𝙏𝙞𝙗𝙗𝙞 𝙩𝙚𝙨𝙩𝙡𝙚𝙧 📄
80 subscribers
2 photos
1 video
Download Telegram
Həzm sistemi xəstəlikləri
(Qaraciyər və öd)
Qaraciyər (hepar) – qarın boşluğunda, sağqabırğa altında yerləşir, iki paydan ibarətdir. Sağ və sol paylar.
Funksiyaları – Qaraciyərin vəzifəsi çox müxtəlifdir. Birinci növbədə öd və sidik cövhəri ifraz edir. Məlum olduğu kimi öd onikibarmaq bağırsağa tökülüb,həzm prosesi zamanı sərf olunur. Sidik cövhəri əvvəlcə qana keçir və sonra burdan böyrəklər vaistəsi ilə sidiyin tərkibində xaric olunur.
Qapı venası (VENA PORTAE) qanı ilə qaraciyərə gələn karbohidratlar burada nişasta halında ehtiyat bir məhsul kimi saxlanır və sonra bədənə lazım olduqca üzüm şəkəri halında qana buraxılır. Bundan əlavə qaraciyərdə qırmızı qan kürəcikləri (eritrosit) istehsal olunur. Beləliklə o, qanyaradıcı vəzifə icra edir. Laxtalanmada iştirak edir. (trombosit hazırlayır. Qaraciyər mühafizə vəzifəsində daşıyır – bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələr zərərsiz hala keçir.)

Öd – qaraciyərdə hazırlanır, öd kisəsində toplanır. Öd kisəsi qaraciyərin altında bitşik halda yerləşir 2 cür öd olur. Kisə ödü və qaraciyər ödü, əgər öd kisəsi çıxarılarsa qaraciyər ödü funksiyasını yerine yetirir. Nazik bağırsağa ifraz olunaraq əsasən yağların həzmində iştirak edir. Öd kisəsinin çıxarılması əməliyyatı ^Xolosistektoniya^ adlanır.
Qaraciyər xəstəlikləri – iltihabi xəstəliyi (hepatit), qaraciyərin piylənməsi (hepatosteotoz), qaraciyər xərçəngi qurd xəstəlikləri (Exsinoko qurdu) və.s
Hepatit – müxtəlif səbəblərdən yarana bilər – virus mənşəli. Spirtli içki, siqaret çəkmə, əsasən virus mənşəli olur. Bir neçə virus mənşəli hepatit xəstəliyi var. Hepatit A,B,C,D,E.
Qaraciyər xəstəliklərinin ağırlaşması sirozla nəticələnir. Qaraciyər sirrozu yəni qaraciyər hüceyrələrinin (hepatositlərin) məhv olmasıdır. Bu zaman qaraciyər öz funksiyalarını icra edə bilmir. Əlamətləri – əzginlik, bədəndə göyərmələr xususən gözdə, sarılıq. Qaraciyər sirrozu zamanı qarında maye toplanır. Buna asit deyilir. Qaraciyər zərərli maddələri neytrallaşdıra bilmədiyi üçün zərərli maddələr beyinə təsir edir və nəticədə xəstədə beyin patalogiyası üzə çıxır.
Öd xəstəlikləri – öd kisəsinin iltihabı (xolesistit) öd daşı xəstəliyi – xolesterindən əmələ gəlir.
Ödün bağırsağa axının qarşısı alınarsa (öd yolları daşla,qurdla tutularsa) öd qana qarışır və sarılıq əmələ gəlir. Sarılıq qaraciyər xəstəliyi zamanıda yaranır.

Diaqnostika
1. USM (ultrasəs müayinə)
2. MRT və KT
3 Qanın ümumi analizi
ALT - alaninamintransferaza
AST - aspartatamintransferaza
4. Albumin
Bilirubin fraksiyaları - sərbəst və birləşmiş
5. Virus analizləri:
Hepatit C: Anti - HCV Hepatit A
Hepatit B: HBsAg Hepatit D

#Müalicə
•Hepatoprotektorlar (qaraciyər hüceyrəsini qoruyan )

Fosfolipid – Esenssial, Fosfoqliv
Slimarin – Karsil və Xofitol
Adametionon - 400 mg – Heptral və Legend
Qulutatio ‐ 600 və 1200 – Tad - 600, Tioxon, Novalex, Qlutad
L- ornitin - L- aspartat – Asparan və Hepamers
Lipoy turşusu - 300 və 600 – Tioqamma,Tioktasit, Biomolipon, Famalipon, Oktalipon
Öd hansı orqanda hazırlanır
Anonymous Quiz
6%
Ağciyər
26%
Mədə
59%
Qaraciyər
8%
Bağırsaq
Qaraciyər neçə paydan ibarətdir ?
Anonymous Quiz
12%
4
20%
3
5%
6
62%
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Allah rəhmət eləsin bütün şəhidlərimizə.🥀💔
•Sümük xərçəngi
Tibdə osteosarkoma, el dilində sümük şişi adlı xəstəlik zamanı sümüklərdə və oynaqlarda şişlər görülür.
Uşaq və gənc yaşlarda daha çox rast gəlinən bu xəstəlik bəzən adi bir rentgen çəkimi zamanı təsadüfən aşkarlanır.
Əksərən xoş xassəli olur, xəstəyə heç bir ağrı, narahatlıq vermir və əlaməti olmur.
Lakin bəd törəmələr də ola bilər.
Sümük xərçəngi ilk başda sümük hüceyrələrində baş verən dəyişiklikdən qaynaqlanır. Daha çox ayaq və qollarda özünü göstərir.
Ayaqda dizə yaxın yerdə, diz arxası çökəkdə, qolun çiyin hissəsinda çox yaranır. Nadir halda kürək və çənə sümüklərində də ola bilər.

Əlamətləri:
Uzun müddətli ağrılar, heç bir maz, ağrıkəsici, müalicənin təsir etməməsi, şişkinlik, qızartı, ağrı nahiyəsində əllədikdə hiss olunan kütlə, sərtlik, düyünlük, bununla yanaşı iştahsızlıq, halsızlıq, qızdırma və hərəkətlərdə geriləmə müşahidə olunursa, mütləq rentgen və MRT çəkilməli, onkoloqa müraciət edilməlidir.

Sümük xərçənginin tipləri:
Multipl miyelom – birincili sümük şişidir. Bədxassəlidir. İstənilən sümükdə yaranır və 50 yaşdan sonra üzə çıxır.
Osteosarkoma – yeniyetmələrdə, gənclərdə, sümük böyüyən dövrdə, daha çox ayaq, diz nahiyəsində görülür.
Eşinq sarkomu – 5-20 yaş arası görülür, geniş, yumşaq kütlə ilə birlikdə sümük yayılması olur. Qabırğalarda da rast gəlinir.
Kondrosarkom – 40-70 yaş arasında rast gəlinir. Ayaq və kürəkdə ola bilir.
Metastatik şişlər – sümüyədigər orqanların xərçəngi zamanı sıçrayan şişdir. Bu zaman sümüklər nazikləşir, qırılır.

Kimlər risk altındadır?
Çoxunun səbəbi bilinmir, amma kişilərdə, travma alanlarda, gənc yaşda idmanla düzgün məşğul olmayanlarda, sümükləri normadan tez və çox uzananlarda, sümüklərin digər xəstəliklərində əmələ gəlir.

Müalicəsi:
Diaqnoz qoyulan kimi travmatoloq, onkoloq, radioloq tərəfindən dərman kimya terapiya, şüa, orqan qorumaq şansı olan zaman əməliyyatsız müalicə, mümkün olmadıqda həmin sümüyün götürülməsi aparılır.
Dayaq və hərəkət sistemi (Anatomiya)
Dayaq və hərəkət sistemi — İnsan skeletinin sümükləri birləşdirici toxumanin bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Sümük toxumasından sinirlər və qan damarları keçir. Onun hüceyrələrinin çıxıntıları vardır. Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən ibarətdir. O bərk və sıx olub xassəsinə görə daşa oxşayır. Sümük hüceyrələri və bunların çıxıntıları içərisində hüceyrəarası maye ilə dolmuş çox xırda "kanalciqlarla" əhatə olunmuşdur. Sümük hüceyrələri kanalcıqların hüceyrəarsı mayesi vasitəsilə qidalanır və tənəffüs edir. Dayaq hərəkət sistemini sümüklər və əzələlər təşkil edir. Əzələlər bu sistemin fəal hissəsi olub sümükləri hərəkətə gətirir. Sümüklər isə nisbətən passiv hissəsi olub daha cox dayaq funksiyası yerinə yetirir.
İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır.
Skelet Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır.
İnsan skeleti

Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olaraq sümük toxumasından təşkil olunmuşdur.[1] Bundan əlavə sümükdə başqa toxumalardan təşkil olunmuş törəmələr: sümüküstlüyü, sümük iliyi, damarlar və sinirlər də vardır. Sümüküstlüyü sümüyü xaricdən örtür, sümük iliyi isə onun daxilində yerləşir. Sümüyün oynaq səthləri qığırdaqla örtülü olur. Sümüklər bir-biri ilə birləşdirici toxuma ilə birləşib skeleti əmələ gətirirlər.
Sümüklərin rəngi və formasıRedaktə

Canlı sümüyün rəngi çəhrayı, maserasiya edilmiş, cansız sümüyün rəngi isə ağ olur. Sümük uzun müddət torpaqda qalarsa kül, qumsal yerdə qalarsa kərpici, bataqlıqda qalarsa yaşıl və ya qara rəng alar. Sümüklərin zahiri forması irsi xüsusiyyətdən başqa daşıdığı[2] funksiyadan və əzələ fəaliyyətindən də asılıdır. Əzələlərin dartma qüvvəsi nəticəsində sümüklərin üzərində əzələ bağlanan yerdə hündürlüklər (çıxıntılar, qabarlar və s.) və ya çuxurcuqlar əmələ gəlir. Əzələ nə qədər çox inkişaf edərsə sümük hündürlükləri bir o qədər çox nəzərə çarpar. Sümüklərin formasına əzələ amillərindən başqa xarici orqanların (damar, sinir kötükləri, vəzilər) təzyiqi də təsir edir. Bu zaman onların üzərində şırım, oyma, dəlik və s. əmələ gəlir.
Dayaq - hərəkət
sistemi xəstəlikləri
Bu sistemin xəstəliklərinə travmatik xəstəliklər (sınıqlar, çıxıqlar, oynaqların zədələnməsi, bağların qopması, əzələlərin gərilməsi), iltihabi xəstəliklər, onkoloji xəstəliklər, sümük vərəmi və.s aiddir.

* Sümük toxumasının iltihabına – osteoit
* Sümük və əzələ iltibahına – osteomielit
* Oynaq iltihabına – artrit
* Oynaq və sümük iltihabına birlikdə – osteoartrit
* Oynaqda olan qığırdaq toxumasının dağılmasına - artroz
* Sümük və fəqərə toxumasının dağılmasına – osteoxondroz deyilir
* Fəqərəarası disk yırtığı

•Müalicə
İltihabi xəstəliklərin müalicəsində antibiotiklərdən və QSİƏP dərmanlardan istifadə olunur.
Travmatik xəstəliklərdə isə gips və cərrahi əməliyyat tətbiq olunur.
Sümük vərəmi zamanı sırf vərəm əleyhinə Preparatlardan istifadə olunur.

•Diaqnostika
1. Rentgen
2. KT (komputer tomoqrafiya)
3. MRT
Müayinə nəticəsi zamanı sümüklərin və fəqərələrin adları çox zaman latınca yazılır.
Oynaq iltihabına nə deyilir ?
Anonymous Quiz
26%
Osteoxondroz
26%
Osteoartrit
39%
Artrit
8%
Osteoit
• Vəzi ‐ Vikipediya

Vəzi sekresiya ya ekskresiyaya (ifraz etmək) malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Yunanca aden adlandığından, vəzilərin iltihabına adenit deyilir. Endokrin sistemi daxili sekresiya vəziləri,xatici sekresiya vəzilər, qarışıq sekresiya vəzilərindən meydana gəlmişdir.
•Endokrin sistemi və ya humoral sistem (lat. humor - "maye" deməkdir.) – bədənin müxtəlif hissələrində müxtəlif hormonlar ifraz edən və xususi maddələr yaradan vəzilərin yaratdığı bioloji orqanlar sistemi
°Endokrin sistemində 2 əsas idarə orqanı var. Bunlar ara beyinin 2 hissəsidir.
°Talamus
°Hipotalamus

Daxili sekresiya vəziləri
°Daxili sekresiya vəziləri bədənin xaricinə çıxacaqları olmayan olmayan vəzilərdir. Hipofiz,epifiz,qalxanabənzər vəzi,qalxanabənzər ətraf vəziləri, və böyrəküstü vəzilər bunların nümunələridir.

•Hipofiz – Kəllə boşluğunda,beynin alt tərəfində yerləşən bir vəzidir. Hipotalamusfan xususi bir sap vaistəsi ilə asılmışdır. Hamiləlik vaxtı kütləsi və ölçüləri artır. Ön,orta bə arxa paydan ibarətdir. İnsanda boyun inkişagına, cinsiyyət sisteminə təsir göstərir.
Hazırladığı hormonlardan biri somatotropdur.
• Epifiz və ya əzgiləbənzər vəz: Kəllə boşluğunda yerləşir. Vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır. "Bioloji saat" rolunu oynayır. Yəni, bu orqanın sayəsində günün saatları və yuxu rejimi tənzimlənir. Melatonin adlanan hormon hazırlayır. Epifiz vəzinin daha bir xususiyyəti onun orqanizimin xəstəliklərə qarşı müqavimətinin artırılmasındakı roldur.
Lakin işıq rpifiz vəzinin bu sahədə gücünü zəiflədir. Buna görədə, kor insanlar işıq şüasını görmədiyi üçün onların xərçəng xəstəliyinə yaxalanma riski yoxdur.

• Qalxanabənzər vəzi: Bir əddədir. Boyinun ön və alt hissəsindədir. Bu, traxeyanın qarşısında yerləşir. Aşağı ayaqları qısa "H" hərfi şəkilindədir.
Vəzinin ifrazı orqan və yod metobolizimlərini tənzimləyir. Tiroksin hormonunu ifraz edir. Qalxanabənzər vəzi P (Fosfor) və Ca (Kalsium) miqdarını da normada saxlayır. Bunun üçün kalsitonin hormonu ifraz edir.
° Analizlər: TSH(trioid stimullaşdırıcı hormon)
T3 - triyodtironin
T4 - tiroksin
° Xəstəliyi zamanı istifadə olunan dərman:
Levotiroksin (L - tiroksin ) 25,50,75,100,150 mg
•Qalxanabənzər ətraf vəziləri: Qalxanabənzər vəzinin arxasındadır. Qalxanabənzər ətraf vəziləri kalsium mübadiləsini tənzimləyir və qanda kalsium səviyyəsini sabit saxlayır. Hormonu parathormon adlanır.
°Böyrəküstü vəzilər: Böyrəklərin üst hissəsində yerləşdikləri üçün belə adlandırılmışdır. Böyrəküstü vəzilər karbohidrat, yağ,zülal mübadiləsinə nəzarət edir, züllaların karbohidratlara çevrilməsinə kömək edir,duz və su mübadiləsini tənzimləyit. 2 qatdan ibarətdir qabıq və beyin qat
•beyin qat – adrenalin və noradrenalin.
•qabıq – kortikosteroidlər hazırlanır.

•Timus və ya çəngələbənzər vəz: Döş boşluğunda,traxeyanın qarşısında iki ağciyər arasında olan daxili bir vəzdir. İnsanda ölçüsü 3 yaşa qədər artır. Bu yaşdan sonra kiçilməyə başlayır. 15 yaşınadək uşağlarda olur. Sonra redukasiya edərək piy toxuması ilə əvəz olunur. Endokrin sisteminin bronxiogen vəzilərindədir. Yetkinlik yaşına çatmayanlarda bu vəzinin götürülməsi inkişafı gecikdirir. Yetkin insanda isə kiçilmemesi normal deyil. Çəngələbənzər vəzi immun sisteminin formalaşmasında mühüm rol oynayır.
•Xarici sekrasiya vəziləri
Xarici sekrasiya vəzilərinin axacaqları bədən xaricinə olduğundan brlə adlandırılır. Bunlara ağız suyu vəzisi,tər vəzisi,süd vəzisi,mədə,qaraciyər,göz yaşı vəziləri,pi vəziləri,qulaq kiri vəzisi və.s misal göstərilə bilər.
Xarici sekrasiya vəzilərinin qurluşu: Vəzi hüceyrəsi;vəzi axacağı;vəzi dəliyi;
Ağız suyu vəzisi: Bu vəzi ağız suyu ifraz edir. Bunun sayəsində dadalma yaranır. Tüpürcəyin mikroblara qarşıda funksiyasıda vardır. Ağız suyu vəzisi yerləşməsinə görə 3 cür olur. dilaltı vəzi,çənəaltı vəzi, qulaqaltı vəzi. Ağız suyu vəzisinin hər bir qrupundan 1 cütdür.
Tər vəzisi: Tər vəzisi – tər ifraz edir ki,bu da bədənin tempratorunun aşağı salınmasında böyük rol oynayır. İnsan 2 kv.m dəri səthi boyu yayılmışdır və insanda iki milyona (2000000) qədər tər vəzisi vardır. Tər vəziləri dəqiqədə 1 ml tər ifraz edir. Bu ədəd gün ərzində 12 litrdir.
Süd vəzisi : Bu vəzi südün ifraz olunmasında rol oynayır.
Göz yaşı vəziləri: Göz yaşı ifraz edir. Bunun əhəmiyyəti gözə düşən yad cisimləri uzaqlaşdırmaqdır. Həmçinin qırpma vaistəsi ilə gözün qurumasının da qarşısını alır.
Piy vəziləri: Piy yaranmasında iştirak edir. Piy orqanizimin qida ehtiyyatınl saxlayır. Lakin bu vəzinin artıq ifrazı piylənməyə səbəb olur. Həmçinin tükləri elastik və parıltılı edir. Axacaqları tüklərin soğanaqlarına açılır.
Endokrin sistemində neçə əsas idarə orqanı var ?
Anonymous Quiz
24%
4
44%
2
18%
3
14%
1
Qalxanabənzər vəzi neçə əddədir ?
Anonymous Quiz
11%
beş
32%
üç
44%
bir
13%
dörd
Kəllə boşluğunda,beynin alt tərəfində yerləşən bir vəzidir.
Anonymous Quiz
34%
Epifiz
19%
Qalxanabənzər vəzi
45%
Hipofiz
2%
Böyəküstü vəzilər
•Sidik-ifrazat sistemi
•Maddələr mübadiləsinin son məhsulları ardıcıl olaraq qana,limfaya və toxumalararası mayeye keçir. Bu maddələr qaz və maye halında olur. Karbon qazı ağciyərlər vaistəsilə bədənmizdən,çıxarıldığı halda, sidik cövhəri,fosfat turşusununduzları, suda həll olmuş xörək duzunun artdığı bədənmizdən əsasən böyrəklər vaistəsilə çıxarılır.
Bu maddələrin az bir hissəsi isə dəri vaistəsilə bədəndən xaric edilir.

•Bu maddələr orqanizimdə toplandıqda onu zəhərləyə bilər. Beləliklə,ifrazat prosesi nəticəsində orqanizimin daxili mühiti daima təmiz saxlanır. Orqanizimdə olan artıq su və onda həll olmuş parçalanma məhsulları, əsasən sidik formasında böyrəklər vaistəsi ilə xaric olunur.

•Sidik-ifrazat üzvlərinin əsas hissəsini bel nahiyyəsində yerləşmiş bir cüt böyrəklər — lat renes təşkil edir.
Bunlardan ifraz olunan sidik, sidik axarları — lat ureters adlanan uzun axacaqlar vaistəsilə axaraq kiçik çanaqda sidik kisəsinə — sidik kanalı — lat urethra başlayır və sidiyi xaricə çıxarır. Qadınlarda sidik kanalı qısa və sadə qurluşa, kişilərdə isə uzun və mürəkkəb qurluşa malik olur.
•Böyrəklər qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Xarici səthi hamardır. Hər böyrəyin basıq tərəfindən 1 ədəd nazik sidik axarı çıxır.
•Böyrək iki qatdan əmələ gəlmişdir.tünd rəngli xarici və nisbətən açıq rəngli daxili qatdan
•Sutka ərzində böyeəklərdə orta hesabla 1500 - 1700 litr qan keçir və bunun nəticəsində təxminən 1,5 litr sidik əmələ gəlir.Böyrəklərdə sidiyin əmələ gəlməsi prosesi onun xarici qatında olan kapsullardan başlayır.
•Sidik kisəsi - burada sidik toplanır, 150ml sidik toplandıqda sidik ifrazı hissi yaranır,300ml olduqda isə ağrı hissi yaranır.

•İfrazat orqanlarının ən geniş yayılmış xəstəliklərinə onların zədələnmələri, iltihabı, vərəmi, xərçəngi, böyrək daşları və sidik kisəsi daşları aiddir
•Böyrəklərin travması, zədələnməsi zamanı ilk əlamət güclü ağrının olmasıdır; bel nahiyyəsində qızartı, şişkinlik, qanla qarışıq sidik ifrazı müşahidə edilir.
Böyrəyin zədələnmələrində şok və daxili qanaxmalar olması təhlükəlidir.
•Xəstənin tez xəstəxanaya uerləşdirmək və şoka qarşı mübarizə aparmaq lazımdır . Böyrək nahiyyəsinə buz, qankəsici vaistələr,antibiptiklər təyin edilir.
İltihabi xəstəlikləri - ümumi əlamətləri - iltihabın baş verdiyi orqnda ağrı, tempuratorun yüksəlməsi.
•Böyrəklərin iltihabi xəstəlikləri orqanizimin infeksion xəstəliyə tutulması və ya infeksiyanın sidik kissəsinə keçməsi nəticəsində törənir.
•Pielonefrit - Böyrəyin iltihabi xəstəliyi. Xəstəlik birdən - birə qabırğa altında və beldə ağrılarla başlanır, qusma müşahidə edilir, tempurator yükselir,ürəkbulanması, üşütme verir. Böyrək böyüyür, əllə yoxladıqda ağrılı olur.
•Sidikdə və qanda dəyişiklik baş verir. Xəstəlikvaxtında və düzgün müalicə edilməzsə, xronik formaya keçə bilər.

•Böyrəyin və sidik axarlarının daşları. İlkin və ikincili böyrək daşları ayırd edilirꓹilkin(aseptik) daşların əmələ gəlməsi orqanizimdə mübadilənin pozulması ilə əlaqədardır. İkincili (infeksiyalaşmış) daşlar sidik ifraz edən orqanlarda infeksiyanın səbəb olduğu yerli zədələnmələr nəticəsində əmələ gəlir.
•Daşların ölçüləriꓹforması və miqdarı çox müxtılifdir. Çox vaxt böyrəklərdə çoxlu daşlar müşahidə olunurꓹbəzən onların miqdarı onlarla hətta yüzlərlə olur.
•Sidikdaşı xəstəliyinin simptomları böyrək sancılarıꓹbel nahiyyəsində ağrıꓹhematuriya(sidikdə qan) piuriya (sidikdə irin) və xırda daşların sidiklə xaric olması.
•Sistit və ya sidik kisəsinin iltihabı
Yanığların neçə növü var ?
Anonymous Quiz
46%
3
10%
2
43%
4
1%
1
The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 28 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 19 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.