra isə Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) ona "Fussilət" surəsindən "Səcdə" surəsinə çatana qədər (Quran) oxudu."

©TOVHİD.İNFO
📚Dərdin Axirət olsun, qardaşım!📚

Ənəs ibn Malikdən rəvayət olunur ki, Allah Elçisi buyurdu:

"Kimin dərdi axirət olarsa, Allah onun qəlbini zəngin edər, onun qüvvəsini cəm edər, onun istəmədiyi halda dünyanı ona verər. Kimin dərdi dünya olarsa, Allah kasıblığı onun iki gözü önündə edər. Onun qüvvəsini parçalayar və ona dünyadan ancaq qədərinə yazılmış qədər verər.»

(Tirmizi, 2389; Albani "Səhihul-Cami"də səhihləşdirib, 6510)

©TOVHİD.İNFO
⭐️YENI MƏQALƏ

Şeyx, alləmə Saleh Əl-Fovzan:

"Elm tələbələrinin arasında baş verən və günümüzdə yayılan söz-söhbəti, bir-birinizə nifrət bəsləməyi tərk edin..!"

Məqaləni bu keçiddən mütləq oxuyun:

http://tovhid.info/moizeler/308-nesihet.html

©TOVHİD.İNFO
📚DİNDƏ MÜBAHİSƏ VƏ DÜŞMƏNÇİLİYİN MƏZƏMMƏT OLUNMASI📚

Müslim ibn Yəsarın belə dediyi rəvayət olunur:

"Sizi mübahisə etməkdən çəkindirirəm. Çünki, bu, alimin cahillik vaxtıdır. Bununla şeytan onun xətaya düşməyinə ümid edir."

📌(Kitəbuş-Şəriə, İmam Əcurri, bəbu zəmmil-Cidəl vəl-Xusumət fid-Din, səh 1-2/435. Hədis no: 113; isnadı səhihdir, Təhzib, 3/457; Təqrib, 1/285 )

©TOVHİD.İNFO
📚Şəfaəti qəbul olunmayacaq müsəlman📚

Əbu Dərdadan (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu:

"Çox lənət edənlər qiyamət günü nə şahidlərdən, nə də şəfaət edənlərdən olmazlar."

(Əbu Davud, Əhməd, Buxari, Əbu Nueym, Hakim - bunların hər biri bu hədisi rəvayət etmişlər. Şeyx Muqbilin "Şəfaət" kitabı, səh 221)

©TOVHİD.İNFO
📚Hikmətli sözün təsiri📚

Məhəmməd ibn Şixxiyr (Allah ona rəhmət etsin) Muhəlləbi (İbn Əbi Safra) ən yaxşı ipəkdən olan cübbəsini (-paltarını geyinib-) lovğalanaraq yeridiyini görür və ona deyir:

"Ey Abdullah! Bu yeriş Allah və Onun Elçisini qəzəbləndirən yerişdir." Muhəlləb deyir:

"Sən mənim kim olduğumu bilmirsənmi?"

Məhəmməd ibn Şixxiyr deyir:
"Bəli, (bilirəm). Sənin əvvəlin xoşagəlməz nütfədəndir, axırın iyrənc leşdir. Sən isə bunun (iki halın) arasında (mədəndə) tullantı daşıyırsan!

Beləcə Muhəlləb buna son qoydu və bu (lovğalı) yerişini tərk etdi."

📌(Hilyətul-Övliyə, 2/198)

©TOVHİD.İNFO
📚SÖYÜŞ SÖYƏNƏ CAVAB VERƏ BİLƏRİKMİ?📚

Mədinənin fəqihi şeyx Süleyman ər-Ruheyli (Allah onu qorusun) demişdir:

👉🏻 "Beş şərtlə səni söyən şəxsə cavab verə bilərsən"

1⃣ Onun səni söydüyünün mislində söyüb həddi aşmamalısan. Məsələn; sənə desə ki: Ey zalım! - Sən də ona: "Zalım sənsən!" deyə bilərsən. - Amma, "zalımsan da, fasiqsən də.....və s. deyib artırma, həddini aşma. (Bu icazəli deyil)

2⃣ Sənin onu söyməyin yalan (onda olmayan bir sifətlə vəsf etmək) olmamalıdır. Məsələn; əgər o sənə haqsız yerə desə ki, "ey oğru!" sən də onun oğru olmadığını bildiyin halda "ey oğru" deyib cavab verə bilməzsən. Çünki, yalan danışmaq icazəli deyil. (Zərərə qarşı zərərlə cavab verilmir)

3⃣ Sənin onu söyməyin iftira, böhtan olmamalıdır; Əgər o sənə (böhtan atıb) "ey zinakar" və ya "ey luti" və s. desə sən ona eyni cavabı verə bilməzsən. Çünki, bu əməli edənlərçün Allah cəza təyin etmişdir.

4⃣ Söydüyün söz səni söyən şəxsdən başqasına aid edilməməlidir. O səni söyübsə, sən də onun özündən başqasını söyə bilməzsən. Məsələn; desə ki, "sənin atan zalımdır." Sən deyə bilməzsən ki, "sənin atandır zalım!" Çünki, sənin onun ata və anasını söyməyin zülmdür.

5⃣ Allahın haqqı olduğu üçün (dəlilsiz deməyi) Allahın haram etdiyi söz olmamalıdır; yəni, kiməsə, "ey kafir" və ya "ey bidətçi" və s. demək kimi; dəlili olan və maneələri aradan qalxan buna aid deyil. Lakin, hər bir halda dilini söyüşdən qorumaq sənin üçün daha xeyirlidir! Söyüş söyənə, təhqirə cavab verməmək isə fəzilətdir! Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

"Bir-birini söyən iki nəfərin dediyinin (günahı) zülm edilən (söyülən) kimsə (söyüşdə) həddi aşmadıqca (günah) söyüşə başlayanın üzərinə düşür." (Müslim, 2587 və 6303)

📌(Şeyx Süleyman ər-Ruheyli, əl-Qavaid vəl-usul əl-cəmiəh...kitabının şərhi, səh 130-un şərhi. Peyğəmbər məscidi)

©TOVHİD.İNFO
🔥Novruz günündən çəkindirən səhabə🔥

Abdullah ibn Amr (Allah ondan razı olsun) demişdir:

"Hər kim əcəmilərin torpaqlarında yaşayıb onların novruz və mehrican bayramlarını qeyd edər, onlara bənzəyərsə və bu halda ölərsə, o kimsə qiyamət günü onlarla birgə həşr olar."

📌(Beyhəqi, 9/234 "Sünənil- Kubra" əsəri; səhih sənədlə rəvayət olunub.)

Paylaşın; həqiqətlərin yayılmasına səbəb olun.

©TOVHİD.İNFO
📚Özünüzə aid işlə məşğul olun!📚

Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

"Fitnə baş verdikdə ağıllılar səfehlərin qarşısını almaqdan aciz qalarlar. Fitnələr belə olur. Allahın buyurduğu kimi:
"Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər)." (Ənfal: 25)
Fitnə baş verdikdə Allahın qoruduğu kimsədən başqa ona bulaşmaqdan heç kim qurtula bilməz."

📌 (Şeyxulislam ibn Teymiyyə; Minhəcus-Sünnə, 4/343)

©TOVHİD.İNFO
📚Bidətlərin ortaya çıxma səbəbləri📚

1⃣ Dəlilləri anlaya bilməmək.
2⃣ (Şəriətin) məqsədlərindən cahil olmaq.
3⃣ (Dəlil olan yerdə) ağılı (dəlildən) üstün tutmaq
4⃣ İnsanın nəfsinə, havasına uyması
5⃣ Dinin adından elmsiz danışmaq və bu cür danışanın sözünü qəbul etmək.
6⃣ Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sünnəsindən cahil olmaq
7⃣ Mütəşabih (mənası bəlli olmayan) ayələri əsas götürmək.
8⃣ Hökmləri təsdiqləmək üçün şəriətin etibar etmədiyi yolları seçmək.
9⃣ Bəzi şəxsləri şişirdib (müqəddəsləşdirərək) bu əməldə ifrata varmaq.

📌("Bidəul-Hovliyyə" kitabı, Abdullah ibn Abdul-Aziz ibn Əhməd ət-Tuveyciri, səh 37)

©TOVHİD.İNFO
📚Unutqanlıq neməti📚

(Qula) verilən ən qəribə nemətlərdən biri də unutqanlıq nemətidir. Çünki, əgər unutqanlıq olmasaydı, heç bir şey yaddan çıxmaz, insanın həsrəti bitməz, müsibətə səbri olmaz, insanın kədəri ölməz, insanın kini soyumaz, insan başına gələn bəlaları xatırlamaqdan dolayı dünya ləzzətlərindən heç birindən zövq almaz, nə bir düşmənin (şərrindən) arxayın olmağına, nə də (ona verilən) heç bir nemətin həsədkardan (qorunmağına) ümidi olmazdı."

📌(İbnul Qeyyim əl-Covziyyə, Miftəhu dərus-Səadəti, səh 388, dəru ibn Həzm; nəşr ili: 2003 (1424 hicri)

©TOVHİD.İNFO
Bismilləh.
Əziz müsəlmanlar! Tovhid.info saytını artıq instagramda da izləyə bilərsiniz. Bunun üçün instagramda axtarış bölməsinə tovhid.info yazaraq üzv olun.
Ənəs (Allah ondan razı osun) belə deyib: Rasulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldikdə, onların (Mədinə əhlinin) iki günü var idi ki, o günlərdə əylənirdilər. O dedi: “Bu iki gün nədir belə?” Onlar dedilər: “Biz cahil olduğumuz vaxtlarda bu günlərdə bayram edib əylənirdik.” Rasulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allah sizin üçün bu iki günü onlardan daha xeyirli iki günlə əvəz etmişdir. Bunlar Qurban bayramı günü və Ramazan bayramı günüdür.” (Əbu Dəvud, Şeyx Albani səhih olduğunu deyib).

Şeyxulİsləm İbn Teymiyyə belə deyib: “Bu hədisin dəlalət edən tərəfi budur ki, Rasulullah (salləllahu aleyhi və səlləm) o iki cahilliyə bayramını təsdiqləmədi, o insanları tərk etmədi ki, adətləri üzrə bayramlarını qeyd etsinlər. Əksinə, dedi ki, Allah sizin üçün bu iki günü, onlardan daha xeyirli iki gün ilə əvəz etmişdir. Bir şeyi əvəz etmək o deməkdir ki, əvəz olunanı tərk etməlisən. Çünki əvəz edənlə, əvəz olunan bir yerdə cəmlənə bilməz. Əvəz olunma yalnız iki şeyin bir yerdə cəm olmadığı yerdə işlənir. Misal üçün, Allah Təala buyurur:

“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz əvəzetmədir!” (Kəhf, 50).

Başqa ayələrdə buyurub: “Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.” (Əs-Səba, 16).

“ Zülm edənlər özlərinə deyilən sözü başqası ilə əvəz etdilər Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.” (Əl-Bəqərə, 59).

“Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə əvəz etməyin.” (Ən-Nisə, 2).

📚 (“Əl-İqtida”, 1/486-487).

©TOVHID.INFO
📚Bir hədis oxuyaq📚

Abdur-Rahman ibn Əbi Leyla Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) belə buyurduğunu rəvayət edir:

"Bir müsəlmanın başqa bir müsəlmanı qorxutması halal deyildir."

📌(Əbu Davud, 5004)

©TOVHİD.İNFO
📚DİNDƏ MÜBAHİSƏ VƏ DÜŞMƏNÇİYİLİN MƏZƏMMƏT OLUNMASI📚

Əbu Ümamədən rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu:

"Doğru yolda olduqdan sonra yolunu azmış elə bir qövm yoxdur ki, onlara cədəl (mübahisə) verilmiş olmasın." Sonra isə bu ayəni oxudu: "Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu onlar höcətləşən adamlardır." (Zuxruf: 58)

📌(Kitəbuş-Şəriə, İmam Əcurri, bəbu zəmmil-cidəl vəl-xusumət fid-din, hədis no: 1)

©TOVHİD.İNFO
📚SƏHƏR VƏ AXŞAM ZİKİRLƏRİNİ UNUTMA📚

Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

"Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!" (Qaf surəsi: 39)

©TOVHİD.İNFO