Tender-Satınalma-Təchizat (TST)
833 subscribers
211 photos
13 videos
22 files
226 links
💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri

📌 www.tst.com.az
👥 https://t.me/TST_qrup
Download Telegram
Ötən ayın əvvəlində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "Qarınqulu" adlı animasiya layihəsinin müsabiqədən kənar birbaşa formada Balta (balta.az) animasiya filminin yaradıcı heyətinin olduğu Crambone Inventive League-in iştirak etdiyi "Salnamə" studiyasına 400 min manata verilməsi barədə NME şirkətinin direktoru Nicat Manafov tərəfindən iddia paylaşılmışdır. İddia müəllifi eyni zamanda bildirib ki, bu işi 190 min manata icra edə bilər və büdcə şişirdilib.

Məsələ ilə bağlı bir neçə xəbər kanalında məlumatlar paylaşılıb (Kulis az, Arqument.az, Qaynarinfo və s.). Eyni zamanda Nazirliyin rəsmi açıqlamasında satınalma prosedurlarının satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərə (podratçılara) şamil edilmədiyi bildirilmişdir (!).

Məsələ dövlət satınalmaları ilə bağlı olduğundan qanuni nöqteyi nəzərdən açıqlama verib məsələyə aydınlıq gətirək. Açıqlamada istinad edilən məsələ "Dövlət satınalmaları haqqında" AR Qanununun 13.1-ci maddəsinə (Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir) aiddir və bu maddədə qeyd edilən məsələnin Nazirliyin iddiası ilə əlaqəsi yoxdur. Belə ki, maddədə qeyd edilib ki əgər satınalan təşkilat açıq tender, kotirovka, təkliflər sorğusu kimi ən az 3 iddiaçının iştirakı ilə müsabiqə keçirdiyi təqdirdə satınalan təşkilatdan asılılığı olan iddiaçı bu müsabiqədə iştirak edə bilməz, çünki maraqların ziddiyyəti yaranır. Eyni zamanda Qanunun 21.1.1-ci maddəsində qeyd olunub ki, satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda bu halda müvafiq icra hakimiyyəti orqanının (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - AİBNDX) təsdiq etməsi şərtilə (DSQ 17.3 və 21.1) bir mənbədən satınalma üsulu tətbiq edilə bilər. Yəni əgər Mədəniyyət Nazirliyi gördürmək istədiyi işin tabeliyində olan "Salnaməfilm" studiyasından başqa heç kimin edə bilməyəcəyi, onun alternativi olmadığı qənaətinə (NME bu işi görə biləcəyini iddia etməsi artıq bu qənaətin yanlış olduğunu göstərir) gələrsə yalnız AİBNDX-dan icazə aldıqdan sonra "Salnaməfilm" ilə müqavilə bağlayıb sifariş verə bilərdi. Bu qaydanın əksini göstərən Qanun səviyyəsində hər hansı başqa sənəd yoxdur, olsa belə bir-birinə ziddi iki hal olduqda Qanun digər hüquqi sənədlərdən üstün sayılacağı üçün Qanunda yazılan tələb yerinə yetirilməlidir. Əgər qeyd olunmayan başqa hal yoxdursa bu qaydanın tətbiq edilməməsi açıq qanun pozuntusudur.
13-14 iyun tarixlərində Dövlət Satınalmalarının Araşdırma Qrupu (Public Procurement Research Group - PPRG) tərəfindən Notinqhem Universitetində 11-cisi təşkil edilən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, əsasən də Dövlət satınalmalarına nəzarət şöbəsinin əməkdaşları (Şöbə rəhbəri - Əhməd Həsənov, Şöbə rəhbərinin müavini - Elşən Həsənov və Dövlət Xidməti rəhbərinin maliyyə və satınalma sahəsində müşaviri Yusif Dadaşzadə) olaraq iştirak etdiyimiz Dövlət satınalmaları: Qlobal İnqilab XI (Public Procurement: Global Revolution XI) tədbirində fəaliyyətimiz (çıxışımız) və tədbirdən maraqlı məqamlar barədə bloqda yeni məqaləmizdə tanış ola bilərsiniz.

https://www.tst.com.az/post/dovlet-satinalmalari-qlobal-inqilab-xi
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəstəyi ilə 30 iyun 2022-ci il tarixində Landmark Rotunda zalında saat 9:00-da “Dövlət satınalmaları sahəsində sahibkarların maarifləndirilməsi” mövzusunda #seminar təşkil ediləcəkdir.
Spikerlər: Əhməd Həsənov, Zəminə Əliyeva və Kənan Qorçuyev

Seminarın müzakirə mövzuları aşağıdakılardır:
1. #DövlətSatınalmaları qanunvericiliyi və mərhələləri
2. Satınalmalarda iştirakın planlaşdırılması
3. İxtisas uyğunluğu göstəriciləri
4. Satınalma sənədləri
5. Təkliflərin təqdim edilməsi və qiymətləndirilməsi
6. Satınalmanın nəticələri
7. Müqavilənin icrası
8. Satınalma ilə bağlı şikayətlər
9. Elektron satınalmalarda iştirakın əyani təqdimatı
Seminarın sonunda iştirakçılar #sertifikat ilə təltif olunacaqlar.
Tender-Satınalma-Təchizat (TST)
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəstəyi ilə 30 iyun 2022-ci il tarixində Landmark Rotunda zalında saat 9:00-da “Dövlət satınalmaları sahəsində sahibkarların maarifləndirilməsi”…
Seminarda iştirak ödənişsizdir, iştirakla bağlı məlumatı yazılı şəkildə (Ad, Soyad, təmsil olunan şirkət) zvaliyeva@ask.org.az mail ünvanına təqdim etmək tələb olunur.
Əlaqələndiri şəxs: Zülfiyyə Vəliyeva
Tel: +994 51 229 97 22
E-mail: zvaliyeva@ask.org.az
💼 2 aylıq fasilədən sonra Veb səhifəmizin vakansiya bölməsində son 1 ay ərzində 32 aktiv iş elanı yerləşdirilib 🔥

☑️ Procurement assistant - Bravo Supermarket Azerbaijan
☑️ Travel & Procurement Coordinator - Boston Consulting Group (BCG)
☑️ Junior Procurement Specialist - Bravo Supermarket Azerbaijan
☑️ Təchizat şöbəsinin müdiri - Quba Palace Hotel
☑️ Təchizat və anbar mütəxəssisi - Faktor Qrup - S - 1 QSC
☑️ Satınalma meneceri - STP GLOBAL CABLE LLC
☑️ Satınalma Departamentinə Kiçik Mütəxəssis - Agro-West DC
☑️ Satınalma üzrə mütəxəssis - AAC MMC
☑️ Satınalma üzrə mütəxəssis - Odontos LLC
☑️ Procurement Specialist - XX The HR Company (HRC) (Vasitəçi)
☑️ Supply Chain Planning Specialist - PepsiCo
☑️ Satınalma Mütəxəssisi - Delta Group C.O. LLC
☑️ Satınalma üzrə mütəxəssis - Başak Group
☑️ Bazar araşdırması üzrə təcrübəçi - Başak Group
☑️ Satınalma üzrə təcrübəçi - Azərşəkər MMC
☑️ PSCM Specialist - Vertex
☑️ Təchizat nümayəndəsi - Mesa Group
☑️ AGT Projects Procurement Execution Advisor - bp Azerbaijan
☑️ Satınalma üzrə mütəxəssis - Seltan
☑️ Təchizat işləri üzrə mütəxəssis - XX
☑️ Tədarük zənciri üzrə satınalma mütəxəssisi - Veyseloglu Group of Companies
☑️ Təchizat işləri üzrə mütəxəssis - Azprint
☑️ Təchizat üzrə mütəxəssis - MedSol MMC
☑️ Satınalma şöbəsinin aparıcı mütəxəssisi - Kapital Bank
☑️ Təchizat şöbəsinin aparıcı mütəxəssisi - Kapital Bank
☑️ Procurement Specialist - SOCAR Polymer
☑️ Xarici satınalmalar və İdxalat üzrə koordinator - Grow Group Azerbaijan LLC
☑️ Satınalma üzrə kiçik mütəxəssis - Maqro Construction Azerbaijan
☑️ Satınalma şöbəsinə mütəxəssis - STP - AH MMC
☑️ Satınalma üzrə aparıcı mütəxəssis - Kontakt Home
☑️ Satınalma müqavilələri üzrə mütəxəssis - Kristal Abşeron MTK
☑️ Təchizat üzrə mütəxəssis - Dashkasan Iron Ore

↪️ Elanların məzmunu və müraciət vasitələri ilə bağlı veb səhifəmizin vakansiya (Elan>İş elanı) bölməsində tanış ola bilərsiniz

https://www.tst.com.az/vakansiya
Təlimin başlamasına az qaldı!

Təlimlə bağlı bu səhifədə ətraflı məlumat qeyd edilib
https://www.tst.com.az/dsq-x
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təlimdə əyani iştirak üçün son 3️⃣ yer, qeydiyyat üçün son 7️⃣ gün!
"Bir müddətdir satınalmalar ilə bağlı təlim-tədris fəaliyyəti ilə məşğul olduğumdan ən çox verilən sualla bağlı belə bir meme hazırlamaq qərarına gəldim. Bu gün bu barədə Tender-Satınalma-Təchizat #Instagram səhifəsində canlı açıb ətraflı bəhs edəcəm ancaq qısaca onu bildirim ki, dünyadakı heç bir sertifikat, hətta Harvard, Oxford kimi universitetlərin diplomu belə heç bir SANBALLI iş yerinə birbaşa qəbul üçün kifayət etmir. Sertifikat nəticə deyil vasitədir, nəticə o sertifikatı almaq üçün sərf etdiyin vaxt müqabilində əldə etdiyin bilikdir.

Bu arada satınalma sektorunda məhşur CIPS sertifikatını almaq sizin üçün müsbət bir göstərici olsa da bu sertifikatı alanların çoxu öyrədilən bilikləri gündəlik praktika ilə əlaqələndirib tətbiq etməkdə çətinlik çəkir. Bu baxımdan eyni qaydada bu sertifikatı almaq üçün məlumatları əzbərləyib hansısa suallara cavab vermək hələ o işi mənimsəməyin göstəricisi deyil.
...
Tender-Satınalma-Təchizat (TST)
"Bir müddətdir satınalmalar ilə bağlı təlim-tədris fəaliyyəti ilə məşğul olduğumdan ən çox verilən sualla bağlı belə bir meme hazırlamaq qərarına gəldim. Bu gün bu barədə Tender-Satınalma-Təchizat #Instagram səhifəsində canlı açıb ətraflı bəhs edəcəm ancaq…
...
Adətən birbaşa sertifikata baxıb işə qəbul edən iş yerləri biliyi düzgün qiymətləndirə bilmir. Sabahsı gün eyni formada hansısa imtahan nəticəsinə baxıb sizi işdən də çıxara bilər.

Türklərin çox xoşuma gələn bir deyimi var, burda da yerinə düşər. Deyir (tərcümə edirəm) Xədicəyə (bax: sertifikat) yox, nəticəyə baxmaq lazımdır! (hatice'ye değil neticeye bak)"

Elşən Həsənov
Bir azdan Instagram kanalımızda canlı açılacaq
https://www.instagram.com/tender_satinalma_techizat/
🚩 Dövlət satınalmalarının təşkili təlimi 17 iyulda başlayır!
⌛️ Təlimdə əyani iştirak üçün sadəcə 2️⃣ yer, onlayn iştirak üçün daha bir neçə yer qalıb, qeydiyyat üçün hələ də gec deyil!
🆓 Qeyd edək ki, ilk dərsdə iştirak edib növbəti dərslərə davam etmək istəmədiyiniz təqdirdə ödəniş TAM geri qaytarılır!
Satınalma digər vəzifələrə nisbətdə yeni sahə hesab edildiyindən bu sahə üzrə ölkəmizdə ayrıca bakalavr və ya magistr təhsili verən universitetlər yoxdur. Bəs sizcə hansı ixtisasa sahib olanlar bu işi görmək üçün daha çox zəruri bacarıqlara sahib olurlar?
Anonymous Poll
45%
Biznesin idarə olunması
2%
Hüquqşünaslıq
36%
İqtisadi elmlər
29%
Logistika
2%
Mühəndislik
2%
Digər, şərhdə 👇
Əyani və onlayn qaydada təşkil edilən dövlət satınalmalarının təşkili təlimimizin 3-cü dərsi bu gün tamamlandı.
AzTU_da_SABAH_Magistratura_Proqramı_üzrə_müəllim_qəbulu.pdf
346.1 KB
Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH Magistratura proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində 2022-2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb. Maraqlanan şəxslər təfərrüatlı CV-lərini, diplomların surətlərini və iddia etdikləri fənn yaxud fənlər üzrə nümunəyə uyğun sillabus hazırlayıb 17 avqust 2022-ci il saat 17:00-dək müraciət edə bilərlər. Ətraflı məlumat aşağıda.
🎊 Udemy dərslərimizin istifadəçilərinin sayı 222 oldu!

Qeyd edək ki, hal-hazırda Udemy-də 1-i ödənişsiz olmaqla 3 kursumuz var:

Satınalmaların təşkili və müqavilələrin idarə olunması
Satınalmaya giriş (🆓)
Dövlət satınalmalarının təşkili

Kurslarımızla veb səhifəmizin təlim bölməsində, həmçinin udemy səhifəsində axtarış etməklə əldə edə bilərsiniz