Tender-Satınalma-Təchizat (TST)
848 subscribers
213 photos
13 videos
22 files
229 links
💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri

📌 www.tst.com.az
👥 https://t.me/TST_qrup
Download Telegram
🆕 Yeni məqalə - Dövlət satınalmalarına necə qoşulaq

Dövlət satınalmalarında iştirak etmək istəyən təchizatçılar üçün zəruri məlumatlar və aidiyyəti mənbələrə istinadlar

https://www.tst.com.az/post/dovlet-satinalmalarina-nece-qosulaq
Satılıb qurtarmış "Hər kəs üçün satınalma" və "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminləri lüğəti" kitablarımız yenidən Libraff mağazalar şəbəkəsinə təqdim edildi. Libraff Gənclik Mall filialından əldə edə və ya onlayn sifariş edə bilərsiniz.

Kitabları eyni zamanda həftəiçi 10-18.30 arası votsap nömrəsi ilə əlaqə saxlamaqla Hökumət Evi tərəfdən birbaşa və ya şəhər içi göndərilmə ilə əldə edə bilərsiniz.
Dövlət satınalmalarının vahid internet portalı - “Etender.gov.az” yeniləndi

Etender.gov.az” - dövlət satınalmaların vahid internet portalının istifadəçi interfeysi və funksionallığında dəyişikliklər edilib. Yeni interfeysdə məlumatların əlçatanlığı və istifadəçi rahatlığı nəzərə alınaraq bir sıra yeniliklər tətbiq edilib.

Qeyd edək ki, 1 mart 2019-cu il tarixindən istifadəyə verilən portal dövlət investisiyaları vəsaiti hesabına həyata keçirilən müsabiqələrdə geniş rəqabət mühitinin yaradılmasına və satınalma prosedurlarında şəffaflığın təmin edilməsinə xidmət edir.

Cari dəyişikliklərin tam siyahısı aşağıda:
• Müsabiqələrin paylaşılması üçün fərdi keçidlər formalaşdırılmışdır;
• Müsabiqə elanlarının məzmununun dizaynı təkmilləşdirilmişdir;
• Mobil versiya yaradılmışdır;
• Tez-tez verilən suallar bölməsinin məzmunu yenilənmişdir və axtarış imkanı yaradılmışdır;
• Ətraflı axtarış bölməsi təkmilləşdirilmişdir;
• Satınalan təşkilatın adının axtarışı təkmilləşdirilmişdir;
• Qanunvericilik bölməsindəki məlumatlar yenilənmişdir;
• Müraciət üçün əlaqə bölməsi təkmilləşdirilmişdir;
• Statistika bölməsi əlavə edilmişdir;
• Portalın Dövlət Xidmətinin rəsmi səhifəsi ilə uyğunluğu təmin edilmişdir.

https://competition.gov.az/az/post/592/dovlet-satinalmalarinin-vahid-internet-portali-etendergovaz-yenilendi
Son günlərdə trendə çevrilən İctimai TV-də yayımlanmış Əqrəb mövsümü serialında əsas mövzulardan biri tenderlə bağlı idi. Həmin səhnələr Youtube kanalımıza yerləşdirilib.

(Baxmayanlar üçün bu hissə spoiler olacaq)
Ssenariyə görə serialın baş qəhrəmanlarından biri tikinti maqnatı Qurban hansısa parkın abadlaşdırılması üzrə tender qazanıb daha sonra hansısa səbəbdən yarım qalıb ya da ikinci hissəsi üçün tenderə hazırlaşır. Onun isə rəqibi, köhnə subpodratçısı da eyni tenderdə iştirak etmək planlayır. Lakin Qurban həmin tenderlə bağlı mühüm sənədlərə malik olduğu, satınalanı yaxşı tanıdığını, buna görə də uduzmaq ehtimalı olmadığına əmin olur. Ancaq rəqib şirkət həmin sənədləri ələ keçirir və tenderin qalibi olur.
(spoiler bitdi)

...
Tender-Satınalma-Təchizat (TST)
Son günlərdə trendə çevrilən İctimai TV-də yayımlanmış Əqrəb mövsümü serialında əsas mövzulardan biri tenderlə bağlı idi. Həmin səhnələr Youtube kanalımıza yerləşdirilib. (Baxmayanlar üçün bu hissə spoiler olacaq) Ssenariyə görə serialın baş qəhrəmanlarından…
Açığı mövzu kriminallaşdırılsa da reallıqda qeyd edilən məsələ, yəni ehtimal məbləğə dair məlumatlara sahib olma hər hansı müsabiqədə qalib olmaq üçün nəyinki 90% heç 10% də üstünlük vermir. Çünki istənilən halda ehtimaldan aşağı kifayət qədər təklif verənlər olduğu üçün bu nəyisə dəyişdirmir. Sadəcə ehtimaldan yuxarı verib kənarlaşmanın ehtimalı 0 olur. Bu aralığı da bu gün elektron müsabiqələrdə iştirak haqqına görə rahatlıqla müəyyənləşdirmək olur.

Digər tərəfdən Qurban satınalanın nə istədiyini yaxşı bildiyini qeyd edir. Bu sövdələşmə faktına gətirə bilir, belə ki əgər satınalan tenderin əsas şərtlər toplusunda bütün məlumatları hər kəs üçün bərabər şərtlərlə paylaşdırmayanda və ya təhrif edərək (bax: iş həcminin şişirdilməsi) paylaşdıqda bu digər iştirakçıların rəqabət qabiliyyətini kifayət qədər aşağı salır. Lakin bu halda belə bacarıqlı təchizatçı satınalanın planlarını poza, əskik və ya təhrif edildiyini düşündüyü məlumatları aydınlaşdırmaq üçün satınalana müraciət edib bunu tələb edə bilər.

Qısacası mövzu daha çox mif üzərindən qurulub lakin istənilən halda görünür tenderlər bir çox ölkədə skandallar yaratdığı kimi populyar mədəniyyətdə bu formada təşəkkül tapıb və mifləri gücləndirir. Bu postu paylaşmaqda da məqsəd belə məlumatları olduğu kimi qəbul etməyib bu sahədə fəaliyyət göstərən tərəfləri hətta bu tip hadisələr reallıq belə olsa onları sorğulamağa və mifləri dağıtmağa təşviq etməkdir.
🆕 Dövlət satınalmalarının təşkili təliminin interaktiv Udemy kursu istifadəyə verildi!
Tender-Satınalma-Təchizat (TST)
🆕 Dövlət satınalmalarının təşkili təliminin interaktiv Udemy kursu istifadəyə verildi!
📼 Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin (a) beynəlxalq praktika və (b) qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə A-dan Z-yə ətraflı izah edildiyi 01 oktyabr - 12 noyabr və 6 aprel-14 may tarixlərində əyani keçirilmiş 25-30 saatlıq "Dövlət satınalmalarının təşkili (geniş)" təlimlərinin canlı səs və görüntü qeydlərindən formalaşdırılıb.

⏱️ Ümumilikdə təlimin müddəti 15 saat təşkil edir və istənilən vaxtda rahatlıqla izləyə bilərsiniz. Kursa yazılanlar həmçinin 21 sənəddən ibarət Dövlət satınalmaları haqqında qanunvericilik toplusunu da ÖDƏNİŞSİZ əldə edəcəklər.

💡 Ənənəvi Udemy kurslarında fərqli olaraq cari kursu bitirənlər üçün 15-20 nəfərlik qruplar formasında 3 aydan bir canlı və onlayn formatda 3-4 saatlıq sual-cavab sessiyasının təşkili və əyani imtahanların keçirilərək sertifikat verilməsi nəzərdə tutulub.

💳 Kurs ödənişini MilliÖn / e-Manat və ya Card-to-Card ilə edənlərə 2️⃣0️⃣₼ endirim (=320₼) tətbiq olunur. Bundan başqa 10 gün ərzində (6 aprel tarixinə qədər) qeydiyyatdan keçənlərə əlavə olaraq 2️⃣0️⃣₼ endirim şamil ediləcək!
Tender-Satınalma-Təchizat (TST)
Tender-Satınalma-Təchizat veb səhifəsinin, o cümlədən sosial şəbəkə hesablarının idarə edilməsinə aktiv dəstək göstərmək üçün xüsusilə satınalma, dövlət satınalmaları, təchizat zəncirinin idarə olunması kimi sahələrə marağı olan dinamik gənclər-tələbələr (1…
🏁 TST Könüllüsü axtarışımız yekunlaşdı!

Elanda verilən tələbələrimizə uyğun olaraq, qeyd edilən işlər üzrə bizə bundan sonra Əhməd Rza dəstək göstərəcəkdir. Onu təbrik edir, əməkdaşlığımızın səmərəli və effektiv olmasını arzu edirik!

🙏 Müraciət göndərən hər kəsə təşəkkür edirik!
🔃 Son 2 ay ərzində (16.02.2023-cü il tarixindən etibarən) "LinkedIn"in Azərbaycan seqmentində satınalma icmasının
♻️ TST KARYERA YENİLİKLƏRİ (I)

🔃 Leyla Abbasova ➡️ A2Z Technologies'də "Procurement specialist" vəzifəsindən "Procurement team leader" vəzifəsinə yüksəlmişdir (fevral 2023)
🆕 INTIZAM NOVRUZOV ➡️ Restoration, Construction and Management Service in the Karabagh Economic Region'da "Head of procurement division" vəzifəsində işə başlayıb (fevral 2023)
🆕 Vagif Manafli ➡️ ATS Food LLC'də "Head of procurement" vəzifəsində işə başlayıb (fevral 2023)
🆕 Ulvi Kazimov, CIPS ➡️ Grand-Agro LLC'də "Procurement specialist" vəzifəsində işə başlayıb (fevral 2023)
🆕 Elchin Amirov ➡️ JW Marriott Absheron Baku'da "Purchasing manager" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Araz Alizade ➡️ Baku Engineering Supplies Ltd'də "Senior Procurement and Supply Chain Specialist" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Tarlan Aliverdibekov ➡️ RAM Holding'də "Procurement and Supply Specialist" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Aydan Hasanova ➡️ Azerbaijan Airlines'da "Procurement specialist" vəzifəsində işə başlayıb (mart 2023)
🔃 Gunel Mustafayeva,CIPS ➡️ PMD Projects LLC'də "Leading procurement specialist" vəzifəsindən "Procurement team leader" vəzifəsinə yüksəlmişdir (mart 2023) 💥
🆕 Murad Teymurlu➡️ RAM Holding'də "Head of Internat Procurement Department" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Leyla Abdullazade ➡️ PMD Projects LLC'də "Procurement specialist" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Rovshan Karimov ➡️ Spark Beton MMC'də "Head of procurement division" vəzifəsində işə başlayıb (mart 2023)
🔃 Orxan Abıyev ➡️ Azercosmos'da "Lead procurement specialist" vəzifəsindən "Procurement team leader" vəzifəsinə yüksəlmişdir (mart 2023)
🆕 Nazmiyya Ibadova ➡️ SOCAR Polymer'də "Procurement officer" vəzifəsində işə başlayıb (mart 2023)
🔃 Vugar Shukurov ➡️ AZCD Group CSJC'də "Leading procurement specialist" vəzifəsindən "Procurement manager" vəzifəsinə yüksəlmişdir (mart 2023)
🆕 Amina Nasirli ➡️ Lux Tires'də "Procurement specialist" vəzifəsində işə başlayıb (mart 2023)
🔃 Nijat Abdullazade ➡️ SR Group Co'da "Procurement specialist" vəzifəsindən "Procurement manager" vəzifəsinə yüksəlmişdir (mart 2023)
🆕 Gahraman Abbasov , CIPP ➡️ STP'də "Procurement manager" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Anar Abbasov, MBA ➡️ Terra Pharm'da "Procurement specialist" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Faiq Seyidbeyli ➡️ Azerbaijan Airlines'də "Leading procurement specialist" vəzifəsində işə başlayıb (mart 2023)
🔃 Valida Aliyeva ➡️ Bravo Supermarket Azerbaijan'da "Procurement team lead" vəzifəsindən "Procurement manager" vəzifəsinə yüksəlmişdir (mart 2023)
🆕 Nigar Gasimzade ➡️ Bravo Supermarket Azerbaijan'da "Procurement coordinator" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Elchin Hasanov ➡️ "SARA INVEST Holding" LLC'də "Group procurement manager" vəzifəsində işə başlayıb (mart 2023)
🔃 Javidan Hasanov ➡️ Bravo Supermarket Azerbaijan'da "Procurement specialist" vəzifəsindən "Senior Procurement specialist" vəzifəsinə yüksəlmişdir (mart 2023)
🆕 Ashraf Yusifli ➡️ Azər Yem Sənayə MMC'də (PMD Group LLC) "Procurement specialist" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Salima Jalilova Bakar, MSc, MBA, MCIPS ➡️ Turkcell'də "Expert Network Procurement Category Manager" vəzifəsində işə başlayıb (mart 2023) 💥
🆕 Orkhan Farajullayev ➡️ Azerbaijan Airlines'də "Procurement specialist" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Gunduz Karimli ➡️ NH GROUP MMC'də "Supply director" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Elnara Maharramova ➡️ Kapital Bank'da "Junior procurement specialist" vəzifəsində işə başlayıb (mart 2023)
🔃 Emin Sadigov ➡️ bp'də "Infrastructure Procurement Senior Manager" vəzifəsindən "PSCM Category Delivery Manager Operations" (İraq) vəzifəsinə keçmişdir (mart 2023)
🔃 Vusal Jabbarov ➡️ PMD Hospitality'də "Procurement specialist" vəzifəsindən "Lead procurement specialist" vəzifəsinə yüksəlmişdir (mart 2023)
🆕 Fizuli Yolçiyev ➡️ Zeytun Pharmaceuticals MMC'də "Senior procurement manager" vəzifəsində işə başlayıb (mart 2023)
🆕 Farig Farzaliyev ➡️ PMD Group LLC'də "Head of procurement" vəzifəsində işə başlayıb (yanvar 2023) 🕔
🆕 Aynur Mаmmаdova ➡️ P&M LLC'də "Procurement specialist" vəzifəsində işə başlayıb (oktyabr 2022) 🕔
🆕 Gunel Bayramzadeh ➡️ FAO'da "Procurement support specialist" vəzifəsində işə başlayıb (may 2022) 🕔
🆕 Fidan Mamedova ➡️ Umid Babek Operating Company'da "Senior Procurement specialist" vəzifəsində işə başlayıb (avqust 2022) 🕔
🆕Bekir Osmanov ➡️ Hotels Group'da "Group purchasing manager" vəzifəsində işə başlayıb (dekabr 2022) 🕔
🆕Sabir Hajiyev ➡️ Azersun Holding'də "Senior procurement specialist" vəzifəsində işə başlayıb (iyun 2022) 🕔

Linkedin paylaşımlarına keçid
♻️ TST KARYERA YENİLİKLƏRİ (I)
♻️ TST KARYERA YENİLİKLƏRİ (II)

🎉Hər birini təbrik edir və yeni işlərində uğurlar arzu edirik!
Tipik İqtisadçı-Ekspert səhifəsi tərəfindən Bakı Metropoliteni QSC haqqında paylaşılan xəbər və şərh diqqətimizi çəkdi bir az araşdırdıq həm yazılan məlumatın, həm məzmunun xətalı olduğu aşkar oldu.
Əvvəlcə şərhə fikir bildirək, "Bir mənbədən üsulu ilə satınalınmasına dair tender elanı" deyə bir anlayış yoxdur. Tender sözünün qanundakı izahı "satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə"dir (hərçənd qanunda tender əksər hallarda metod olaraq keçir, qarışıqlıq var). Bir mənbədən isə bir satınalma METODudur və bu metod ilə satınalma zamanı hər hansı elan yerləşdirilmir. Güman ki, bu metodun seçilməsinin əsası metro vaqonlarının əksəriyyətinin Rusiya istehsalı olması səbəbindən modernizasiya işlərinin də istehsalçı apardığından qanunun 21.1.1-ci maddəsində göstərilən səbəb(satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda) olub.
Xəbərə gəlincə isə, xəbərdə hər hansı sayta istinad edilməsə də eyni məzmunlu xəbəri Olke.azXeberFakt AZ saytları paylaşıb. Ancaq hər iki xəbərdə də başlıq ilə məzmunda uyğunsuzluq var. Başlıqda 60 milyon avro yazılsa da məzmunda 59.902.120 rus rublu dəyərində satınalma müqaviləsi imzalandığı qeyd edilir. Bu məbləğ isə təxminən 690 min avro edir (qeyd edilən rəqəmdən 100x dəfə az!).
💼 Veb səhifəmizin vakansiya bölməsində son 1 ay ərzində dərc edilmiş müxtəlif mənbələrdən toplanmış 46 aktiv iş elanı yerləşdirilib 🔥

Procurement Contract Specialist - Baku Steel Company
Procurement and Logistics Officer - Smape srl
Qeyri əczaçılıq məhsullarının alışı üzrə təcrübəçi - Avromed Company CJSC
Təchizatçı (Gürcüstan) - Körpü-Bina Tikinti
Tədarükçülərin idarəolunması üzrə baş mütəxəssis - PMD Group LLC
Təchizat üzrə mütəxəssis - Euroline QSC
Təchizat üzrə Mütəxəssis - Qafqaznet LLC
Satınalma, təchizat və logistika şöbəsinin aparıcı mütəxəssisi - Azərbaycan Sənaye Korporasiyası ASC
Təchizat üzrə baş mütəxəssis - AMO Group
Təchizatçı (Aparıcı mütəxəssis) - Araz Supermarket MMC
Təchizat və logistika üzrə mütəxəssis - Arsenal Yanğın Söndürmə Sistemləri MMC
Satınalma və logistika işləri üzrə baş mütəxəssis - "Avromak" MMC
Logistika və təchizat şöbəsinin mütəxəssisi - Agroline AZ MMC
Beynəlxalq satınalma üzrə mütəxəssis - Modern Engineering Bureau of Azerbaijan
Təchizat üzrə menecer - Xaçmaz Aqropark
Təchizat üzrə supervisor - "SARA INVEST Holding" LLC
Satınalma mütəxəssisi - Aral Group Baku
Anbardar - AZCD Group CSJC
Inzibati Işləri Üzrə Satin Alma Mütəxəssisi - Bayraktar Technologies Azerbaijan
Lojistika Anbar Mütəxəssisi - Bayraktar Technologies Azerbaijan
Gömrük işləri üzrə mütəxəssis - "Avromak" MMC
Logistika mütəxəssisi - Autolux Azerbaijan
Anbardar - Green Cleaning MMC
Təchizat üzrə köməkçi - Viafood
Logistika (karqo) üzrə Təcrübə Proqramı - Safe Express
Təchizat üzrə mütəxəsis - FDI International
Təchizat üzrə menecer - Yalama Agropark LLC
Satınalma üzrə mütəxəssis - Cyberpoint
Satınalma üzrə aparıcı mütəxəssis - Kontakt Home
Satınalma üzrə mütəxəssis - Kristal Absheron
Ehtiyat hissələri üzrə xarici satınalma mütəxəssisi - Nurgun Holding
Təchizatçı - Finivo Project
Satınalma üzrə mütəxəssis - Nurgun Holding
Procurement Specialist - Providence Doytch Group (PDL)
Satınalma üzrə mütəxəssis - Zəhmət - Ruzi MMC
Xarici Satınalma Mütəxəssisi - Agro-West DC
Anbardar - Veysəloğlu-Rossmann SDP
Logistika üzrə mütəxəssis - MKT Cotton LLC - The cotton brand name of Azerbaijan
Logistics Manager - Baku Steel Company
Специалист по закупкам - Restaurants by Emin Agalarov
və digərləri

↪️ Elanların məzmunu və müraciət vasitələri ilə bağlı veb səhifəmizin vakansiya (Elan>İş elanı) bölməsində tanış ola bilərsiniz
Tender-Satınalma-Təchizat (TST) pinned «📼 Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin (a) beynəlxalq praktika və (b) qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə A-dan Z-yə ətraflı izah…»
🆕 Dünya Bankının (The World Bank) 2023-ci mart ayında "Təchizat Zəncirinin İdarə olunması: satınalma mütəxəssisləri üçün giriş və praktiki alətlər" (Supply chain management: Introduction and practical toolset for procurement practitioners) adlı təlimatı dərc olunub.
📌 Dövlət satınalmaları sahəsində çalışan peşəkarlar üçün möhtəşəm tədbir!

🗓 Yalnız 1 gün, 20 may tarixində, Holiday Inn Baku-da!

📜 Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və əlaqədar qanunvericilik sənədləri (a) beynəlxalq praktika və (b) qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə bu sahədə peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə edilərək və qərar vermə üçün vacib məqamlar müfəssəl təhlil edilərək praktiki vəziyyətlər və problemlərlə bağlı interaktiv sual-cavab formatında tam günlük hər şey daxil "Master class" keçiriləcəkdir!

🗣 Moderator-təqdimatçı: Elşən Həsənov

Ətraflı məlumat və qeydiyyat üçün veb səhifəmizə daxil olun!

Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin!