𝐓𝐨𝐯𝐡𝐢𝐝.𝐢𝐧𝐟𝐨
1.2K subscribers
1.33K photos
38 videos
7 files
2.33K links
Hər birinizi www.tovhid.info saytının rəsmi telegram kanalında xoş gördük! Bu kanal tövhid və digər dini mövzularda olan qısa faydaları sizinlə paylaşmaq məqsədi daşıyır.
https://www.fb.com/tovhid.info/
https://www.instagram.com/tovhid.info/
Download Telegram
📚ÜMMƏTİ SEVİNDİRƏN SÜLH HADİSƏSİ📚

Bəli, nəhayət ki, həmin gün gəldi və bütün müsəlmanlar sevindi. Böyük bir sülh baş tutmuşdu. Hicrətin 41-ci ilində (miladi 661-ci il) "Amul-Camaa" (Camaat ili) hadisəsi baş verdi. Nəhayət ki, xəlifə Osmanın (Allah ondan razı olsun) qətlindən bəri başlayan fitnəyə son qoyuldu. Baxmayaraq ki, burada heç bir firqə yox idi demək də doğru deyil. (Çünki, hicrətin 37-ci ilində xəvariclər artıq bir firqə kimi təşəkkül tapmışdılar.) Buna baxmayaraq, fəzilətli xəlifə Əli ibn Əbu Talibin oğlu Həsən (Allah hər ikisindən razı olsun) müsəlmanların iki dəstəyə bölündüyünü görüb müdrik bir addım atdı. Ümmətin qanının tökülməsinin qarşısını aldı. Qəlblərin birləşməsinə səbəb oldu. Xilafəti Müaviyəyə (Allah ondan razı olsun) təhvil verdi. Atası Əlinin Müaviyə ilə olan uzun münaqişəsini ümmətin xeyirinə çevirib Peyğəmbərimizin ümidlərini doğrultdu.

Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) Həsən (Allah ondan razı olsun) barəsində buyurmuşdur:

"Mənim bu oğlum (yəni, nəvəm) seyyiddir. Ola bilsin ki, Allah onun vasitəsiylə müsəlmanların iki dəstəsinin arasını birləşdirsin." (Buxari/ 6692)

Hazırladı: Sahib Əsədov

TOVHİD.İNFO
📚Gərəksiz mübahisə barədə📚

👉🏻 İmam Şafi (Allah ona rəhmət etsin) buyurmuşdur: "(İmam) Malikin (Allah ona rəhmət etsin) yanına hava əhlindən bəziləri (onunla mübahisə etmək üçün) gəldikdə onlara belə deyərdi: "Mən öz Rəbbim və Dinim barəsində yəqinlik üzərindəyəm. Sənə gəldikdə isə, sən şəkk edirsən (öz tutduğun yola), get özün kimi (əqidəsində) şübhədə olanların yanına və onlarla mübahisə et!..."

📌 Mənbə: (Hilyətul-Övliya, 6/324; Siyəri Əaləmin-Nubələ, 8/99)

Mübahisə iki cür olur. İcazəli və məzəmmət olunmuş. İcazəli (cidəl) elmi mübahisə odur ki, bu xalis niyyətlə olur və sağlam yolla baş tutur, sonda da xeyirlə nəticələnir.
Məzəmmət olunmuş (cidəl) mübahisə isə hər bir zahiri batil olan və ya batilə aparan mübahisədir.

Hazırladı: Sahib Əsədov

TOVHİD.İNFO
📚İmam Əhməd fəzilət əhlini tanıyır📚

İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir: "Bu körpüdən Xorasana hələ İshaqa bənzər biri keçməyib. Baxmayaraq ki, o bizə bəzi məsələlərdə müxaliflik edir. Çünki, insanlar hələ də bir birinə müxalif ola bilirlər."
📌 (Zəhəbi/ Siyəri Əaləmin-Nubələ, 11/371)

Sahib Əsədov

TOVHİD.İNFO
📚Pis zənn haqqında📚

👉🏻 Qasimi " Məhasinut-Təvil" əsərində demişdir: "Araşdırma pis zənnin nəticələrindən olduqda artıq qəlb heç cürə bu zənn ilə qane olmur və araşdırmaq istəyir, sonra da güdməklə məşğul olur. Allahu sübhənəhu və təala pis zənlərin arxasınca getməyi qadağan etdiyini bildirərək buyurmuşdur:

"Bir birinizi güdməyin." (Hucurat, 12)

📌(Qasimi/ Məhasinut-Təvil, 9/3690/ Hucurat, 12)

Şeyx Əbdür-Rəhman əs-Sədi رحمه الله «Teysiri Kərimi-Əl-Mənnan» əsərində bu ayə barəsində deyir: «Doğurdan da pis zənnin qəlbdə qalması onun yiyəsi üçün sadəcə bununla məhdudlaşmır, hətta, o yaraşmayan sözü deməyincə və yaraşmayan hərəkəti etməyincə ona son qoymur.» “Yaraşmayan hərəkət” dedikdə burda güdmək, “Yaraşmayan söz” dedikdə isə qeybət nəzərdə tutulur. Bu, şəriətin nəyə görə bu pis zənn xislətinə qarşı şiddətli olmasını bəyan edir. Qoruyan Allahdır!"

📌(Husnuz-Zan bin-Nəs/səh, 28)

TOVHID.INFO
📙İNSANLARIN ANLAYACAQLARI TƏRZDƏ DANIŞ📙

Əli (Allah ondan razı olsun) demişdir: "İnsanların anlayacaqları tərzdə danışın! Siz heç Allah və Rəsulunun inkar edilməsini istəyərsinizmi?"

📌 (Fəthul-Bari, 1/125)

İbn Məsud (Allah ondan razı olsun) demişdir: "Sən bir toplumun yanında onların ağlının anlamadığı şeyləri danışsan, bu, onlardan bəziləri üçün yalnız fitnə olar."

📌 (Muslim, /14 müqəddimə)

TOVHİD.İNFO
Şeyx Rabi ibn Hədi (Allah onu qorusun) demişdir:
"Sadiq mömin dostluğu və düşmənçiliyi yalnız haqqın üzərində, Allahın kitabı, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəti və sələflərin yolunun üzərində qurur".

📚Bəhcətul-qari (s.78).

©TOVHİD.İNFO
📚ƏDALƏTLİ OLMAĞIN FƏZİLƏTİ📚

Abdullah ibn Amr ibn əl As (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) demişdir: "Ədalətli bəndələr Allah yanında Rəhman (Allahın) sağ tərəfində nurdan olan minbərlər üzərində olacaqlar.
Onlar, hökm verdikdə, öz ailələrinə və tabeçiliyində olanlara qarşı ədalətli olanlardır. - Onun iki əli sağdır." (Müslim: Kitəbul İməra/1827)

TOVHİD.İNFO
📚 Şeyx Rabi əl-Mədxəli (Allah onu qorusun) demişdir:

👉🏻 "Sizə bir-birinizlə mehriban və yumşaq olmağı, qarşılıqlı qardaş olmağı, bir-birinizə rəhmli davranmağınızı tövsiyyə edirəm! İndi - yəni - bu əhli sünnənin öz üzərinə yönəlmiş şiddət ki, var, onlar bu həlak edici şiddətləriylə əhli sünnəyə yönəlib bidət əhlini tərk ediblər! Bu isə özüylə zülm və batil əhkamlara gətirib çıxarır. Sizi qətiyyətlə çəkindirirəm ki, sizi, sələfi dəvəti və onun əhlini həlak edən bu yolu tutmayasınız!"

📌(Şeyx Rabi əl-Mədxəlinin "Sevgi və birliyə həvəsləndirmək, bölünmə və ixtilafdan çəkinmək" adlı səsli mühazirəsindən alıntı. 1425 hicri tarixli səsyazmadan.)

©TOVHİD.İNFO
📚Mülaimlik barədə📚

Allah Elçisi (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: "Yumşaqlığı olan elə bir şey yoxdur ki, bu ona bəzək olmasın. Əgər yumşaqlıq bir şeydən gedərsə, onu (o şeyi) çirkinləşdirər." (Müslim, 2594)

©TOVHİD.İNFO
📚Elm öyrənməyin mərhələləri📚

👉🏻 İbn Abdul-Bərr bir neçə sələflərin belə dediyini rəvayət edir:
- (O sələflərdən Fudeyl ibn İyad, ibnul-Mübarək, Məhəmməd ibn ən-Nadr əl-Hərisi, Süfyan əs-Sövri)

- Deyilmişdir ki, elmin əvvəli dinləmək, sonra susmaq, sonra əzbərləmək, sonra əməl etmək, sonra (ən axırda isə o elmi) yaymaqdır."

📌MƏNBƏ: İbn Abdul-Bərr, Cəmiu Bəyənil-İlm, 1/118 və 1/476-478)

©TOVHİD.İNFO
Şeyx Rabi ibn Hədi (Allah onu qorusun) demişdir:
"Qardaşın bir xəta etsə, ona yumşaqlıqla nəsihət et və ona dəlil və burhan təqdim et ki, bununla Allah ona fayda versin. Yoxsa pusquda oturasan ki, filankəs xəta etsin, sən də durub orada-burada yayasan ki, filankəs belə etdi, elə etdi, bu şeytanların yoludur, sələfilərin yolu deyil!"

📚Bəhcətul-qari, s.107.

©TOVHİD.İNFO
📚Elmdə tələsməmək📚

İbn Abdul-Bərr Yunus ibn Yəziddən rəvayət edir: Mənə ibn Şihab əz-Zuhri dedi:

"Ey Yunus! Sən (tələsməklə) elmin yükünü daşıya bilməzsən. Çünki, elm bir çox vadilərdən ibarətdir. Hansı vadidən elm götürmək istəsən, sən ora çatmamış o elm sənin qarşını kəsər. Lakin, sən o elmi günlərini və gecələrini ona ayırmaqla götür və nə badə elmi birdəfəlik götürməyə çalışasan! Çünki, hər kim ki, elmi birdəfəlik (tez bir zamanda) öyrənmək istəyərsə, (o öyrəndiyi elm) ondan birdəfəlik gedər! Əslində isə elmə yavaş- yavaş, gecələrini və günlərini (uzun bir zaman) ayırmaqla nail olmaq olar!"

📌MƏNBƏ: (İbn Abdul-Bərr/ Cəmiu Bəyənil-İlm, 1/104 və 1/431)

©TOVHİD.İNFO
📚Qardaşlıq haqqında📚

Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) belə buyurdu:

"Sizlərdən biri özü üçün istədiyini (müsəlman) qardaşı üçün istəməyincə (kamil) iman gətirmiş olmaz."

📌(Buxari, kitəbul imən/13 və Müslim, kitəbul imən/45)

©TOVHİD.İNFO
📚AZ DANIŞMAQ BARƏDƏ📚

İmam Malik ibn Ənəs (Allah ona rəhmət etsin) demişdir: "Kim öz danışığını əməlindən saymazsa, danışığı çoxalar. Onlar (bizdən öncəkilər) hər nə gəldi danışmazdılar. (İndi) elə insanlar var ki, bir ayın söhbətini bir saata danışırlar. Rabi ibn Xuseym insanların ən az danışanı idi."

Qeyd: İmam Malik ibn Ənəs hicrətin 93-cü ilində anadan olub, 179-cu ilində vəfat edib - (Allah ona rəhmət etsin.)

📌(Əl-Cami əsəri; imam Əbu Muhəmməd Abdullah ibn Əbi Zeyd əl-Qayravani; səh, 170)

©TOVHİD.İNFO
📚DİLİ QORUMAQ📚

İmam ibn Rəcəb əl-Hənbəli (Allah ona rəhmət etsin) demişdir:

"Artıq bir çox müasirlər çox danışmağa mübtəla olublar. Onlar elə zənn edirlər ki, kimin dini məsələlərdə danışığı, mübahisəsi və düşmənləri çoxalarsa, deməli, o belə olmayanlardan üstündür. Bu isə əsil cahillikdir!..."

Qeyd: İbn Rəcəb əl-Hənbəli hicrətin 736-cı ilində anadan olub, 795-ci ilində vəfat edib - (Allah ona rəhmət etsin)

📌(Fadlu ilmus-Sələf aləl-Xələf/ səh 62 və 65)

TOVHİD.İNFO
📚Oğrunu necə tapdı?📚

Valilərdən biri Əhməd ibn Tulunun yanına iki oğurluqda ittiham olunan şəxsi gətirir. Əhməd ibn Tulun (oğrunu tapmaq üçün) əmr edir ki, ona (şüşədən) olan su bardağı gətirsinlər.

(Şüşə bardağı gətirirlər) O bardağı götürüb qəfildən onların qarşısında sındırır. Onlardan (iki nəfərdən) biri diksinir. Digəri isə yerində möhkəm dayanıb tərpənmir. O diksinən şəxsə deyir ki, "sən get." O birinə isə: (oğurladığın) pulu gətir!..." - deyir.

Ondan soruşurlar ki, bunu (oğrunun kim olduğunu) necə bildin? O dedi:

"Oğru qəlbi qüvvətli olub təlaşa qapılmayan olur.
Günahsız olan şəxs isə əgər bir evdə siçan tərpənsə, onun səsindən təlaşa düşər, bu da onun oğurluq etməsinə mane olar."

(Tərc: Əhməd ibn Tulun oğrunu düz tapmışdı)

📌(Turuqul-Hukmiyyə fi siyəsətiş-Şəriyyə/ İbn Qeyyim əl-Cövziyyə, səh 45)

©TOVHİD.İNFO
📚SƏHƏR VƏ AXŞAM ZİKİRLƏRİNİ UNUTMA📚

Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

"Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!" (Qaf surəsi: 39)

©TOVHİD.İNFO
EHTİYATLI OL!

✍🏻Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
"Kim elmsiz halda dindən danışarsa, yalançı olar, yalan danışmağı qəsd etməsə belə."

📚 Məcmuul-fətəva, 10/449.

©TOVHİD.İNFO
📚Qiyamət günü Allah qatında ən şərli dərəcəsi olan insanlar📚

Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir nəfər Peyğəmbərin yanına daxil olmaq üçün icazə verilməsini istədi. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu:

Ona icazə verin gəlsin. O qövmünün necə də pis övladıdır və ya insanıdır.

O, Peyğəmbərin hüzuruna daxil olduqda Peyğəmbər onunla yumşaq tərzdə danışdı. - Aişə deyir - Ona dedim:

Ey Allahın Elçisi! Ona bu cür sözlər dedin. Sonra onunla bu cür yumşaq tərzdə danışdın?
Buyurdu: "Ey Aişə! Qiyamət günü Allah qatında ən şərli dərəcəsi olan insanlar çirkin əməli səbəbiylə insanların özündən uzaqlaşdığı və ya tərk etdiyi kimsələrdir." (Müslim, 6596)

Buxaridəki ləfzdə isə: "Allah qatında ən şərli dərəcəsi olan insanlar şərrindən qorunmaq üçün insanların tərk etdiyi kimsələrdir." (6032)

İbn Həcər demişdir: (şərrindən qorunmaq üçün) yəni: dilinin çirkin sözlərindən.

Şeyx Abbad (Allah onu qorusun) Müslimdəki hədisin şərhində demişdir: "İnsanlar bu cür insanın dilindən (dilinin şərrindən) qorunmaq, salamat qalmaq üçün onu tərk edirlər."

Əbu Davudda səhih isnadla gələn hədisdə isə: "İnsanların ən şərlisi dilinin şərrindən qorunmaq üçün insanların hörmət etdiyi kimsələrdir." (Əbu Davud, 4792)

Bu üç oxşar ləfzli, lakin eyni mənalı hədislərdə məna aydındır.

İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: Bu hədisdə şərli bir insanın şərrindən qorunmaq məqsədilə o cür insanlarla yumşaq rəftar etməyin icazəli oımasına dəlil vardır. Bu hədisdə Peyğəmbər o şəxsi tərifləmədi (sadəcə onunla yumşaq tərzdə danışdı). Nə onun yanında, nə də o gedəndən sonra onu tərifləmədi. (Şərhu Səhihi Muslim, 16/144)

Qadi İyad (Allah ona rəhmət etsin) bu hədisdəki şəxsin Uyeynə ibn Hısn olduğunu qeyd etmişdir. Hansı ki, islamı dövründə imanı zəif olmuş, Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) vəfatından sonra isə dindən çıxıb mürtədlərə qoşulmuşdu. Peyğəmbər o insan barədə hələ o islamı qəbul etməmişdən bu sözləri demişdi. Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) onu tanımayan insanlara bu insanın halından xəbər verib ona aldanmamaları üçün bu sözləri demişdi. - Bunu imam Nəvəvi Müslimin şərhində Qadi İyaddan nəql etmişdir.

Bu hədisdə Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) o şəxsi tanıması və onun barəsində sözlərinin gerçəkləşməsi Onun Peyğəmbərlik əlamətlərindəndir.

©TOVHİD.İNFO
📚Bir hədis oxuyaq📚

Lənət etmək barədə

"Abdullah ibn Məsud dedi: Allah Elçisi (Allahın ona salavatı və salamı olsun) buyurdu:

"Mömin kimsə tənə edən, lənət edən, əxlaqsız söz danışan və həyasız biri deyildir."

(Tirmizi, 1977)

©TÖVHİD.İNFO
📚Bir hədis oxuyaq📚

Əbu Zərr (Allah ondan razı olsun) dedi: Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurdu:
"Heç bir yaxşılığı kiçik görmə. Hətta, öz qardaşına bir təbəssüm etmək olsa belə."

(Müslim, 6690)

©TOVHİD.İNFO