Təhsildə Keyfiyyət Təminatı Agentliyi
745 subscribers
1.57K photos
162 videos
608 links
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi telegram səhifəsi
Download Telegram
29 mart 2024-cü il tarixində Uşaq-Gənclər İnkişaf Mərkəzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Tural Əhmədov tərəfindən 2023-cü ildə keçirilmiş 13 ali təhsil müəssisəsinin akkreditasiya nəticələrinə dair beynəlmiləlləşmə istiqaməti üzrə tematik hesabatın təqdimatı keçirilib. Ətraflı: https://tkta.edu.az/p/news/c/beynelmilellesme-istiqameti-uzre-tematik-hesabatin-teqdimati-kecirilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər heyətinin vətəndaş qəbulu cari ilin aprel ayı ərzində qeyd olunan qrafik əsasında həyata keçiriləcəkdir. Vətəndaşlar 146-8 Çağrı Mərkəzinə zəng edərək qəbula yazıla bilərlər.

#TKTA #VətəndaşQəbulu
Mart ayı üzrə 313 müraciətçinin 255-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 58 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 11, dövlət nümunəli olmayan diplom üzrə 6, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır. Ətraflı: https://tkta.edu.az/p/news/c/mart-ayi-ucun-taninma-uzre-muracietlerin-statistikasi-826
2 aprel tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Marsol Group arasında görüş həyata keçirilib. Ətraflı: https://tkta.edu.az/p/news/c/tehsilde-keyfiyyet-teminati-agentliyi-ve-marsol-group-arasinda-gorus-bas-tutub
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə Bakı Mühəndislik Universitetinin (BMU) 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni rektor Yaqub Piriyevə təqdim edib. Ətraflı: https://tkta.edu.az/p/news/c/baki-muhendislik-universitetine-akkreditasiya-sehadetnamesi-teqdim-edilib